• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
25-11-2021, 10:08

RAFAEL MEHRƏLİYEV PAYTAXTA MER GƏLMƏK YOLUNDA SON HƏMLƏYƏ HAZIRLIQ GÖRÜR

RAFAEL MEHRƏLİYEV PAYTAXTA MER GƏLMƏK YOLUNDA SON HƏMLƏYƏ HAZIRLIQ GÖRÜR


Son üç gündə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı cənab Eldar Əzizovla bağlı iki xəbər yayılıb. Birincisi odur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev paytaxt meri Eldar Əzizovun qardaşı Aydın Əzizovu Bakı şəhərində yeni yaradılan 1 nömrəli tibbi-sosial ekspert komissiyasının Səbail, Yasamal və Nəsimi rayonları üzrə komissiya sədri vəzifəsindən azad edib.
Digər xəbər odur ki, Eldar Əzizov Bakı şəhər Ticarət və Xidmət Departamentinin "Yeraltı Keçidlər üzrə Ticarət Birliyi” MMC-nin rəisi Seymur Mədətovu işdən çıxarıb. Bu iki hadisə arasında hansısa bağlılıq axtarmaq niyyətində deyilik. KİV-də Eldar Əzizovun bu addımını Seymur Mədətovun fəaliyyəti ilə bağlı yoxlamalar aparılması və xeyli nöqsanlar, eyni zamanda korrupsiya faktları aşkar edilməsi ilə əlaqələndirən yazılar gözə dəyir. Qeyd edilir ki, xüsusi ilə qəzet köşkləri ilə bağlı yoxlamalarda külli miqdarda yeyinti faktları üzə çıxıb.
Amma əgər belə bir ehtimal qəbul olunsa ki, Eldar Əzizovu qardaşının vəzifədən kənarlaşdırılması təsirləndirib, o halda merin qəzəbinə Bakı ŞİH-də yüksək vəzifə tutan başqalarının da tuş gələcəyi istyisna deyil.Bu sırada ən “ağlabatan” namizəd BŞİH-də Mənzil-Kommunal Təsərrüfatı Departament rəhbəri Rafael Mehralıyevdir.
Məlum olduğu kimi, R.Mehralıyevin “MTN” və “rabitə” işlərində adının keçməsi, qohumu olan Rabitə Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla birgə qanunsuz əməlləri haqda saysız-hesabsız xəbərlər tirajlanıb. Amma departament rəhbəri haqda ən ilginc məlumatlarıblogger Mehman Hüseynov yaydı. Bloggerə məlum olub ki, Mehralıyev xanımı Almaz Səfərovanın şirkətləri vasitəsi ilə büdcədən ayrılan pulları mənimsəyirmiş. Bu korrupsiya şəbəkəsində onun təsisçisi olduğu “Azinşaat 1” MMC xüsusi rol oynayıb. Şirkətin qeydiyyat ünvanı da elə Mehralıyevin şəxsi mənzilidir - Bakının Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, mənzil 48...
2011-ci ildə yaradılan bu MMC-nin direktoru isə Elşən Həsənli adlı şəxsdir. O, Sabunçu rayon icra hakimiyyətində vəzifə tutur. Blogger bildirir ki, elə qonşu mənzil olan ev 49 da Mehralıyev ailəsinə aiddir. Bu mənzildə “Azinşaat” MMC qeydiyyata alınıb. Təsisçiliyi illər sonra bacısı Aliyə Mehralıyevanın keçmiş əri Xəlil Sultanova aid olub. Onlar 2019-cu ildə boşanıblar və əmlakı bölə bilmədikləri üçün iş məhkəməyə gedib. Mehralıyevin başqa bir yeznəsi isə Eldar Şirinovdur. Meriyanın bu oliqarx məmurunun E.Şirinov adlı yeznəsi də “Ens İnşaat” MMC-nin rəhbəridir. Həmçinin “Rəşad Abadlıq” MMC da ailə podratına daxildir.
Araşdırmalar üzə çıxarıb ki, həm “Ens İnşaat” MMC, həm “Rəşad Abadlıq” MMC inşaat materiallarının alınması, yolların və evlərin təmiri, şəhərin kommunal təsərrüfat işlərini həyata keçirilməsində bütün tenderlərin qalibi olub. Nəticədə Rafael Mehralıyev yeznələrinin idarə etdiyi, əslində özünə məxsus olan şirkətləri tenderlərdə qalib çıxarmaqla dövlətin ayırdığı milyonlardan yüzminlərlə vəsaiti cibinə axıdıb. Bu korrupsiyanın nəticəsi olaraq yeznəsi E.Şirinov “Tuqay” adlı restoranı 2,5 milyon manata alaraq, 2.5 milyon manat da təmirinə pul xərcləyib. Sonra restoranın adını dəyəşərək “Favorit” qoyub. Bu obyektdən başqa, Balaxanıda Mehrəliyevə məxsus olan asfalt zavodunun içində E.Şirinovun “tol”, “emusya”, boya və səki daşları istehsal edən sexi var. Asfalt zavoduna Rafael Mehrəliyevin kiçik yeznəsi Xəlil rəhbərlik edir.
Bundan başqa, Rafael Mehrəliyevin digər yeznəsi olan Mübariz də Dərnəgüldə yerləşən Bakı şəhər İH-nin “Qış” qarajının müdiridir. Bakı şəhərində küçələrə asfalt çəkilişinə Rafael Mehrəliyevin əmisi oğlu Xəqani və qaynı Azər rəhbərlik edirlər.
Məlumata görə, Rafael Mehrəliyevin qardaşı Mübariz Mehrəliyev isə Türkiyəyə qaçıb və orada böyük biznes yaradıb. O, Mehrəliyevlərin digər qohumu, meriyada “tender kralı” kimi tanınan Ramazan Məmmmədovun pullarını Türkiyəyə çıxarıb və qardaş ölkədə ciddi biznes şəbəkəsi yaratmağa nail olub. Rafael Mehrəliyev isə həm öz pullarını, həm də Vidadi Zeynalovun pullarını Türkiyəyə qaçan qardaşına göndərərək orada böyük biznes qurmasını tapşırıb.
Departament rəhbərinin mediada adı həm də iş adamından rüşvət almaqda keçib. Belə ki, iş adamı İlham Qasımov zamanında Bakı Şəhər İcra Hakimiyyəti yetkillilərinə milyonlarla manat rüşvət verib. Həmin rüşvət isə əsasən “Real” MTK-nın tikdiyi binaların lahiyələrin təsdiq edilməsi üçün ödənilib. İlham Qasımovun Bakı şəhər İcra Hakimiyyətində əsas havadarı, hazırda Mənzil-Kommunal Təsərrüfatı Departamentinə rəhbəri vəzifəsini tutan Rəfael Mehrəliyev olub.
KİV – də R.Mehrəliyevin dəyəri milyonlarla ölçülən əmlakının da natamam siyahısı verilib: Nərimanovda Bakı klinikasının yanında 16 sot torpaq sahəsi, həmin klinikadan 200 metr qabağa 14 sot torpaq sahəsi, hazırda 15 milyona satışa çıxarılıb, İnqilab küçəsində, TQDK ilə üzbəüz milyonluq tikililər, Papanində “Kontakt Home” mağazalar şəbəkəsinə ayı 25 min manata icarəyə verdiyi obyekt...
Xatırladaq ki, Departamentin tabeliyində Mənzil-Kommunal Təsərrüfatı Birlikləri, “Lifttəmir” İstehsalat Birliyi, Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi, Əhaliyə Vətəndaşlıq Xidməti Tresti, Bakı Şəhər Yollarının İstismarı İdarəsi, İnzibati Binaların İstismarı İdarəsi, Xüsusi Təyinatlı Avtonəqliyyət İdarəsi, Təchizat və Komplektləşdirmə İdarəsi, Bakı Şəhər Fəvvarələrin İstismarı İdarəsi kimi qurumlar fəaliyyət göstərir. Bu amil daha az diqqət göstərilən bu idarələrə ayrılan külli miqdarda vəsaitlərin mənimsənilməsi üçün münbit şərait yaradır.
Çox maraqlıdır ki, Hacıbala Abutalıbovla uzun müddət işləyən R.Mehralıyevin adının MTN işi və digər qalmaqallı məsələlərdə keçməsindən sonra işindən azad olunacağı gözlənilirdi. Amma necə oldusa, yəqin itaətkarlıq göstərərək BŞİH-nin 2018-ci ildə təyin olunan başçısı Eldar Əzizovun rəhbərliyi altında işləməyə davam etdi.
Etibarlı mənbələrdən aldığımız məlumata görə, R. Mehrəliyev yaxın perspektivdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə yiyələnmək fikrindədir və uzun zamandır qəlbində daşıdığı bu niyyətini həyata keçirmək üçün son həmləyə hazırlaşır. Məlumatda qeyd olunur ki, R.Mehrəliyev həmlə öncəsi arsenalında olan bir çox resursları səfərbər edib – pul buraxdığı KİV-də onun barəsində davamlı olaraq tərifli məqalələr dərc olunur, bir çox obyektlərini satışa çıxarması da əldə pul cəm etməyə hesablanıb.Bu isə o deməkdir ki, hakimiyyətin yuxarı eşelonunda korporativ maraq qarşılığında ona dəstək verməyə hazır olanlar vardır.


Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az