• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 18-07-2026 Baş çavuş vəfat etdi
  • 18-07-2026 İstirahət günü 38 dərəcə isti olacaq
  • 18-07-2026 "Tesla"nın 20 min avtomobili ilə bağlı kritik qərar verildi
  • 18-07-2026 Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib
  • 18-07-2026 DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq
  • 18-07-2026 Tramp Messi, Ronaldo və Keyndən danışdı
  • 18-07-2026 Bu sayda şəxsə yaşa görə əmək pensiyası təyin olundu
  • 18-07-2026 Moskvaya 370 dronla hücum: Mer hamısı vurulub deyir, amma neft anbarı yanır...
  • 18-07-2026 11 və 8 yaşlı 2 uşaq itkin düşdü
  • 18-07-2026 İran rəsmisi BMT-ni ittiham etdi
  • 18-07-2026 "Qadınlarda kişiləşmə, kişilərdə qadınlaşma gedir, bilmirsən, yeməkdəndir, ya içməkdən..."
  • 18-07-2026 Kadırovdan ŞOK ÇAĞIRIŞ - NATO-ya müharibə ELAN ETDİ
  • 18-07-2026 "Adımdan yalan danışıb, camaatı üstümə qaldırmayın"
  • 17-07-2026 Türkiyə və Rusiya arasında meyvə müharibəsi!
  • 17-07-2026 "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
  • 17-07-2026 Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub
  • 17-07-2026 “Qarabağ”ın oyunu canlı yayımlanacaq
  • 17-07-2026 İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı
  • 16-07-2026 Azərbaycan neftinin qiyməti 86 dollardan yuxarı qalxdı
  • 16-07-2026 Talamus nədir? Talamusun vəzifələri və funksiyaları

XƏBƏRLƏR

    DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq
    "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
    “Qarabağ”ın oyunu canlı yayımlanacaq
    DÇ-2026: Argentina - Misir oyununun hakimi barədə qərar verildi
    Harri Keyn İngiltərə millisində yeni rekorda imza atıb
    10 il Seneqal millisinin həkimi olub: məlum oldu ki...
    FİFA-dan tarixi qərar: Dünya Kuboku finalında futbol qaydaları pozulacaq FOTO
    "Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
    “Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
    "Bizə daha çox transfer lazımdır"
30-06-2021, 17:17

Zakir Quliyevlə qohumu Elman Nuriyevin işləri indi necədir?

Zakir Quliyevlə qohumu Elman Nuriyevin işləri indi necədir?


Bir neçə ay əvvəl Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətin sədri olmuş Əhməd Əhmədzadənin barəsində yayılan məlumatlar artıq dövrü mətbuatın gündəmdən çəkilib. Sanki mətbuat da Əhməd Əhmədzadənin vəzifəsindən kənarlaşdırılmasından sonra dincəldi. Uzun illərdir onun barəsində səslənən bir çox versiyaların özünü doğrultmadığını zaman da təsdiqlədi. Hakimiyyətə sədaqətli biri olduğunu sübut etməklə Əhməd Əhmədzadənin özü də. Əhməd Əhmədzadə vəzifəsindən hamının düşündüyü kimi acınacaqlı şəkildə deyil,hörmətlə yola salındı.
Keçək elə bir müddət əvvəl onun yerinə göz dikənlərə. Dövrü mətbuatın hələ 2010-15-ci illərdə yaydığı məlumatlarda Əhməd Əhmədzadənin hazırda birinci müavini vəzifəsini daşıyan Zakir Quliyev səhmdar cəmiyyət sədrinin kreslosuna göz dikdiyi bildirilirdi. O vaxtlar müavin postuna Əhməd Əhmədzadə tərəfindən hələ təzə gətirilmiş Zakir Quliyevlə bərabər uzun müddət ASC-nin maliyyə və əmək haqqı idarəsində rəis vəzifəsində çalışmış,sonradan müavin olmuş Rafiq Aslanovun da bu iddiada olduğu bildirilirdi. Lakin göründüyü kimi Prezident İlham Əliyev bütün bir çox iddiaların və ehtimalların üstündən xətt çəkərək Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə heç kimin gözləmədiyi birini, Zaur Mikayılovu sədr təyin etdi.
Zaur Mikayılov meliorasiya və su təsərrüfatı mütəxəssisi olmasa da,uğurlu bir biznesmendir.Biznesin incəliklərini yaxşı bilən Zaur Mikayılova Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin incəliklərini öyrənməyə nə qədər vaxt lazım olacaq,deyə bilmərik. Amma bəlli olan odur ki, hazırda Səhmdar Cəmiyyəti məhz Zakir Quliyev və Rafiq Aslanov idarə edir. Axı onlar çoxdan işləyir və Səhmdar Cəmiyyətdə kimin, kimə bağlı olduğunu hamıdan yaxşı bilirlər. İndi əsas məsələ xidmət idarələrində çalışan qohumların,dostların yerini möhkəmləndirməkdir. Cəmiyyətin tabeliyindəki xidmət idarələrinin yerlərdəki fəaliyyətinə nəzarəti də məhz onlar həyata keçirir.Hələ köhnə qaydada olduğu kimi.
Aktualinfo.org sədr müavini Zakir Quliyevə bağlı xidmət idarələrindən birinin fəaliyyətinə, Kür Araz çaylarında Bəndlərin İstismar İdarəsində baş verənlər ətrafında araşdırma aparıb. Qeyd edək ki,İdarənin müdiri Zakir Quliyevin yaxın qohumu Elman Nuriyevdir.
Elman Nuriyevin sədr müavinin sayəsində uzun illərdir rəhbərlik etdiyi Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin sel sularının, daşqınların qarşısının alınması məqsədi ilə dövlətin il ərzində ən çox vəsait ayırdığı qurumlardan biri olduğunu bəlkə də çox az adam bilir. Qeyd edək ki, bu idarəyə Respublikmızın Gürcüstanla sərhədlərindən başlayaraq Xəzər dənizinə kimi 1595 kilometr uzunluqda axan Kür çayı boyunca bəndlərinin istismarı, təmiri, möhkəmləndirilməsi,çay yataqlarının lildən təmizlənməsi işlərinin həyata keçirilməsi üçün hər il külli miqdarda vəsitlər ayrılır.Məlumatlara görə bu vəsaitlərin böyük əksəriyyəti idarədə təyinatı üzrə xərclənmir. Yəni, müəyyən işlər üçün ayrılan dövlət vəsaitləri bilərəkdən şişirdilir,israfçılığa yol verilir ki,nəticədə də müdir Elman Nuriyev tərəfindən bu yollarla mənimsənilir.Burada külli miqdarda dövlət vəsaitini müxtəlif yollarla kənarlaşdırmaq çox asandır.Elə Zakir Quliyev də vaxtı ilə,hələ ictimai nəzarətin o qədər də güclü olmadığı dönəmlərdə burada özünə var-dövləti məhz bu yollarla toplaya bilib. İndi isə eyni yolu təbii ki,onun qohumu Elman Nuriyev gedir. Məlumatlara görə idarəyə lazım olan mal-materialların,texniki avadanlıqların,maşın-mexanızmlərin ehtiyyat hissələrinin satın alınması üçün heç bir tender keçirilmir,birbaşa müqavilə yolu alınırmış.Zaur Mikayılov Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə sədr təyin edildikdən sonra Kür Araz Çaylarında Bəndlərin İstismar İdarəsi də nəhayət,satınalmalara baş vurub, tender keçirməyə məcbur olub. Onlardan bir neçəsini diqqətinizə çatdırmaq istərdik.
Kür Araz Çaylarında Bəndlərin İstismar İdarəsi tərəfindən maşın mexanizmləri və nəqliyyat vasitələri üçün ehtiyyat hissələrinin satın alınması üzrə müsabiqə yolu ilə keçirilmiş tenderdə 239 507.99 manat məbləğində satınalma müqaviləsi 24.06.2021-ci il tarixdə “SEVİNC-96” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Cari təmir,daş-betonla sahil bərkitmə işləri üzrə müsabiqə yolu ilə keçirilmiş tenderdə 1 046 132.16 manat məbləğində satınalma müqaviləsi 24.06.2021-ci il tarixdə “SEVİNC-96” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “SEVİNC-96” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsində 31.07.1996-cı il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı ŞİRVAN ŞƏHƏRİ, H.Z.TAĞIYEV, ev 45, m. 1, qanuni təmsilçisinin isə Haxıyev Yusif Camal oğlu olduğu göstərilir.
Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin satınalma müqaviləsi bağladığı “SEVİNC-96” MMC-nin dövlətə olan vergi borcu 23 948.35 manat təşkil etmişdir.Bu “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununa görə yolverilməzdir.
Əsaslı təmir,daş-betonla sahil bərkitmə işləri üzrə müsabiqə yolu ilə keçirilmiş tenderdə 6 175 511.24 manat məbləğində satınalma müqaviləsi 24.06.2021-ci il tarixdə “İLKİN-N” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “İLKİN-N” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsində 17.10.1996-cı il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 36572 manat olan MMC-nin hüquqi ünvanı SALYAN RAYONU, QARABAĞLI, qanuni təmsilçisinin isə Abbasov Qurban İsmayıl oğlu olduğu göstərilir.
Əsaslı təmir uzrə torpaq işləri üzrə müsabiqə yolu ilə keçirilmiş tenderdə 538 600.77 manat məbləğində satınalma müqaviləsi 24.06.2021-ci il tarixdə “MELİORATİV MAŞIN STANSİYASI” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MELİORATİV MAŞIN STANSİYASI” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsində 27.11.2002-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı SABİRABAD RAYONU, BULAQLI, qanuni təmsilçisinin isə İbrahimov Elşad Əfqan oğlu olduğu göstərilir.
Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin satınalma müqaviləsi bağladığı “MELİORATİV MAŞIN STANSİYASI” MMC-nin dövlətə olan vergi borcu 2471.80 manat təşkil etmişdir.Bu “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununa görə yolverilməzdir.
Göründüyü kimi Kür Araz Çaylarında Bəndlərin İstismar İdarəsi tərəfindən “SEVİNC-96” və “MELİORATİV MAŞIN STANSİYASI” Məhdud Məsuliyyətli Cəmiyyətləri ilə müqavilələr bağlanarkən saxtalaşdırma hallarına yol verilmişdir. Belə ki,qeyd etdiyimiz MMC-lərin Dövlət Vergi Xidmətinin məlumatlarından göründüyü kimi müqavilə bağlanarkən ödənilməmiş vergi öhdəliyi olduğu açıq-aydın göstərilir. Qeyd edək ki,tender və kotirovka prosedurlarının keçirilməsi zamanı daim bir şəxsə və ya şirkətə üstünlük verilməsi satın alınan malların ehtimal olunan qiymətinin düzgün müəyyən edilməməsinə və bir sıra qanun pozuntularına yol açmasına şübhə doğurur. Kür Araz Çaylarında Bəndlərin İstismar İdarəsinin “SEVİNC-96” və “İLKİN-N” MMC-lər ilə daim işbirliyində olması ayrılan vəsaitlərin təyinatından kənarlaşdırılması ehtimalını artırır.
Əldə etdiyimiz məlumatlara görə 2010-cu ildə Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş fəlakətin nəticələrinin aradan qaldırılmasına ayrılmış milyonlarla manat dövlət vəsaitləri də Şirvan zonasında Hacı Qurban kimi tanınan,”İLKİN-N” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Qurban Abbasovun və “SEVİNC-96” MMC-nin adını hallandırmaq istəmədiyimiz qeyri rəsmi sahibinin əli ilə talan edilib. Təbii ki,Elman Nuriyev hər il çay yataqlarının lildən təmizlənməsinə ayrılan vəsaitləri təyinatı üzrə xərcləsəydi baş vermiş fəlakətin miqyası da bu qədər böyük olmazdı. Göründüyü kimi rəhbərliyin dəyişməsinə baxmayaraq sədr müavini Zakir Quliyevlə qohumu Elman Nuriyevin hazırki vəziyyəti heç də pis deyil. Daş-betonla sahil bərkitmə işlərinə ayrılmış 6 milyondan az da olsa payları olacaq.
(Aktualinfo.org )

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az