• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 18-07-2026 Baş çavuş vəfat etdi
  • 18-07-2026 İstirahət günü 38 dərəcə isti olacaq
  • 18-07-2026 "Tesla"nın 20 min avtomobili ilə bağlı kritik qərar verildi
  • 18-07-2026 Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib
  • 18-07-2026 DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq
  • 18-07-2026 Tramp Messi, Ronaldo və Keyndən danışdı
  • 18-07-2026 Bu sayda şəxsə yaşa görə əmək pensiyası təyin olundu
  • 18-07-2026 Moskvaya 370 dronla hücum: Mer hamısı vurulub deyir, amma neft anbarı yanır...
  • 18-07-2026 11 və 8 yaşlı 2 uşaq itkin düşdü
  • 18-07-2026 İran rəsmisi BMT-ni ittiham etdi
  • 18-07-2026 "Qadınlarda kişiləşmə, kişilərdə qadınlaşma gedir, bilmirsən, yeməkdəndir, ya içməkdən..."
  • 18-07-2026 Kadırovdan ŞOK ÇAĞIRIŞ - NATO-ya müharibə ELAN ETDİ
  • 18-07-2026 "Adımdan yalan danışıb, camaatı üstümə qaldırmayın"
  • 17-07-2026 Türkiyə və Rusiya arasında meyvə müharibəsi!
  • 17-07-2026 "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
  • 17-07-2026 Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub
  • 17-07-2026 “Qarabağ”ın oyunu canlı yayımlanacaq
  • 17-07-2026 İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı
  • 16-07-2026 Azərbaycan neftinin qiyməti 86 dollardan yuxarı qalxdı
  • 16-07-2026 Talamus nədir? Talamusun vəzifələri və funksiyaları

XƏBƏRLƏR

    DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq
    "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
    “Qarabağ”ın oyunu canlı yayımlanacaq
    DÇ-2026: Argentina - Misir oyununun hakimi barədə qərar verildi
    Harri Keyn İngiltərə millisində yeni rekorda imza atıb
    10 il Seneqal millisinin həkimi olub: məlum oldu ki...
    FİFA-dan tarixi qərar: Dünya Kuboku finalında futbol qaydaları pozulacaq FOTO
    "Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
    “Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
    "Bizə daha çox transfer lazımdır"
15-07-2021, 10:10

Jurnalist 16 iyul 2021-ci il tarixdə DİN-nə çağırıldı- SƏBƏB?

Jurnalist 16 iyul 2021-ci il tarixdə DİN-nə çağırıldı- SƏBƏB?


Hörmətli çoxsaylı oxucular! Hər kəsin diqqətinə onu çatdırmaq istəyirik ki, Nyus.Az xəbər portalı olaraq fəaliyyət göstərdiyimiz ötən illər ərzində daim xalqımızın, dövlətimizin maraqlarının müdafiə olunması yöndə fəaliyyət göstərib, məhz ictimai həyatımızda baş verən hər cür sosial-iqtisadi, siyasi yönümlü məsələ və problemlərin həllinə dəstək olmağa çalışmışıq. Çünki, bizim üçün əsas amal, baslıca istək möhtərəm Prezident İlham Əliyev tərəfindən yürüdülən dövlət siyasətini müdafiə etmək, dövlətçiliyimizin möhkəmləndirilməsinə çalışmaq olub. Bəli, bu gün də fəaliyyətimizi bu yöndə davam etdiririk. Belə bir səbəblər üzündəndir ki, indiyə kimi redaksiyamızın ünvanına və elektron poçtuna ayrı-ayrı şəhər və rayonların sakinləri tərəfindən çoxsaylı şikayət ərizələri daxil olub ki, biz həm onları ictimailəşdirmişik, həm də problemlərin aradan qaldırılmasına müəyyən qədər dəstək göstərmişik. Belə şəxslərdən biri də, Ucar rayonu, H.Əliyev prospekti, ev-136 ünvanında yaşayan Raqif Ayaz oğlu Şirinov adlı şəxs olub. Belə ki, adı çəkilən bu şəxs 31 may 2021-ci il tarixdə redaksiyamızın elektron poçtuna göndərdiyi şikayət ərizəsində və video-çəkilişdə Ucar rayon Meliorasiya İdarəsinin rəisi Həsən Qasımovun korrupsiya və çoxsaylı qanunsuzluq əməllərindən bəhs edir və buna görə də ölümlə hədələndiyini, nalayiq söyüşlərlə təhqir olunduğunu da dilə gətirir. Raqif Şirinov belə bir işlərdə Həsən Qasımovun kürəkəni, hansı ki, "Azərişıq" ASC-də yüksək vəzifə sahibi olan Zaur Qurban oğlu Səlimovun və oğlu, hansı ki, Ucar Melioservis İdarəsində mühəndis vəzifəsini daşıyan Nicat Qasımovun daha aqressiv olmalarından da bəhs edir. Qeyd edək ki, Raqif Şirinovun redaksiyamızın elektron poçtuna göndərdiyi şikayət ərizəsini və video-çəkilişini əsas tutub, 02 iyun 2021-ci il tarixdə

“Qudurğan vəzifəli şəxs polis zabitini də söydü – şok səsyazısı – VİDEO”
başlıqlı məqalə yayımladıq və hər kəsin baş verənlərdən məlumatlı olmasına da səbəb olduq. Məsələnin maraqlı tərəfi odur ki, bir neçə gündən sonra tərəflər arasında hansısa maraqlar çərçivəsində razılaşma əldə olunur. Az sonra isə, Raqif Şirinov Nyus.Az xəbər portalının redaksiyası ilə əlaqə saxlayır və göndərdiyi video-çəkilişin xəbər portalından silinməsini tələb etsə də, o, heç cür buna nail ola bilmir. Belə olan halda məsələ ilə bağlı Ucar rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Ələddin Əliyev məşğul olur və bu şəxs xəbər portalının baş redaktoruna zəng edir və ondan şikayət olunacağnı da bildirir. Bu belə olduqda Nyus.Az xəbər portalının rəhbərliyi yaşanan olayın obyektiv araşdırılması, əsl həqiqətlərin üzə çıxarılması məqsədilə bir çox dövlət qurumların rəhbər şəxslərinə, o cümlədən daxili işlər naziri cənab Vilayət Eyvazovun da ünvanına rəsmi qaydada məktubla müraciət edir. DİN-nin rəhbərliyinə ünvanlanmış məktuba 30 iyun 2021-ci il tarixdə





Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarışı İdarəsinin rəisi cənab Arzu Daşdəmirovun imzası ilə təsdiq olunmuş cavab məktubunda, məhz Ucar rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Ələddin Əliyevin heç bir hüquqpozma hallarına yol vermədiyi qeyd olunur. Düşündürücü hal odur ki, Raqif Şirinovun Nyus.Az xəbər portalının redaksiyası ilə əlaqə saxlaması və göndərdiyi video-çəkilişin xəbər portalından silinməsini tələb etməsi faktı araşdırılmır, amma bu şəxsin redaksiyanın rəhbəri Arif Məmmədovdan şikayət etməsi faktı dəfələrlə onun diqqətinə çatdırılır. Belə bir halın varlığı da, məhz böyük şübhələrə yollar açır. Eyni zamanda, dünən günorta saatlarında Ucar rayon Polis Şöbəsi rəisinin müavini İlham müəllimin Nyus.Az xəbər portalının baş redaktoruna zəng etməsi, qeyd olunan video-çəkilişin xəbər portalından silinib-silinməməsini soruşması, məhz hər kəsdə belə bir fikirin formalaşmasına ehyam vurur ki, PŞ-nin əməkdaşları video-çəkilişin çıxarılmasında maraqlıdırlar. O halda sual oluna bilər ki, niyə və buna səbəb nədir?
Bütün bunlar azmış kimi, 14 iyul 2021-ci il tarixdə özünün DİN-də idarə rəisinin müavini olduğunu bildirən Eldar müəllim adlı şəxs, Nyus.Az xəbər portalının baş redaktoru Arif Qabil oğlu Məmmədova zəng edir və onun 16 iyul 2021-ci il tarixdə, səhər saat 10:00 radələrində qeyd olunan olayla bağlı DİN-nə çağırıldığını da bildirir. Amma, adı çəkilən vəzifə sahibi xəbər portalı baş redaktorunun DİN-ə çağırılması ilə bağlı ünvan üzrə çağırış vərəqəsinin göndərilməsinə o qədər də lüzum görmür. Düşünürük ki, cənab Vilayət Eyvazov yaşanan belə bir olayla bağlı müəyyən qədər məlumatlı olduğundan, bütün araşdırmalar qanunamüvafiq qaydada həyata keçiriləcək.
Mövzu diqqətimizdədir.

Nyus.Az



Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az