• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-10-2026 Pulumuz dərmana gedir – QORXUNC statistika
  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da
  • 17-10-2026 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı PAYLAŞIM - VİDEO
  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər
  • 17-10-2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026 Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - VIDEO
  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın

XƏBƏRLƏR

    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
5-11-2021, 20:24

Gədəbəydəki ekoloji problem ​ hər kəsi şoka salır – VİDEO - FOTO FAKT

Gədəbəydəki ekoloji problem ​ hər kəsi şoka salır – VİDEO - FOTO FAKT



Bəllidir ki, ölkəmizdə iqtisadiyyatın sürətli inkişafı, əhalinin sosial-mədəni səviyyəsinin yaxşılaşdırılması ilə bərabər, təbii ehtiyatlardan səmərəli istifadə və ekoloji tarazlığın qorunması daim dövlətimizin diqqət mərkəzində saxladığı məsələlərdəndir. Ona görə də son illər ekologiyaya, təbiəti mühafizəyə və təbii ehtiyatlardan səmərəli istifadəyə dair bir sıra normativ hüquqi aktlar qəbul olunmuş, təbiətin qorunması və sağlamlaşdırılması sahəsində mühüm praktiki addımlar da atılmışdır. Ekoloji problemlər insanın birbaşa və ya dolayı yolla təbiətə vurduğu mənfi təsir nəticəsində əmələ gələn problemlərin cəmidir. Çünki, təbiət özünün yaratdığı problemləri aradan qaldıra bilir, insanlar isə ətraf mühitə daha dərin yaralar açır və onu daha çox məhv edir, təbiətin bütün bunları bərpa etməsi üçün uzun vaxt lazım gəlir.
Qeyd edək ki, son illər ekoloji problemlər daha çox çay kənarlarında aparılan qazıntı işləri zamanı yaşanır. Yəni, bəzi şəxslər tərəfindən qum-çınqıl yataqlarının kortəbii istismarı, yaxud da hansısa məqsədinə çatmaq naminə addımlarını atarkən, ərazinin ekosisteminə bərpa olunmayan zərərlər vurulur, yeraltı və yerüstü su ehtiyatlarının kəmiyyət və keyfiyyət göstəricilərində mənfi dəyişikliklər baş verir, çay məcrası eroziyaya məruz qalır və digər xoşagəlməz olaylar yaşanır. Ona görə də qeyd olunan pozuntuların qarşısının alınması üçün hər kəs “Yerin təki haqqında” və “Lisenziyalar və icazələr haqqında” Qanunların müvafiq maddələrinə əməl etməyə borcludur.



Onu da bildirək ki, cənab Prezident 21 aprel 2018-ci il tarixdə Hüseynqulu Bağırovu daşıdığı vəzifəsindən azad etdi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri vəzifəsinə Muxtar Babayev təyin olundu. Sözsüz ki, bu yöndə atılan addımlarla bağlı əsaslı səbəblər olur ki, bu da zamanında ölkə rəhbərini belə bir qərar qəbul etməyə vadar edir. Unutmaq olmaz ki, sabiq nazirin zamanında ən çox problemlərin yaşandığı sahələrdən biri də, məhz ölkəmizin ekologiya sahəsi idi. Bu sahədə hökm sürən inhisarçılıq, vəzifə sahibi olan hər kəsin gündəlik artan maraqları və s. bu sahəni, sanki “bataqlıq burulğanı”na çevirmişdi. İstər meşə təsərrüfatı, istərsə də ətraf mühitlə bağlı problemlər elə bir həddə gəlib çatmışdı ki, vəziyyətin dözülməz kritik olduğunu hər kəs görə bilirdi. Gundemxeber.az-ın redaksiyasına Quliyev Qəzənfər Abbas oğlu adlı şəxsin çatdırdığı məlumatlara görə, hal-hazırda belə bir biabırçı olaylardan biri də Gədəbəy rayonu, Qala kəndinin yuxarı hissəsində, daha dəqiq desək Şəmkir çayının düz orta hissəsində Nazim adlı şəxsin rəhbərliyi ilə, hansı ki, heç bir sənədi olmayan obyektin inşaası zamanı baş verir. (Məqaləni istinad edib saytımıza yerləşdirməsəm, demək peşəkar oğruyam) Hansı ki, Gədəbəy RİH-nin sabiq başçısı İbrahim Mustafayevin verdiyi tapşırığına əsasən, heç bir sənədi olmayan bu obyektdə tikinti işləri dayandırılmışdı. Buna da əsas səbəb, qeyd olunan yerdə inşa olunan obyektin sökülməsi ilə bağlı FHN-nin verdiyi qərar və 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi rəsmlərinin məhkəməyə müraciət etmələri olur. Qəzənfər Quliyev bildirir ki, “Sabiq icra başçısı İbrahim Mustafayev PA-da yeni vəzifəyə təyin olunduqdan sonra, Gədəbəy RİH-nin başçısı vəzifəsinin icrası 1-ci müavin Natiq Nağıyevə həvalə olunub. Natiq müəllim bu kimi səlahiyyətə sahib olduqdan sonra, Nazim adlı şəxsə “yaşıl işıq” yandırdı və belə bir səbəbdən də, hal-hazırda qeyd olunan obyektdə “şıdırğı” tikinti işləri davam etdirilir. Bəzi çevrələrdə müəyyən söz-söhbət də dolaşır ki, 1-ci müavin Natiq Nağıyev heç də Nazim adlı şəxsin “ala gözünə, qara qaşına” aşiq olmayıb, məhz ondan iki dəfəyə aldığı 10 min manat haqq-hesaba görə, bu gün belə bir addımını atmağa qərar verir”.




Elə ki, Qəzənfər Quliyevin redaksiyamıza çatdırdığı məlumatlar, həmçinin həyata keçirilmiş və redaksiyamıza çatdırılmış video-çəkiliş əsasında Natiq Nağıyevlə əlaqə saxladıq və ona, necə olur ki, tikintisinin dayandırılması haqda qərar verilmiş obyektdə hal-hazırda “şıdırğı işlər” aparılır deyə sual etdik. Bu şəxs ünvanladığımız suallara cavabında “Mən dünən nümayəndə göndərdim, yerində şəkil çəkildi, akt tərtib olundu, mənə təqdim olunub, hazırda onlar mənim stolumun üstündədir, orada heç bir iş getmir. Təbii ki, həmin yer meşə sahəsinə aiddir, biz ona icazə verməmişik və heç bir sənədi yoxdur, heç bir iş də aparıla bilməz” deyə cavab versə də, video-görüntülərdən isə bəlli olur ki, qeyd olunan obyektdə tikinti işləri davam etdirilir. Bu da onu söyləməyə əsas verir ki, Qəzənfər Quliyevin iddia etdiyi 10 min manat haqq-hesab, məhz 1-ci müavin Natiq Nağıyevi belə bir formada danışmağa məcbur edir. Əgər bu belə olmasaydı o halda Gədəbəy RİH-nin rəsmisi FHN-nin verdiyi qərarı və 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi əməkdaşının məhkəməyə müraciət etmələrini əsas tutub, bu yöndə müvafiq addımını atardı. Deməli, ...
Düşünürük ki, Gədəbəy RİH-nin başçısı vəzifəsini müvəqqəti icra edən bu şəxsin necə danışmasından, hansı addımını atmasından asılı olmayaraq, məqalənin yayımlanmasından sonra aidiyyatı dövlət qurumları belə bir haqsızlığa və qanunsuzluğa imza atan hər kəsə qarşı lazımi tədbirlərini görüb, qanunun “təsir gücü”nün izahını onlara anladacaqlar.
Mövzunu diqqətdə saxlayacağıq.

GundemXeber.Az



















































Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az