• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
11-05-2018, 08:26

Gömrükçü general ev dustağı edildi – şok gəlişmə

Gömrükçü general ev dustağı edildi – şok gəlişmə

Aydın Əliyev yaxasını kənara çəkdi; qaçaq dərman satan şəbəkənin arxasından deputat Elmira Axundova çıxdı
Dövlət Gömrük Komitəsinin (DGK) rəhbərliyə uzanan cinayət işi davam edir. “Yeni Müsavat”a daxil olan məlumata görə, Tibbi Xidmət İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Fikrət Qədiməliyevə ittiham elan olunub. Ona Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib. Redaksiyamıza daxil olan məlumatda deyilir ki, hazırda hərtərəfli istintaq işi aparılır, yaxın günlərdə digər DGK vəzifəlilərinə də rəsmi ittihamlar irəli sürülməsi üçün hüquqi baza formalaşdırılır.

İstintaqa cəlb olunan şəxslərin söylədikləri protokollaşdırılır, sahid ifadələri, sübut və dəlillər toplanılmaqdadır.

Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında gömrük orqanlarında vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qaçaqmalçılıq və külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməllərinə görə Fərman Həmzə oğlu Məmmədli, Vasif Teymur oğlu Xıdırov, Cəmil Səlim oğlu Mehtiyev, Ateş Adem oğlu Atanur, Anar Kamran oğlu Məmmədov, həmçinin Əlamət Nazim oğlu Quliyevə müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs-qətimkan tədbiri seçilib.

Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyevə mayın 10-da ittiham elan olunub. Buna qədər isə DGK rəhbərliyi onu və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyevi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci yük şöbəsinin rəisi Araz Məmmədovu, başqa bir neçə yüksək vəzifəlini tutduqları vəzifələrdən azad etməklə sərəncama götürüb. Mətbuatda ölkəyə qanunsuz yolla dərman vasitələrinin gətirilməsinə və dərman qaçaqmalçılığına görə keçmiş DGK sədri Aydın Əliyevin həbs ediləcəyi haqda xəbərlər yayılıb.

Unikal.org saytına açıqlama verən Aydın Əliyev ölkəyə qanunsuz dərman vasitələrinin gətirilməsinə görə həbs ediləcəyi ilə bağlı məlumatları yalana çıxarmağa çalışıb: “Kiminsə əməlinə qiyməti hüquq-mühafizə orqanları verə bilər. Yazılan məlumatların əsası yoxdur. Azərbaycan huquqi dövlətdir, ona görə də hər kəs əməlinə görə cavab verməlidir. Azərbaycanda söz azadlığı olsa da, hərə öz sözünə cavabdehlik daşımalıdır”.

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) ifşa etdiyi “dərman mafiyası” ilə işbirliyində adı hallananlardan biri də Əfv Komissiyasının üzvü, deputat Elmira Axundovadır.

Qaçaq yolla ölkəyə gətirilən, saxta dərman vasitələrinin digər apteklərlə yanaşı deputatın ailəsinə məxsus “Elit” aptekdə də satıldığı məlum olub. Bu haqda “Azpolitika.info” maraqlı xəbər yayıb. Sayt yazır ki, deputat Elmira Axundova “Elit” aptekin reklamı ilə də məşğuldur.

Qeyd edək ki, “Elit” adı ilə Bakının bir neçə rayonunda aptek fəaliyyət göstərir. Yəni “Elit” apteklər şəbəkəsidir. Bu, aptekin özü haqda yaydığı məlumatda da təsdiqlənir: “Elit” aptek şəbəkələri 1993-cü ildən fəaliyyət göstərir, peşəkar xidməti ilə müştərilərin rəğbətini və etibarını qoruyub saxlaya bilib. Yeni istifadəyə verilən “www.eliteaptek.az” ölkəmizdə ilk dəfə olaraq Bakı şəhərinin hər bir nöqtəsinə 24 saat pulsuz dərman çatdırılma xidmətini sizlərə təklif edir". Bu şəbəkənin bütövlükdə deputat Elmira Axundovanın ailəsinə məxsus olduğu iddia edilir. Elmira Axundovanın oğlu Həbib Axundov biznes fəaliyyətilə məşğul olduğundan apteklərin də onun tərəfindən idarə edildiyi istisna edilmir. Maraqlıdır ki, internetdə “Elit” apteklər şəbəkəsi ilə bağlı məlumat toplamaq istərkən, Elmira Axundovanın üstüörtülü şəkildə bu apteki reklam edən fikirlərinə rast gəldik. Belə ki, deputat bir neçə il əvvəl ölkə prezidentinin dərman preparatlarının qiyməti ilə bağlı tutduğu iradlara münasibət bildirərkən, aptek sistemində pərakəndəlik olduğunu qeyd edib: “Mən özüm diabet xəstəsiyəm, yoldaşım da xəstə insandır. Bu səbəbdən də apteklərə tez-tez müraciət edirik. Məsələn, əgər hansısa dərman ”Elit" aptekdə 15 manatadırsa, “AVİS” aptekdə 25 manatadır. Doğrudur, “AVİS”-dən istənilən dərmanı əminliklə, rahat bir şəkildə almaq olar".

Sayt deputatın cavablandırması, aydınlıq gətirməsi zəruri olan bir məsələyə də diqqət çəkir. Sitat: “Göründüyü kimi, Elmira Axundova üstüörtülü şəkildə ”Elit" aptekini reklam edib. Hansı ki, indi bu aptekin qeydiyyatsız dərman dövriyyəsilə məşğul olduğu, saxta dərmanlarla insanları zəhərlədiyi aşkarlanır. Maraqlıdır, açıqlamalarında özünü kasıbların qayğısına qalan biri kimi göstərən Elmira Axundovanın bundan xəbəri olubmu?"

DTX-in məlum əməliyyatına qədər də “Elit” apteklər şəbəkəsi ilə Elmira Axundovanın, onun oğlu Həbib Axundovun ilişkilərinin olmasını təsdiqləyən məlumatlar, fotolar, fotofaktlar da ortalıqda idi. Ən başlıcası isə deputatın oğlu Həbib Axundov da 1 il əvvələ qədər bu günlərdə generalları istintaqa cəlb olunan Dövlət Gömrük Komitəsinin əməkdaşı idi. Deputat oğlunun adı 8 milyon manatlıq dələduzluq işinə qarışdıqdan sonra DGK-dakı işindən kənarlaşdırıldı. Həmin dələduzluq işi bu gün də istintaq edilməkdədir. Maraqlıdır ki, elə həmin dələduzluq işindən sonra Elmira Axundova Nəsimi rayonu ərazisində özünün adına 6 mərtəbəli böyük bir qeyri-yaşayış binası inşa etdirib, Alov qüllələrində böyük bir mənzil alıb, bir sözlə, qəfildən maddi imkanları artıb...

DTX-nin əməliyyat keçirdiyi “Elit” şəbəkəsinin bir apteki də məhz deputata məxsus olan və Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsi 72 ünvanındadır. Deputata məxsus binanın 1-ci mərtəbəsində “Elit” apteki, 6-cı mərtəbəsində isə oğlu Həbib Axundovun “Çardaq” adlı qəlyanxanası yerləşir.

Məsələ ilə bağlı deputat Elmir Axundova ilə əlaqə saxladıq. Özünü deputatın köməkçisi kimi təqdim edən şəxs bildirdi ki, deputat iclasdadır. Sonrakı zəngimizə də oxşar cavab verən köməkçi deputatın redaksiyamızla əlaqə saxlayacağını söylədi. Amma deputat günün sonuna qədər redaksiyamızla əlaqə saxlamadı.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”







Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az