• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
8-12-2021, 14:51

RAMSİN ABDULLAYEV RƏFAEL MEHRƏLİYEVİN YERİNƏ HAZIRLANIR

RAMSİN ABDULLAYEV RƏFAEL MEHRƏLİYEVİN YERİNƏ HAZIRLANIR


Rövnəq Abdullayevin planı Heydər Əliyev Fondunun layihəsinə badalaq vuran qohumunu məsuliyyətdən qurtaracaqmı?

Məlum olduğu kimi, Azərbaycanda bir neçə rayonun icra hakimiyyəti başçısı vəzifəsi boşdur. İşdən çıxarılan icra başçılarından Namiq Zeynalov, Ceyhun Cəfərov və Alimpaşa Məmmədov həbs olunublar. Bəzi iddialara görə, rayonlara icra başçısı təyinatının ləngiməsi aparılacağı ehtimal olunan struktur islahatları ilə bağlıdır. Digər iddialara görə isə, ölkə rəhbərliyi bu vəzifələrə namizəd daha gənc və dinamik kadrları araşdırır.

Başsız qalan rayonlardan biri də Bakı şəhərinin Nizami rayonudur. Ölkə başçısının ötən ilin iyulun 11-də imzaladığı sərəncama əsasən, Arif Adil oğlu Qasımov Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub. Xatırladaq ki, işdən kənarlaşdırılması ərəfəsində barəsində çoxsaylı şikayətlər olunan Arif Qasımovu qanunsuz yollarla əldə etdiyi var-dövvləti mətbuatın gündəminə gətirmişdi. Arif Qasımovun karyerasını bitirən səbəblərə gəlincə, bu barədə dövrü mətbuatda artıq yetərincə məlumatlar yayılmışdır. Yada salmağa dəyər ki, Nizami rayonunun ərazisində “Heydər Əliyev Fondu”nun vitse prezidenti, ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq ictimai birliyinin (İDEA) rəhbəri Leyla Əliyevanın şəxsi təşəbbüsü və dəstəyi ilə salınmış istirahət parkını Arif Qasımovun demək olar ki, özəlləşdirməsi barədə də xəbər dolaşmışdı. Həmin parkın sakinlərin istirahət etməsi üçün nəzərdə tutulan ərazisində özünə restoran, çay evi və əyləncə mərkəzi tikdirmək istəyən keçmiş başçının bu özbaşınalığı təbii ki, sakinlərin haqlı narazılığına səbəb olmuşdu. Sözügedən parkda gedən tikinti işləri ilə bağlı “AzTV”-nin xəbərlər proqramında da süjet getmişdi.

Dəryaz qəzetinin redaksiyasına göndərilən məlumatlara görə, Arif Qasımovun vəzifəsindən sui-istifadə hallarına yol verməsi və qanunsuz əməllərində yardımçısı Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Ramsin Abdullayev olmuşdur. Rayon ərazisindəki köhnə binaların zirzəmilərinə aylarla baxılmır, küçə və səkilərdə, xüsusilə də, “8-ci km bazarı” ətrafında natəmizlik dözülməz həddə çatıb. “Neftçilər” Metrostansiyasının ətrafında yol boyu tikilən ticarət obyektləri vətəndaşların gediş-gəlişinə mane olur, ərazidə demək olar hər ay yeni ticarət obyektləri istifadəyə verilir. “NZS” və “UPD” deyilən ərazilərdə də baxımsızlığın baş alıb getdiyini, boş torpaq sahələrində yeni obyektlərın tikildiyi bildirilirdi. Keçmiş İcra başçısına bu yöndə kömək edənlərin birinin və birincisinin məhz Ramsin Abdullayev olduğu bəllidir.

Təbii ki, belə vəziyyətdə ictimaiyyət Ramsin Abdullayevin də aqibətinə tezliklə aydınlıq gələcəyini gözləyirdi. Onun özü də narahatlıq keçirirdi. İcra başçısı vəzifəsinə təyin olunacaq tanımadığı təzə adam onunla işləyəcəkdimi? Bu və digər suallar MKTB rəhbərini çox düşündürürdü. Nə qədər paradoksal görünsə də, hətta boş qalan icra başçısı vəzifəsinə özünün təyin olunacağı variant belə Ramsin bəyi qane etmirdi. Çünki belə olan halda böyük ehtimalla ondan korrupsiya ortağı Arif Qasımovdan miras qalan problemləri öz şəxsi imkanları hesabına həll etmək tələb olunacaqdı. Başqa sözlə, yediyi burnundan gətiriləcəkdi. Odur ki, “əl – ayaq” edib karyerasını başqa istiqamətə yönəltməliydi. Bu məsələdə isə ona xalası oğlu — ARDNŞ rəhbəri, iki çağırış seçkilərdə Milli Məclisin deputatı olaraq parlamentdə Nizami rayonunu təmsil etmiş Rövnəq Abdullayev kömək etdi. Bildirilir ki, məhz nüfuzlu xalaoğlunun dəstəyi ilə Ramsin Abdullayev bu yaxında Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil – Kommunal Departamentinin Kommunal Xidmətlər Müəssisəsinə direktor vəzifəsinə təyinat almışdır. Eyni zamanda paralel olaraq bu ərəfədə Bakı ŞİH MKTD-nin baş direktoru Rəfael Mehrəliyevin əleyhinə mətbuatda silsilə tənqidi informasiyalar yayılmaqdadır. Müşahidələr belə təxmin etməyə əsas verir ki, R.Mehrəliyevin əleyhinə aparılan qarayaxma kampaniyası da Ramsin Abdullayevin onun yerinə hazırlanması planının tərkib hissəsidir. Başqa sözlə, Rövnəq Abdullayev müxtəlif strateji vəzifələrə oturtduğu başqa qohumları kimi Ramsin Abdullayevi də mümkün bəlalardan qorumağa və onun karyera yüksəlişi yolundakı maneələri heçə endirməyə çalışır. Amma bu planı cızanlar nəzərə almalıdırlar ki, Ramsin Abdullayevin Heydər Əliyev Fondunun təşəbbüsü olan layihəyə badalaq gəlməsi asanlıqla unudulan məsələ deyil və ondan həmin hesabların sorulması yalnız zaman məsələsidir.

Deryaz.az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az