• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
6-11-2021, 09:44

BAKIDA MƏKTƏB DIREKTORU MÜƏLLIMƏNI DTX-NIN ƏMƏKDAŞI VASITƏSILƏ STERSS VƏZIYYƏTƏ SALIB- ŞOK OLAY/SƏSYAZISI

BAKIDA MƏKTƏB DIREKTORU MÜƏLLIMƏNI DTX-NIN ƏMƏKDAŞI VASITƏSILƏ STERSS VƏZIYYƏTƏ SALIB- ŞOK OLAY/SƏSYAZISI




Son günlər Bakı şəhəri, Xəzər rayonu, Nizami Sərxanov adına 256 nömrəli tam orta məktəbdə direktor vəzifəsini icra edən Nəsimi Nəsirovun atdığı addımların nə yerə, nə də ki, göyə sığası məsələ olmaması tam aydınlığı ilə hər kəsə bəlli olur. Baş verənləri təhlil edib belə qənaətə gəlmək olar ki, hələ də bu şəxs kolxoz təsərrüfatına deyil, məhz təhsil müəssisəsinə rəhbərlik etdiyini lazımınca dərk etmir. Əgər o, bunu lazımınca dərk etsəydi o halda bu təhsil müəssisəsinin 4-cü sinif müəlliməsi Şəlalə Vəliyevanı dərs saatlarının davam etdiyi bir vaxtda olmazın olayla üz-üzə qoyub stress vəziyyətə salmazdı. Deryaz.az saytının redaksiyasına çatdırılan məlumatlara görə, direktor vəzifəsini icra edən Nəsimi Nəsirov 28 oktyabr 2021-ci il tarixdə bir nəfər şəxslə birlikdə rəhbərlik etdiyi təhsil müəssisəsinə daxil olur. Az sonra o, yəni saat 13:00-da bu məktəbdə dəstə rəhbəri vəzifəsini daşıyan Əminə xanımla 4-cü sinif müəlliməsi Şəlalə Vəliyevanın dərs keçdiyi sinifə daxil olur və ona “Tez dərsi Əminəyə təhvil ver və sinifdən çıx” deyib, teztələsik iş otağına keçir. Düzdür, ilk dəqiqələrdə Şəlalə müəllimə nəyin baş verməsindən xəbərdar olmur və elə ki, sinif otağının qarşısına çıxır, o halda o, orada təqribən 35-36 yaş həddində bir nəfər şəxsin dayandığını görür. Bu şəxs özünü Şəlalə Vəliyevaya DTX-nın əməkdaşı olaraq təqdim edir və “Xanım keçin izolyasiya otağına, səndən izahat alacağam” deyir. Həmin anlarda məllimə ona “Sən özünü DTX-nın əməkdaşı olaraq təqdim etdin, yaxşı olar ki, izolyasiya otağının qapısını aç və adı çəkilən qurumda çalışmağınla bağlı rəsmi sənəd təqdim et. Mən sizə izolyasiya otağında deyil, müəllimlər otağında, yaxud da DTX məxsus inzibati binada izahat verə bilərəm” dedikdə o, “Oldu, izahat vermirsən, səni direktorun vasitəsilə tapıb izahatını alacağıq” deyir və oranı tərk edib Nəsimi Nəsirovun iş otağına keçir. Bu şəxs təqribən yarım saat ərzində direktorla söhbətləşdikdən sonra onun iş otağından çıxır və Nəsimi Nəsirov onu məktəbin həyətindək yola salır. Həmin günün səhəri direktor vəzifəsini icra edən bu şəxs Xəzər RPİ-dən müstəntiq dəvət edib, müəllimənin cəzalandırılmasını tələb etmişdir. Müstəntiq dərs saatlarının davam etdiyi vaxtlarda müəllimədən izahat yazmasını tələb etdikdə o, “Xahiş edirəm ki, dərs saatımı pozmayın, lazım gələrsə Xəzər RPİ-nə gəlib orada yazılı izahatımı verərəm” deyir. Həmin günün səhəri Şəlalə Vəliyeva həyat yoldaşı Saday Ağalarovla adı çəkilən polis idarəsində olub izahat vermək istədikdə, polis müstəntiqi onlara “Biz direktora təqdimat yazıb göndərmişik ki, burada heç bir cinayət tərkibi olan əməl yoxdur”.

Düzdür, belə bir anlaşılmaz, belə bir stress vəziyyətlə üz-üzə qalan Şəlalə Vəliyeva, baş verən olayla bağlı bir neçə gün kiməsə nəsə demir. Çünki, o, evlərində 1-ci qrup əlilin, xəstə insanların olmasını götürqoy edir və düşünür ki, bu haqda həyat yoldaşı Saday Ağalarova, yaxud da yaxın qohum-əqrəbasından bir kimsə xəbərdar olarsa, o halda onlar Nəsimi Nəsirovla məsələni araşdırar, yaxud da sonluqda hansısa xoşagəlməz olay da baş verə bilər. Ona görə də o, bir neçə gün bu məsələni gizli saxlamağa məcbur olur. Elə ki, 3-4 gündən sonra Saday Ağalarov həyat yoldaşı Şəlalə Vəliyevanın üz-üzə qaldığı problemlə bağlı xəbərdar olur, o halda o, yaşanan olayla bağlı həm Təhsil Nazirliyini, həm də Bakı şəhəri üzrə Baş Təhsil İdarəsinin rəsmi şəxslərini məlumatlandırır və məsələnin dərhal araşdırılmasını xahiş edir. Təəccüb və təəssüf doğuran hal o olur ki, 03 noyabrda Təhsil Nazirliyindən Saday Ağalarova telefon zəngi edən şəxs “Xahiş edirik ki, sən bu məsələni heç bir halda qabartma, ictimailəşdirmə, bir də həyat yoldaşını kimsə narahat etməyəcək” deyir. Telefon zəngi zamanı Saday Ağalarova belə bir tapşırığın verilməsi, artıq böyük şübhələrə yollar açır. Çünki, ölkəmizin təhsil sahəsində baş verən hər cür olayla bağlı cavabdehlik daşıyan bu Nazirlik məsələni araşdırmaq, günahı olan şəxsi, yaxud da şəxsləri cəzalandırmaq əvəzinə, qarşı tərəfi susmağa təhrik edir. Sual oluna bilər ki, özünü DTX-nın əməkdaşı olaraq təqdim edən şəxs 20 il pedaqoji iş stajı olan müəlliməni hansı əsasla izolyasiya otağına salıb, ondan izahat almaq qərarına gəlir? Digər tərəfdən, səbəb nədir ki, bu şəxsin belə bir addım atmasına şərait yaratmış Nəsimi Nəsirovla bağlı lazımi tədbirlər görülmür? Deməli, bu oyunun müəyyən əmmaları, kimlərəsə bəlli olmayan müəmmaları var. Yoxsa, o halda ….

Qeyd edək ki, bir neçə gün bundan öncə direktor vəzifəsini icra edən Nəsimi Nəsirov 4-cü sinif müəlliməsi Şəlalə Vəliyevaya “Siz mənimlə bağlı mediada məqalə yayımlatdırdınız. Elə edəcəksiniz ki, səni bu məktəbdən xaric etdirib, əvəzində bura başqa bir müəllimə gətirəcəyəm” deyir. Bundan əlavə, Nəsimi Nəsirov bu ilin oktyabr ayında Şəlalə Vəliyeva ilə bağlı Xəzər RPİ-nə yazdığı şikayət ərizəsində “Sənin qaynın mənimlə bağlı mətbuata şikayət ərizəsi göndərir, məqalə yayımlatdırır, WhatsApp şəkillərimi mətbuata ötürür. Ona görə də polis Şəlalə Vəliyeva ilə bağlı tədbir görməlidir” deyə qeyd edir. Əslində bu şəxsin belə bir danışığı şər-böhtandan başqa bir şey deyil. Çünki, direktor vəzifəsini icra edən bu şəxsin özü WhatsApp nömrəsində kriminal aləmə məxsus şəkil yerləşdirmiş və bir media qurumu olaraq, həmin şəkili Nəsimi Nəsirova məxsus WhatsApp nömrəsindən götürmüşük.



Onu da bildirək ki, Şəlalə Vəliyevanın həyat yoldaşı yaşanan olayla bağlı 04 oktyabrda Təhsil Nazirliyində olur və həmin vaxt ona “Biz Nəsimi Nəsirovun əməlləri ilə bağlı cavabdehlik daşımırıq və heç bir tədbir də görə bilmərik” deyirlər. Nazirlik rəsmləri tərəfindən bu cür cavabın verilməsi olduqca düşündürücü, olduqca ikrahi hissi yaradan halın varlığıdır.

Ümumiyyətlə, baş verənləri təhlil edib belə bir qənaətə gəlmək olar ki, Nəsimi Nəsirov bu gün Azərbaycanın təhsil sistemində olduqca naşı və çalışdığı sahə üzrə lazımi göstəriciləri özündə cəmləşdirməyi bacarmayan vəzifə sahibidir. Ona görə də düşünürük ki, cənab Emin Əmrullayev bugünkü təhsilimizi məhvə sürükləyən, rəhbərlik etdiyi kollektiv arasında daim qarşıdurmalar yaradan, bir sözlə təhsil sahəsinə yad olan bu şəxslə bağlı lazımi tədbirlərini görüb, ona “dur” deyəcək.

Mövzuya qayıdacağıq.

Deryaz.azOnu da bildirək ki, Şəlalə Vəliyevanın həyat yoldaşı yaşanan olayla bağlı 04 oktyabrda Təhsil Nazirliyində olur və həmin vaxt ona “Biz Nəsimi Nəsirovun əməlləri ilə bağlı cavabdehlik daşımırıq və heç bir tədbir də görə bilmərik” deyirlər. Nazirlik rəsmləri tərəfindən bu cür cavabın verilməsi olduqca düşündürücü, olduqca ikrahi hissi yaradan halın varlığıdır.

Ümumiyyətlə, baş verənləri təhlil edib belə bir qənaətə gəlmək olar ki, Nəsimi Nəsirov bu gün Azərbaycanın təhsil sistemində olduqca naşı və çalışdığı sahə üzrə lazımi göstəriciləri özündə cəmləşdirməyi bacarmayan vəzifə sahibidir. Ona görə də düşünürük ki, cənab Emin Əmrullayev bugünkü təhsilimizi məhvə sürükləyən, rəhbərlik etdiyi kollektiv arasında daim qarşıdurmalar yaradan, bir sözlə təhsil sahəsinə yad olan bu şəxslə bağlı lazımi tədbirlərini görüb, ona “dur” deyəcək.

Mövzuya qayıdacağıq.

Deryaz.az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az