• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
24-11-2021, 09:24

Eyni ərazini müxtəlif adamlara satdı, daha sonra… - NARAZILIQ!

Eyni ərazini müxtəlif adamlara satdı, daha sonra… - NARAZILIQ!



Abşeron rayonunun 1 nömrəli Zeytunçuluq Savxozunun ərazisində 2,96 ha torpaq sahəsinə sahiblənmiş şəxs ərazini hissələrə bölərək, qanunsuz olaraq müxtəlif şəxslərə satmaqda ittiham olunur. İddialara görə, sözügedən şəxs eyni ərazini 4-5 nəfərə satmaqdan belə çəkinmir.

Qeyd edək ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının 14.03.2008-ci il tarixli, 237 nömrəli sərəcamına əsasən, Əliyev Taleh Nizami oğlunun adına 1 nömrəli Zeytunçuluq Savxozunun ərazisində 2,96 ha torpaq sahəsi ayrılıb. Əldə etdiyimiz sənədlərdən aydın olur ki, Taleh Əliyev torpaqla bağlı bütün səlahiyyətlərini notarial qaydada qardaşı Coşqun Əlizadəyə ötürüb.

Şikayətçi olan vətəndaşlar iddia edirlər ki, aldıqları torpaq sahəsi təkcə bir şəxsə deyil, eyni zamanda dörd-beş şəxsə də satılıb. Belə olan halda, onlar nə torpaq sahəsini, nə də verdikləri pulu geri qaytara bilirlər.

Bu hadisədən məlumatlı olduqdan sonra ortaya maraqlı suallar çıxır. Görəsən, Abşeron rayon İcra Hakimiyyəti tərəfindən Taleh Əliyevə torpaq sahəsi hansı məqsədlər üçün ayrılıb ki, o, daha doğrusu qardaşı Coşqun Əlizadə həmin torpaq sahəsini satışa çıxarıb? Ümumiyyətlı, həmin 2,96 ha torpaq sahəsinin təyinatı nədir?...

Bu suallara cavab axtarmazdan öncə, dəyərli oxucuların diqqətinə çatdıraq ki, məlum torpaq sahələrinin alqı-satqısı yalnız bir notariat ofisində - Bakı şəhəri 11 saylı Notariusda həyata keçirilib. Bu baxımdan, şikayətçilər iddia edir ki, Coşqun Əlizadənin bütün qanunsuz əməllərinə 11 saylı Notarius ofisinin xüsusi notariusu Məmmədov İlqar Aydın oğlu şərait yaradıb. Yəni dolayısı ilə onlara qarşı dələduzluq əməlində İ.Məmmədovun da əlinin olduğu bildirilir.

Qeyd edək ki, Əlizadə-Məmmədov “cütlüyü”nün qanunsuz əməllərindən zərər çəkən şəxlərdən biri Yeni Suraxanı qəsəbəsində yaşayan Cahangirov Valeh Məhəmməd oğludur. O, "Hürriyyət"in redaksiyasına gələrək, Coşqun Əlizadə tərəfindən aldadıldığını bildirib. Valeh Cahangirovun sözlərinə görə, Bakı şəhər 11 saylı Notarius ofisində C.Əlizadədən aldığı torpaq sahəsinə dair etibarnamə sonradan ondan xəbərsiz ləğv edilib:

"Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yaşayıram. Taksi fəaliyyət ilə məşğulam. Yəni kəndin hamısını tanıyıram. Açıq desək, kim nə işlə məşğuldursa, bilirəm. Həmin ərazidə torpaq satanlardan biri də Coşqun Əlizadədir. Çox imkanlı adamdır. Həmin ərazidə bütün torpaqlar etibarnamə ilə alınıb. Kənd təsərrüfatı xarakterli olmasına baxmayaraq, həmin torpaqlarda evlər tikilib. Mən də orda torpaq almışam və ev tikmişəm. Mənə də sözügedən ərazini təklif edən Əlizadə Coşqunun adamı Elçin Cəfərovdur. O dedi ki, bu ərazinin sotunu 2000 manatdan satırıq. Daha sonra Coşqun Əlizadə ilə əlaqə saxladıq. Telefon əlaqəsində ona bildirdim ki, pulu faizə götürmüşəm… Mənə pul verən adam da demişdi ki, pul verilməsi üçün girov qoymaq lazımdır. Coşqun Əlizadə mənə narahat olmamağımı dedi.

Daha sonra Elçin Cəfərov sənədimi məndən alıb, Coşqun Əlizadəyə apardı. İki-üç gündən sonra Coşqun Əlizadə zəng etdi ki, Bakı şəhəri 11 saylı Notariusa gəlim. Notariusda 4 sot torpaq etibarnamə ilə Əlizadə Coşqunun adından mənə verildi. Üstündən 7 ay keçəndən sonra mənə dedilər ki, notariusda mənim sənədim yoxdur. Ləğv olunduğunu bildirdilər. Məsələdən xəbər tutduqdan sonra 11 saylı Notariusa getdim, dedim ki, əgər etibarnamə ləğv edilirsə, vətəndaşa xəbər verilməli, ən azından evinə məktub göndərilməlidir. Amma məndən xəbərsiz etibarnamə ləğv edilib".

Valeh Cahangirov iddia edir ki, bir çox vətəndaş da eyni üsul ilə Coşqun Əlizadə tərəfindən aldadılıb. Şikayətçi 11 saylı Notarius ofisinin xüsusi notariusu İlqar Məmmədovun da Coşqun Əlizadə ilə əlbir olduğunu vurğulayıb:

"Coşqun Əlizadə iddia edir ki, ödədiyim pul ona verilməyib. Mənim kimi çox adamları belə aldadıblar. Ödənişi etdiyim adam da ortalıqda yoxdur. Bunlar hamısı bir-birlərilə əlbirdirlər. Ərazi üzrə polisə müraciət etdim. Polislə əraziyə gəldim. Polis müvəkkili Coşqun Əlizadəyə zəng edib əraziyə çağırsa da, o, gəlməkdən imtina etdi. Əgər mən pul verməmişəmsə, necə olur ki, Coşqun Əlizadə 11 saylı Notariusa mənimlə birgə gəlir və mənə etibarnamə verilir?! Bakı şəhəri 11 saylı Notarius idarəsi qanunsuzluq edir. Məndən xəbərsiz etibarnamə ləğv edilib. Coşqun Əlizadə notarius idarəsi ilə əlbirdir. Müxtəlif şəxslərin etibarnaməsi də ləğv edilib.

Rəsmi olaraq polis idarəsinə də müraciət etmişəm. Polis idarəsində Coşqun Əlizadədən şikayətin çox olduğu bildirilib. Amma işimə düzgün qaydada baxılmır. Hara şikayət edirəm, bir-birlərinin üzərinə atırlar".

Bu hadisədən məlumatlı olduqdan sonra maraqlı suallar ortaya çıxır: görəsən, Abşeron rayon İcra Hakimiyyəti tərəfindən Taleh Əliyevə torpaq sahəsi hansı məqsədlər üçün ayrılıb? Ümumiyyətlı, ona ayrılmış 2,96 ha torpaq sahəsinin təyinatı nədir?...

O da maraqlıdır ki, həmin torpaq sahələrinin “alqı-satqısı” Bakı şəhəri 11 saylı notariusda həyata keçirilib. Yəni 11 saylı Notarius İdarəsi qanunsuz olaraq eyni ərazini dörd-beş şəxsə etibarnamə ilə verilməsinə vəsilə olub.

Məsələ ilə bağlı hüquqşünas Bəhruz Bayramovıa da danışdıq. Onun sözlərinə görə, eyni ərazi beş nəfərə etibarnamə ilə verilirsə və həmin şəxslərə bunu “alqı-satqı” kimi rəsmişləşdirirlərsə, bu, özlüyündə dələduzluq əməlidir:

"Pay torpaqları satıla bilər. Çünki xüsusi mülkiyyətdi. Amma icra hakimiyyətləri tərəfindən pay torpaqları ayrıla bilməz. Torpaq islahatı haqqında qanuna əsasən, pay torpaqları müəyyən olunur. Amma bu şəxsin adına isə İcra hakimiyyəti tərəfindən torpaq sahəsi ayrılıb. Bu torpaqlar kənd təsərrüfatı təyinatlı ərazilərdir. Əgər orda fərdi yaşayış evi tikilirsə, bu, qanunsuzdur. Orda ev tikmək, cinayət məcəlləsinin müvafiq maddəsinə əsasən, cinayət məsuliyyəti yaradır. Əgər torpaq sahəsinin çıxarışı varsa, satıla bilər. Torpaq sahəsinin təyinatını dəyişdirmək üçün isə Nazirlər Kabinetinin müvafiq qərarı lazımdır. Digər tərəfdən, etibarnamə ilə satmaq alqı-satqı sayılmır. Etibarnamə sadəcə istifadə üçün verilir. Yəni torpaq sahəsi ilə bağlı müəyyən səlahiyyətlər verilir. Etibarnamə verə bilər. Amma eyni ərazini beş nəfərə etibarnamə ilə verirsə və həmin şəxslərə bunu “alqı-satqı” kimi rəsmişləşdirirlərsə, bu, özlüyündə dələduzluq cinayətidir".

Əmlak Məsələri üzrə Dövlət Komitəsindən "Hürriyyət"ə bildirilib ki, torpaqın alqı-satqısı yalnız notariusda alqı-satqı müqaviləsi əsasında aparılır. Komitədən o da qeyd edilib ki, vətəndaşlar belə vəziyyətdə hüquq-mühafizə orqanlarına rəsmi şəkildə müraciət etməlidir:

"Ola bilsin ki, vətəndaş hüquqi məsələ ilə bağlı kifayət qədər məlumata malik deyil. Torpaqın alqı-satqısı yalnız notariusda alqı-satqı müqaviləsi əsasında aparılır. Dediyiniz vətəndaşın da bölgü sxemi olmalıdır. Əgər torpağı etibarnamə ilə satırsa, bu, dələduzluq ola bilər. Çünki etibarnamə müəyyən müddətə verilir. Bundan əlavə, etibarnamə verən şəxs istədiyi vaxt etibarnaməni ləğv etdirə bilər. Ola bilsin ki, bu şəxs hansısa vətəndaşların hüquqlarının bilməməsindən istifadə edərək, eyni ərazini müxtəlif şəxslərə etibarnamə ilə satıb. Torpağı satan şəxs sabah torpağı etibarnamə ilə veriyi adamın adından çıxardaraq, digər bir şəxsə etibarnamə ilə verə blər. Vətəndaşlar belə vəziyyətdə hüquq-mühafizə orqanlarına rəsmi şəkildə müraciət etməlidir".

Günlərdir ki, bu məsələyə Abşeron rayon İcra Hakimiyyətindən də münasibət öyrənməyə çalışdıq. Lakin cəhdlərimiz boşa çıxdı. Görünür, rayon icra hakimiyyətinin rəsmi saytında qeyd edilən əlaqə nömrəsi ya formal xarakter daşıyır, ya da əlaqə telefonlarına cavab verməli olan növbətçi vəzifəsindən sui-istifadə edərək iş yerində olmur.

Məsələ ilə bağlı redaksiya adından Ədliyyə Nazirliyinə ünvanladığımız müraciətə cavab olaraq bildirilib: “"Notariat haqqında" Qanunun 32-ci maddəsinə əsasən notariat hərəkətləri barədə arayışlar və sənədlər yalnız notariat hərəkətlərinin aparılmasını tapşırmış və ya barəsində notariat hərəkətləri aparılmış fiziki və hüquqi şəxslərə verilməlidir. Ünvanladığımız müraciətin cavabında o da qeyd edilib ki, notariat hərəkətləri barədə məlumatlar məhkəmə, istintaq və təhqiqat orqanlarının icaraatında olan konkret cinayət və ya mülki işlərlə əlaqədar həmin orqanların yazılı sorğuları, vəkilə isə onun yazılı sorğusu və orderi əsasında verilir”.

Mövzunu daha da geniş araşdırmaq üçün Baş Prokurorluqla əlaqə saxlamağa çalışsaq da təəssüf ki, ünvanladığımız digər sorğular kimi, bu da cavabsız qaldı. Çox təəssüf ki, media ilə bu dövlət qurumu arasında “qalın divarlar” mövcuddur. Bu da informasiya təhlükəsizliyi üçün problem deməkdir.

Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq. Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq. //hurriyyet.az//

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az