• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
29-06-2021, 10:59

“Azərsu” ASC Masazırda sakinlərə qarşı “yezidlik edir”- RƏZALƏT

“Azərsu” ASC Masazırda sakinlərə qarşı “yezidlik edir”- RƏZALƏT



Faktdir ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) ölkəmiz üçün olduqca strateji əhəmiyyət kəsb edən dövlət qurumlarından biri hesab olunur və hər il bu sahədə yeni-yeni layihə proqramlarıın icra olunmasına imza atılır, müxtəlif məqsədlər üçün dövlət büdcədən külli miqdarda vəsaitlər ayrılır. Başlıca məqsəd, məhz qarşıya qoyulan layihə proqramlarının icraasını həyata keçirmək, bu yöndə əmələ gələn hər cür problemləri aradan qaldırmaq olur. O halda sual oluna bilər ki, görəsən bu sahədə rəhbər vəzifə sahibi olan şəxsləri sakinlərin taleyi, yoxsa daha çox gəlir əldə etmək düşündürür? Media üzərindən apardığımız araşdırmaların, həyata keçirdiyimiz ümumi müşahidələrin, çoxsaylı sakinlərin danışdıqlarının və s. nəticəsi olaraq, bu gün bizdə belə bir qənaət formalaşıb ki, hazırda ASC-nin rəhbər şəxsləri bir çox ərazilərdə olduğu kimi, Abşeron rayonunun Masazır qəsəbəsində yaşayan sakinlərə qarşı da “yezidlik etmək”lə məşğul olurlar. Çünki redaksiyamıza daxil olan məlumatlara görə, adı çəkilən bu qurumda rəhbər vəzifə sahibi olanlar bu gün Masazır sakinlərini su ilə “imtahana çəkirlər”. Yəni, ilin-günün belə bir vaxtlarında vəzifə sahibi olanlarda rəhm, insaf və s. olmadığından, onlar hər cür rəzalətə qol qoyurlar. Bir anlığa diqqət yetirək ki, dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına 2019-cu ildə Masazır qəsəbə sakinlərinə su-boru xətti çəkilir və bir müddət sakinlərin bu yöndə təminatları ödənilir, zaman keçdikcə isə yeni-yeni problemlər əmələ gəlir. Hal-hazırda bu yaşayış məntəqəsində ümumi vəziyyətin dözülməz həddə çatdığı bildirilir. Yəni, sakinlərə yalnız gecə saat 2 radələrində su verilsə də, saat 4 radələrində verilən su tam şəkildə dayandırılır. Bu da o deməkdir ki, sakinlərin su ilə təmin olunmasına cavabdehlik daşıyan şəxslər, məhz hazırda həmin şəxsləri hissiyatları ilə oynayırlar. Məsələnin düşündürücü tərəfi odur ki, sakinlər mövcud problemlə bağlı dəfələrlə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Qaynar xətt”inə zəng etsələr də, hələ ki, heç bir nəticə yoxdur. Ramin müəllimin rəhbərlik etdiyi Abşeron Sukanal idarəsində baş mühəndis vəzifəsini daşıyan şəxsin verdiyi cavab isə, sanki hər kəsi şoka salır. Çünki, o, “Bilirsiniz, vaxtilə su anbarı kiçik tikilib, indi sakinlərin sayı artıb, suyu çatdırmaq olmur” deməsi, birbaşa Abşeron Sukanal idarəsini sığortalamaqdan başqa bir şey deyil.

Unutmaq olmaz ki, sabiq sədr Qorxmaz Hüseynovun özünə müavin təyin etdiyi şəxslər, o cümlədən Teyyub Cabbarov, Etibar Məmmədov, Köçəri Həsənov və digərləri hazırda elə bir idarəçiliklərini həyata keçirirlər ki, bu da sonda sakinlərin dövlət-hakimiyyət orqanlarından narazı düşmələri ilə nəticələnir. Yəni, adı çəkilən bu şəxslər ASC-də söz sahibi olsalar da, onlar 16 fevral 2011-ci il tarixdən “Azərsu”ASC-nə rəhbərlik edən Qorxmaz Cavanşir oğlu Hüseynovun görəvdən salınmasını heç cür həzm edə bilmirlər. Bundan əlavə, adı çəkilən bu şəxslər zaman-zaman qohum-əqrəbalarını ASC-nin aşağı strukturlarında işlə təmin ediblər, hətta onlara “arxa-dayaq” da olublar. Deməli, sabiq sədr Qorxmaz Hüseynovun rəhbərlik etdiyi bu dövlət qurumu zaman-zaman bir şəbəkəyə çevrilmiş və adı çəkilən şəxslərin təsir dairəsinə də salınmışdır. Belə bir səbəblər üzündən də, bu gün həmin şəxslər sakinləri dövlət qurumlarından narazı salmaqla məşğul olurlar. Hətta, belə bir ehtimal da var ki, “Azərsu”ASC-ni təsir dairələrinə salmış bu şəxslər gələcək sədrə “quyu qazacaqlar”. Çünki, bugünkü təxribatlar gələcək planların həyata keçirilməsinə tam əsas verir.

Diqqəti daha çox cəlb edən halın varlığı isə, hal-hazırda ASC-də mətbuat xidmətinə rəhbərlik edən Anar Cəbrayıllının köhnə təfəkkürdən xilas ola bilməməsidir. Yəni, bu şəxs yenə də Qorxmaz Hüseynovun dönəmindəki idarəçilikdən bərk-bərk yapışmaqda davam edir. Bir anlığa diqqət yetirək ki, Anar Cəbrayıllı “Azərsu”ya aid problemlə bağlı zəng edən şəxs(lər)in telefon zənglərinə cavab vermir. Bu da o deməkdir ki, kiçik oliqarxa çevrilən bu şəxs vaxtilə Qorxmaz Hüseynovun tətbiq etdiyi idarəçiliyi yaşatmaqdadır. Onu da yada salaq ki, xeyli müddət bundan öncə Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti-7 ünvanında yerin alt hissəsindən su çıxmasını və boş ərazi ilə axıb getməsini bildirən şəxsi, məhz Anar Cəbrayıllı ən alçaq ifadələrlə aşağılamışdı. Yəni, o, həmin şəxsi “Ay sənin kişiliyinə tüpürüm, sənin üzünə tüpürüm, sizin kimi jurnalistləri “dama soxmaq” lazımdır. Siz nə qədər abırsız-həyasız adamlarsınız, hər şeydən ötəri Qormaz müəllimi niyə narahat edirsən” deyir. Təqribən üç dəqiqədən sonra Anar Cəbrayıllı bir daha həmin şəxsə “Siz nə qədər abırsız-həyasız adamlarsınız, mən dura-dura niyə Qorxmaz müəllimə zəng etmisən” deyir və telefonunu qapadır. Bəli, belə bir ifadələri işlədən Anar Cəbrayıllı olur və bu gün də o, ASC-də mətbuat xidmətinə rəhbərlik etməkdədir. Kiçik bir xatırlamanı yada salaq ki, bugünkü vəzifəsinə təyin olunmazdan öncə o, toy şənliklərinə getməzdən əvvəl, vaxtilə “Azəriqaz”ın mətbuat xidmətinə rəhbərlik etmiş Kamandar Eyvazlının “qəbulunda olurdu” və az sonra yolunu davam etdirirdi. Yəni, bunların hər biri unudulmaz bir tarixdir.

Deməli, adı çəkilən bu şəxslərin ambisiyaları, hikkələri o qədər böyükdür ki, hətta onlar ölkə rəhbəri cənab İlham Əliyevin verdiyi tapşırıqları bu gün də saya salmırlar və atdığı addımları ilə iç üzlərini açıb ortaya qoyurlar. O halda sual oluna bilər ki, görəsən yayın belə bir isti günlərində düşüncəsi və amalı Masazır sakinlərinə “qənim kəsilməyə” köklənmiş bu şəxslərin “Azərsu” ASC-nin rəhbərliyində vəzifə daşımalarına mənəvi haqları çatırmı? Odur ki, bir qədər həm düşünək, götür-qoy edək, həm də gəldiyimiz qənaəti birbirimizlə bölüşməyə də çalışaq.

Mövzu diqqətimizdədir.


Nyus.Az



Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az