• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
21-08-2021, 09:56

CAHANGİR ƏSGƏROV DANIŞDI, AMMA HEÇ NƏ DEMƏDİ… – AZAL rəhbəri Prezidentin iradlarının üzərindən sükutla keçdi

CAHANGİR ƏSGƏROV DANIŞDI, AMMA HEÇ NƏ DEMƏDİ… – AZAL rəhbəri Prezidentin iradlarının üzərindən sükutla keçdi

Azərbaycanda ən böyük monopolist dövlət şirkətlərindən biri “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nın prezidenti Cahangir Əsgərov azal.az saytına geniş müsahibəsində şirkətin 25 ildə keçdiyi yola nəzər salıb, uğurlardan danışıb, pandemiyanın yaratdığı çətinliklərdən gileylənib.

Qeyd edək ki, AZAL pandemiya dövründə büdcədən ən çox maliyyə dəstəyi alan təşkilatdır. Şirkətə büdcədən 215 milyon manatdan çox yardım verilib ki, bu da pandemiyadan zərər çəkmiş bütün sahələrdə və bütün müəssisələrdə muzdlu işçilərə əmək haqlarının ödənilməsi üçün ödənilən vəsaitə yaxındır. AZAL prezidenti deyir: “Bu gün aviasiya birliyi mülki aviasiya tarixində ən arzuedilməz günlərini yaşamaqda davam edir. COVID-19-un yayılması ilə əlaqədar ölkələrin həyata keçirdikləri zəruri tədbirlər ilk növbədə aviaşirkətlərə və ümumilikdə, mülki aviasiyaya sarsıdıcı zərbə vurub. Aviaşirkətlər hazırda olduqca çətin vəziyyətdədir, bununla əlaqədar aviadaşıyıcıların ağırlaşmış vəziyyətinin yüngülləşdirilməsi məqsədilə hökumət tərəfindən atılan addımlar olduqca əhəmiyyətlidir. Biz çətin böhran vəziyyətindən ləyaqətlə və peşəkarlıqla çıxmaq üçün obyektiv imkan tapmalıyıq. Biz yaranmış vəziyyətin qlobal problem olduğunu, bu səbəbdən də situasiyaya dərrakəli yanaşmaq lazım olduğunu anlayırıq. Bu gün, heç vaxt olmadığı kimi, ümumi mülki aviasiya işimizdə həmrəy olmaq, bir-birinin probleminə həssaslıqla yanaşmaq və kömək göstərməyə hazır olmaq vacıbdir…”


C.Əsgərov müsahibə boyu bir dəfə də olsun kəllə-çarxa çıxan aviabiletlərin qiymətlərindən danışmayıb. Habelə deputatların, ekspertlərin, sadə vətəndaşların sosial şəbəkələri, medianı başına götürən etirazlarından bəhs etməyib. Baxmayaraq ki, ötən ilin avqust ayının 10-da Prezident İlham Əliyev AZAL-sərt tənqid etmişdi: “AZAL şirkətinin bütün təyyarələri dövlət tərəfindən alınıb, bütün aeroportlar dövlət tərəfindən tikilib. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək?!”

Həmin tarixdən 1 ildən çox vaxt ötüb, amma görünən odur ki, AZAL tənqidlərdən heç bir nəticə çıxarmayıb. Biletlər hədsiz baha olaraq qalır, Azərbaycanın hava məkanı tamamilə bu şirkətin inhisarındadır, büdcədən aldığı dotasiya davam edir, onun borclarını isə dövlət ödəyir.

Məsələn, 2020-ci ildə AZAL-ın yığdığı borcun həcmi bir il əvvəlki 101,3 milyon manatdan 160 milyon manata qalxıb. Həmin məbləğ dövlət xəzinəsi hesabına kreditorlara ödənilib.

AZAL-ın yaratdığı rəqabətsizlik mühitini qonşu Gürcüstanla müqayisə etdikdə maraqlı mənzərə yaranır. Qonşu ölkədə aviauçuş sahəsində 14 xarici şirkət birbaşa fəaliyyət göstərir. Orada təkcə Türkiyənin 4 şirkəti çalışır. Buna görə Gürcüstanda aviauçuşların qiyməti çox ucuzdur. Azərbaycanda isə bütün uçuşları ya AZAL özü həyata keçirir, yaxud da o, uçuşları həyata keçirəcək şirkətləri özü ilə birgə çalışmağa vadar edir.

Cahangir Əsgərov isə iddia edir ki, AZANS-ın (QSC-nin tabeliyində olan “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi) sabit fəaliyyəti və inamlı inkişafı xarici aviaşirkətlərin Azərbaycanın hava məkanına marağını artırır. Onun sözlərinə görə, ölkənin hava məkanından keçməklə müntəzəm uçuşlar həyata keçirərək AZANS-ın xidmətlərindən istifadə edənlərin ümumi siyahısına 120-dən çox iri aviaşirkət daxildir.

AZAL prezidenti bildirib ki, Azərbaycanın beynəlxalq hava limanlarında beşinci və yeddinci dərəcəli azadlığın tətbiqi gələcəkdə Azərbaycanın hava məkanında uçuşların intensivliyinin artmasına müsbət təkan verəcək. “Bu, həmçinin, ölkəmizin tranzit potensialının həyata keçirilməsinə müsbət təsir göstərəcək. Bununla əlaqədar, yerüstü xidmətlərin, o cümlədən AZANS-ın vəzifəsi uçuşların təhlükəsizliyini və müntəzəmliyini təmin etməkdir”, – deyə o vurğulayıb.

Xatırladaq ki, Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında hazırda müzakirə edilən Tərəfdaşlıq Sazişində də əsas problemlərdən biri hava məkanının açılması ilə bağlıdır. Aİ Azərbaycandan hava məkanının açılmasını, başqa şirkətlər üçün maneələrin aradan qaldırılmasını istəyir.


Qeyd edək ki, AZAL Cahangir Əsgərovun bəhs etdiyi beşinci və yeddinci qrup “hava azadlığı”nın tətbiqinə icazə verməyib. “Hava azadlığı” qrupu hər hansı bir ölkəyə məxsus aviaşirkətin təyyarələrinin digər dövlətin hava məkanında fəaliyyətini tənzimləyən qaydalar toplusudur. Azadlıq dərəcəsi nə qədər yüksək olarsa, xarici aviaşirkətə məxsus təyyarənin də Azərbaycanın hava məkanında daha çox hərəkət etməsinə icazə verilir. Beləliklə, beşinci qrup “hava azadlığı” xarici aviaşirkətlərə öz hava limanlarından digər şəhərlərə uçuş həyata keçirərkən sərnişinlərin təyyarəyə minməsi və yaxud düşməsi məqsədilə Bakıda (və digər hava limanlarında) eniş etmək icazəsi verir.

Yeddinci qrup “hava azadlığı” isə aviaşirkətə öz baza aeroportunda eniş etmədən Azərbaycan və xarici ölkələr arasında uçuş həyata keçirməyə icazə verir. Məsələn, Avropa aviaşirkəti Dubaydan Azərbaycana gələ və daha sonra öz ölkəsində eniş etmədən ABŞ-ın hər hansı bir şəhərinə uçuş həyata keçirə bilər. Hər iki halda aviaşirkətlər bütün istiqamətlər üzrə, o cümlədən Azərbaycanın ərazisində azad kommersiya fəaliyyəti həyata keçirə bilərlər.

Yeni şərtlərə əsasən Azərbaycana və daha sonra digər ölkələrə uçuş həyata keçirmək istəyən bütün xarici aviaşirkətlər AZAL-la eyni hüquqlara sahib ola bilərlər. Bu sözügedən “hava azadlığı” qrupları Azərbaycanın hava limanlarından Avropa, Şimali Amerika, Avstraliya və Cənub-Şərqi Asiyanın 40 ölkəsinə uçuşlar həyata keçirməyə imkan verir.

Cahangir Əsəgərov Azərbaycanın hava limanlarında “hava azadlığı” qruplarının nə zaman tətbiq olunacağından danışmayıb. Görünür, bahalı biletlər kimi bu da monopolist şirkət rəhbəri üçün arzuolunmaz mövzulardandır..


(AzPolitika.info)

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az