• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
19-06-2021, 10:02

Adil Vəliyevdən ÇİMƏRLİK QADAĞASI DA GƏLDİ... - Əcəb işə düşmüşük

Adil Vəliyevdən ÇİMƏRLİK QADAĞASI DA GƏLDİ... - Əcəb işə düşmüşük

Çimərlik mövsümü açılar-açılmaz Bilgəh qəsəbəsi ilə Nardaran qəsəbəsinin arasında yerləşən, sahilboyu kilometrlərlə uzanan dəniz çimərliyi sadə vətəndaşların üzünə bağlanıb.
Sabunçu rayon İcra Hakimiyyəti Bilgəh və Nardaran arasında olan “Bağçılar” çimərliyinin qapadılmasının səbəbi kimi ərazidəki antisanitariya ilə bağlı dözülməz vəziyyəti göstərib.

“Bəzi vətəndaşlar bu çimərliyi intim görüşlər üçün məkana çevirmişdilər. Əyyaşlarla narkomanlar da oraya yığışırdılar. Onlar adətən axşam 20 radələrindən sonra həmin məkana yollanır, orada çadır qurur, çirkin işlərlə məşğul olurdular. Bundan başqa, ərazidə bir neçə zibil konteyneri qoyulsa da, vətəndaşlar onlardan istifadə etmir, zibilləri hara gəldi, atırdılar. Nəticədə ərazi az qala zibilxanaya çevrilmişdi. Sözügedən ərazidən çimərlik qismində istifadəni FHN də yasaqlayıb. Orada dəniz çimmək üçün əlverişli deyil. Dənizdə batma halları çox olurdu. Bu yaxınlarda orada iki gənc batıb. Çimərliyə gələnlər avtomobil ilə yolu kəsərək əsas yolda hərəkətə mane olurdular. İyunun 15-də isə orada yerli sakinlərlə çimərliyə gələnlər arasında dava düşüb, bıçaqlanma olub. Bu səbəbdən də çimərlik ərazisinə giriş bağlanıb”, - deyə verilən açıqlamada bildirilirdi.

“Yeni Müsavat”a daxil olan məlumatda isə iddia olunur ki, çimərliklərin qapadılması həmin ərazidə, dəniz sahilində dəbdəbəli imarətləri, istirahət mərkəzləri olan oliqarxların özəl maraqlarından doğur. Sabunçu İcra Hakimiyyəti isə bu maraqların təminatçısı rolundan çıxış edib. Əks halda, çimərlikdə asayişi təmin etmək üçün əraziyə polis göndərilə bilər.

Bundan başqa, çimərlik ərazisini sanitariya normalarına uyğun şəkildə saxlamaq üçün minlərlə işçi ştatı olan, dövlət büdcəsindən hər ay 100 minlərlə manat axıdılan Sabunçu Kommunal Təsərrüfat Birliyindən işçilərinin kiçik bir qrupu 3 aylıq əraziyə ezam edilə bilərdi. Bunu etmək əvəzinə isə onsuz da çimərlik problemi yaşanan Bakıətrafı ərazilərdə kilometrlərlə ərazini əhatə edən çimərliyi qapadıblar.

“Yeni Müsavat”a daxil olan məlumatda o da deyilir ki, İcra Hakimiyyətinin çimərliyi qapatma qərarı ərazidə imarətləri, obyektləri olan Hacı Qalib Salahzadənin, iş adamı İsgəndər Xəlilovun, “AzAl” prezidenti Cahangir Əsgərovun, “Aznar” sahibi Fərhad Əhmədovun, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun, deputat Əliabbas Salahzadənin və digər vəzifə daşıyıcıları, milyarderlərin maraqlarına xidmət edir. Belə ki, sadə vətəndaşların sevimli çimərlik məskənlərindən olan Bilgəh və Nardaran qəsəbələri arasındakı çimərlik ərazisinə axın etməsi qeyd edilən şəxslərin istirahətini pozurmuş. Dəniz sahili boyu kilometrlərlə uzanan hasarları arasından çimərliyə doğru 2 adamın zorla gedə biləcəyi ensiz bir yol var. Həmin yoldan aydındır ki, maşınlar bir vaxtlar olduğu kimi - sahilboyu hasarlar olmadığı günlərdəki kimi sahil zolağına çıxa bilmir. Odur ki, çimərliyə gələn sadə vətəndaşlar maşınlarını onların hasarlarının Bakı Dairəvi Yolunun kənar hissəsinə düşən hissəsində saxlamalı olurlar. Yoldakı sıxlığın günahkarı da məhz hasar sahibləridir, sadə vətəndaşlar deyil! Sabunçu İcra Hakimiyyəti isə yolun açılması üçün səy göstərmək əvəzinə sadə vətəndaşları suçlu bilir. Bu cür yanaşma isə daha çox çimərliyi sadə vətəndaşların üzünə bağlayanların maraqları ilə üst-üstə düşür.

Çimərliyin qapadılması üçün xüsusən 2 şəxsin - Hacı Qalib Salahzadənin və İsgəndər Xəlilovun çaba göstərikləri qeyd olunur. Bildirilir ki, Hacı Qalib Salahzadənin Bilgəh Kardioloji Sanatoriyasına bitişik “Şəbəkə” adlı İstirahət Mərkəzi var. Bilgəh-Nardaran qəsəbələri arasındakı çimərliyin bağlanması nəticəsində əraziyə gələn vətəndaşların böyük bir hissəsi “Şəbəkə”yə üz tutmalı olacaq. Digər tərəfdən də sadə vətəndaşların üzünə bağlanan və kilometrlərlə uzanan dəniz sahili birdəfəlik oradakı imarət sahiblərinin sərəncamına keçəcək.

Azərbaycan Konstitusiyanın 1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Bu baxımdan Bilgəh-Nardaran qəsəbəsi ərazisində dəniz çimərliyini xalqın üzünə bağlanmasına dövlət hakimiyyəti orqanları reaksiya verməlidir.

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az