• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
18-04-2018, 15:06

Maliyyə Nazirliyində üsyan- Azər Bayramov və Nadir Qarayev Samir Şərifova qarşı

Maliyyə Nazirliyində üsyan- Azər Bayramov və Nadir Qarayev Samir Şərifova qarşı

Bu ilin aprelində keçiriləcək prezident seçkisindən sonra hakim komandada radikal dəyişikliklərin olacağına dair xəbərlər var. Mediada yer alan məlumatlara görə, hakimiyyətin yaxa qurtarmağa çalışdığı bir neçə mühüm post sahibi var və prezident seçkisindən dərhal sonra onların adları prezidentin yeni komandasının siyahısında olmayacaq. Belə ki, vurulacağı deyilən şəxslərin əksəriyyətinin iqtisadi blokda təmsil olunan məmurlar olacağı gözlənilir.

AFN xəbər verir ki, hakimiyyət üçün arzuolunmaz sayılan kadrlar arasında maliyyə naziri Samir Şərifovun, eyni zamanda Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun adı çəkilir. Ölkənin maliyyə və bank sektorundakı vəziyyətdən sorumlu olan bu şəxslər neftin dünya bazar qiymətinin düşdüyü dövrdə qeyri-peşəkar yanaşmalarıyla iqtisadiyyatda böyük problemlərin yaranmasına rəvac veriblər. Belə ki, böhranın başlandığı ilkin dövrdə yerli və xarici ekspertlərin təkidli çağırışlarına rəğmən Azərbaycanda manatın məzənnəsi sərbəst buraxılmadı. Maliyyə-bank sektorunun başbilənləri Mərkəzi Bankın vəsaitləri hesabına manatın məzənnəsini süni surətdə saxlamağa cəhd göstərdilər. Nəticədə, qısa bir müddətdə Mərkəzi Bankın 18 milyard dollar təşkil edən valyuta ehtiyatları 4 milyard dollara düşdü. Manatın devalvasiyalarından sonra məlum oldu ki, manatın məzənnəsinin böyük zərər hesabına saxlanması heç də səbəbsiz deyilmiş: müəyyən qüvvələr Azərbaycanda dolların ucuz olmasından istifadə edərək milyardlarla dollar qazanc əldə ediblər. Dövlət başçısı səviyyəsində açıqlanan məlumatlardan aydın oldu ki, bu qüvvələr gündə yüz milyonlarla dollar əldə etməyi bacarıblar. Bu haqda bir neçə gün əvvəl "Yeni Müsavat” qəzeti yazıb.

"Eyni zamanda aydın məsələdir ki, uzun illər Mərkəzi Banka rəhbərlik etməklə ölkənin bank sektorunu əlinin içi kimi tanıyan E.Rüstəmov, maliyyə sisteminə rəhbərlik edən S.Şərifov proseslərin belə xarakter alacağını görməmiş deyildilər. Bu halda onların hansı maraqlardan çıxış edərək dolları ucuz saxlamağa çalışdıqları sıravi vətəndaşlardan tutmuş, ölkə rəhbərliyinə qədər hamını düşündürəcək sualdır.
Baş bankirlə baş maliyyəçinin mütləq və mütləq görməli olduqları digər cinayət, əlbəttə ki, Beynəlxalq Bankdan oğurlanan on milyardlarla manat dövlət vəsaitidir. Biri bank sektorunun, digəri isə maliyyə sisteminin tənzimləyicisi, biri banklardan verilən kreditlərə, digəri birbaşa Beynəlxalq Bankdan verilən kreditlərə nəzarət edən iki məmurun gözləri önündəcə dövlətin pulu talan edilirsə və onlar bunu görmürlərsə, demək ki, ya tutduqları vəzifəyə uyğun bilik-bacarıqları yoxdur, ya da baş verənlərdə hansısa maraqları və iştirakları olub. Bu, sübuta ehtiyacı olmayan aksiomdur” – deyə qəzetin yazdığı məqalədə bildirilir.

Samir Şərifovun yeni komandada yer almayacağını Maliyyə Nazirliyindəki mənbə də bildirir. AFN-ə danışan həmsöhbətimizin sözlərinə görə, artıq nazirlikdə onun yerinə hazırlaşanlar da var: "Maliyyə nazirinin birinci müavini Azər Bayramov və 1 saylı Xəzinədarlıq idarəsinin rəisi Nadir Qarayev birincinin nazir postuna gətirilməsi uğrunda fəaliyyətə başlayıblar. Yaxın günlərdə Samir Şərifov haqda mediaya kompromatların ötürülməsi planlaşdırılır. Artıq bunun əlamətləri görünməkdədir. Belə ki, hər iki şəxs, özləri haqda mediada yüngül tənqidi yazılar yazdırmağa başlayıblar. Belə təəssürat yaratmağa çalışırlar ki, guya onlar rəhbərliyin tələbi ilə qanundankənar işlər görməyə məcbur edilirlər. Bu barədə hər iki məmur yaxın ətrafları vasitəsilə də məlumat yayır. Azər Bayramov maliyyə idarələrinin əksəriyyətinə öz adamlarını yerləşdirib. Onlar da Samir Şərifovun adından yerlərdə qanunsuz işlər görür, idarələrə işi düşən adamları incidirlər. Bütün fəaliyyət hazırkı naziri gözdən salmağa, onun haqqında mənfi rəy yaratmağa yönəlib. Düzdür, Samir Şərifov da təmiz adam deyil, o da bilərəkdən, yaxud bilməyərəkdən yaxşı rəhbərlik edə bilməyib maliyyə sahəsinə. Amma Azər Bayramovun etdiyi arxadan zərbədir. Onun isə bütün bu işlərdə bir nömrəli əlaltısı Nadir Qarayevdir. Onlar yaxın qohumdurlar, səhv etmirəmsə qudadırlar. Azər Bayramov qohumunu Dövlət Xəzinədarlıq Agentliyinə baş direktor gətirmək istəsə də, bacarmadı. Bunun əvəzində isə Nadir Qarayev məclislərin birində demişdi ki, "Azərin (Azər Bayramov nəzərdə tutulur-red.) canı sağ olsun, o nazir olanda mənin vəzifəm agentlik rəhbərliyindən də yüksək olacaq”.

Qeyd edək ki, N.Qarayevin DXA-ya baş direktor gətirilməməsinin səbəbləri haqda bir neçə gün əvvəl mediada məlumat gedib. Bildirilir ki, N.Qarayev "MTN işi” ilə bağlı təqsirləndirilən tərəf olaraq istintaqda dindirildiyi üçün Samir Şərifovun yanında etimadını itirib və bu səbəbdən də vəzifədə irəli gedə bilməyib.
N.Qarayev haqda yayılan məlumatlarda daha sonra qeyd edilir ki, o, tikinti işinə girişib və hazırda Bakıda tanınmış iş adamı ilə birgə çoxmərtəbəli bina tikdirir.
Bu günlərdə AFN-də də dərc edilən daha bir yazıda qeyd edilirdi ki, rabitə Rabitə və Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbəri, hazırda isə dövlət əmlakının mənimsənilməsinə görə həbs edilən Vidadi Zeynalov Nadir Qarayevlə yaxın dost olub. Elə Nadir Qarayevi Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovla əməkdaşlığa cəlb edən də məhz Vidadi Zeynalovun olduğu qeyd olunur. Bildirilir ki, Akif Çovdarov böyük maliyyə maxinasiyalarına görə Nadir Qarayevi həbs edib. Bundan sonra isə dövriyyəyə Vidadi Zeynalov girib. Dostunu Akif Çovdarovun caynaqlarından qurtaran Vidadi Zeynalov onu Akif Çovdarovla əməkdaşlığa da sövq edib.

Məlumatı verəb mənbə həmçinin onu da iddia edir ki, Nadir Qarayev MTN-ə Maliyyə Nazirliyi və nazir Samir Şərifovla bağlı çoxlu sayda faktlar ötürüb. Həmin məlumatlar sayəsində isə MTN-də Maliyyə Nazirliyində bəzi şəxsləri qısa müddətdə həbs edərək onlardan külli miqdarda pul alıblar. Məlumatda qeyd edilir ki, 1 saylı Xəzinadarlıq İdarəsi rəisinin bu xəyanəti barədə Samir Şərifovu məlumatlandırıblar və bundan sonra nazir onun üstündən xətt çəkib. Nazirin bu qərarına etiraz etdikdən isə Nadir Qarayevə qarşı yoxlama təşkil edilib və çox ciddi maliyyə yeyintiləri ortaya çıxıb. Ancaq nazir müavini, N.Qarayevin yaxın qohumu Azər Bayramovun məsələyə müdaxiləsi nəticəsində Nadir Qarayevin cinayəti qabardılmayıb və o öz vəzifəsini qoruyub saxlaya bilib.
1 saylı Xəzinədarlıq İdarəsi rəisinin macəraları bununla da bitmir. Bəzi məlumatlara görə, N.Qarayev indi də bütün fəaliyyətini Dövlət Xəzinədarlıq Agentliyinin baş direktoru Elman Piriyevə qarşı yönəldib. Onun hər addımda baş direktor haqda mənfi rəy yaratmağa çalışması haqda məlumatlar da yayılıb.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.
xeberfakt.az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az