• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
16-06-2021, 12:13

Tovuzun icra başçısı SAKİNLƏRƏ QARŞI... - Torpaqları belə zəbt edir...

Tovuzun icra başçısı SAKİNLƏRƏ QARŞI... - Torpaqları belə zəbt edir...




Möhtərəm Prezident hansı şəxsi şəhər və rayonlara icra başçısı vəzifəsinə təyin edirsə “Gedin yerlərdə problemlərin həlli ilə məşğul olun, sakinlərin qayğıları ilə maraqlanın, bir sözlə hər kəsə qarşı diqqətcil olun” deyə lazımi tapşırıqlarını verir. Əslində bu yöndə verilmiş tapşırıqlar ümummilli maraqlarlarımızın həlli naminə verilmiş tapşırıq olur. O halda sual oluna bilər ki, görəsən olkə rəhbərinin verdiyi tapşırıqlar rəhbər vəzifə sahibi olan həmin şəxslər tərəfindən səmimi qəbul olunur? Əslində verilmiş tapşırıqların necə icra olunmasının mahiyyəti bizim də maraq dairəmizə daxil olduğundan, bu yöndə müəyyən araşdırmalar aparmağa başladıq. Biz bir Dəryaz olaraq bir neçə şəhər və rayonda, o cümlədən Tovuz rayonunda da olmağımız, məhz bizi bilmədiyimiz bir çox mətləblərdən agah etdi. Apardığımız araşdırmalardan, yerli sakinlərlə etdiyimiz söz-söhbətlərdən və s. bəlli oldu ki, bu rayonda ölkə rəhbərinin verdiyi tapşırıqlara heç də məhəl qoyulmur. Məsələn, hazırda Tovuz rayonunun ərazisi əməlli-başlıca inhisara alınıb desək, heç də yanılmarıq. Çünki, bu rayonda gəlir gətirən sahələrə rəhbərlik edən şəxslər icra başçısı Məmməd Məmmədovun ya yaxınıdır, ya da ki, qohum-əqrəbasıdır. Bundan əlavə, bugünə kimi Tovuz RİH Aparatında mühüm vəzifələrə kifayət qədər yaxınını yerləşdirməyə nail olan olan icra başçısı, belə bir addımını heç də elə-belə atmayıb. Məsələn, vaxtında uzaqgörənlik edən rəhbərlik gözəl bilir ki, büdcədən ayrılan pulları kənar şəxslərin vasitəsilə mənimsəmək bir qədər çətin olur. Amma, qohum-əqrəba və ona bağlı olan şəxslərin vasitəsilə mənimsəmək asan başa gəlir və belə bir işlərin o qədər də söz-söhbəti ətrafa geniş yayılmır. Bəli, Tovuzda həyata keçirilən bu cür idarəçilik üsulu təkcə dövlət qurumlarında deyil, qeyri-dövlət qurumlarında da özünü göstərməkdə davam edir. Belə ki, rayon ərazisində fəaliyyət göstərən özəl şirkətlərdə də, məhz söz sahibləri Məmməd Məmmədova yaxınlığı ilə seçilən şəxslərdirlər. Faktdır ki, o, bu gün də qohum əqrəbasını “yağlı vəzifələr”ə yerləşdirməklə məşğul olur.

Bu da bir həqiqətdir ki, əgər rayon ərazisində RİH-i başçısının iş fəaliyyəti ilə bağlı ədalətli sorğu keçirilərsə, o halda tam əksəriyyət rayon rəhbərliyinin fəaliyyətinə kafidən də aşağı qiymət verər və Tovuzu Məmmədovların inhisara aldığı rayon hesab etməkdən də çəkinməzlər. Belə bir yanaşmanın bir səbəbi var, o da yuxarıda qeyd etdiyimiz kimi aparıcı vəzifələrin tam əksəriyyətinin rəhbərliyə yaxın şəxslər tərəfindən ələ keçirilməsidir. Amma, bu gün rayonun sadə sakinləri minbir əzab-əziyyət çəkirlər, olmazın müsibətlərlə üz-üzə qalırlar, aclıqdan, səfalətdən, haqsızlıqdan, işsizlikdən, süründürməçilikdən və s. zinhara gələnlər isə, dərdlərini deməyə ünvan tapmırlar. Belə bir haqq-hesablardan sonra kim deyə bilər ki, Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, bu gün ölkə rəhbərinin vermiş olduğu tapşırıqlara xüsusi diqqət yetirir və idarəçiliyini qanunun tələbləri əsasında həyata keçirir.

Tovuz rayon İcra Hakimiyyəti başçısının rayon ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan bəzi şəxslərə yaratdığı çoxsaylı problemlər, etdiyi zülmlər və s, bu gün də ölkə gündəmini zəbt edən əsas mövzulardandır. Təəccüblü haldır ki, qonşu rayonda icra başçısı vəzifəsini daşımış Alimpaşa Məmmədovun həbsindən nəticə çıxarmayan Məmməd Məmmədov, hal-hazırda daşıdığı vəzifəsinin imkanlarından sui-istifadə edir və o, Məmmədov Rəşid Qədir oğlunun istifadəsində olan torpaq sahələrini ələ keçirmək istəyir. Olmazın duruma düşən sahibkar indiyə kimi bir çox dövlət qurumlarına etdiyi müraciətlərin, ünvanladığı şikayətlərin lazımi nəticə vermədiyini gördüyündən, o, bu gün üz-üzə qaldığı olayı ictimailəşdirmək qərarına gəlib. Bu şəxsin başlıca məqsədi baş verənlərdən hər kəsi, o cümlədən ölkə rəhbəri möhtərəm Prezidenti də xəbərdar etməkdir.

Belə ki, bir neçə gün bundan öncə Dəryaz qəzetinin redaksiyasına Tovuz rayonu, Həzi Aslanov küçəsi, ev-49 ünvanında yaşayan Məmmədov Rəşid Qədir oğlu tərəfindən müraciət daxil olmuşdur. Belə bir müraciətdən sonra redaksiya əməkdaşlarımız Tovuz rayonunda olmuş və 1994-cü ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olan bu şəxsin problemlərini araşdırmağa başlamışdır. Belə ki, aparılan araşdırmalardan və sahibkar Rəşid Məmmədovun əməkdaşımıza verdiyi video-müsahibədən bəlli olur ki, bu şəxsin təsisçisi olduğu “Ceyrançöl Kəndli Fermer Təsərrüfatı”na Gədəbəy rayon XDS-i 29 iyul 1994-cü il tarixli qərarla Ceyrançöl Təsərrüfatlararası Yemçilik Birliyinin ərazisindən 110 ha torpaq sahəsi ayırmış və ona B№ 004092 Dövlət Aktı verilmişdir. Bundan başqa, Rəşid Məmmədovun “Ağamalı” kəndli fermer təsərrüfatına Gədəbəy rayon XDS-i 13 oktyabr 1995-ci il tarixli 72 saylı qərarla Təsərrüfatlararası Heyvandarlıq Sənaye Birliyinin Ceyrançöldə olan ərazisindən 57 ha torpaq sahəsi ayırmış və ona B № 000659 saylı Dövlət aktı da verilmişdir. Gədəbəy rayon İcra Hakimiyyəti başçısının 11 noyabr 2004-cü il tarixli 96 saylı sərəncamına əsasən də, “Ceyrançöl Kəndli Fermer Təsərrüfatı”nın başçısı Rəşid Məmmədova Ceyrançöl Yemçilik Birliyinin Ərazisindən əlavə 30 ha torpaq sahəsi də verilir. Bütün bunlara baxmayaraq, 25 aprel 2014-cü il tarixdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Rəşid Məmmədova faktiki istifadəsində olan torpaq sahəsinə, yəni fiziki şəxs olaraq ona Ceyrançöl Qış Otlaq sahəsindən 197 ha torpaq sahəsini icarə müqaviləsi sənədi əsasında icarəyə verir.

Bütün bunlar haqda əməkdaşımıza video-müsahibə verən Rəşid Məmmədov qeyd edir ki, “Əvvəllər Gədəbəy rayonunun “Yemçilik Birliyinin” ərazisi olmuş və əkinə, həmçinin örüş sahəsinə yararlı hesab olunan torpaq sahələrindən istifadə etmək qərarına gəldim və yuxarıda qeyd olunduğu kimi, təsisçisi olduğum təsərrüfatların balansında olan 197 ha torpaq sahəsindən istifadə etməyə başladım. Mənə məlum olmayan səbəbdən, faktiki istifadəmdə olan həmin torpaq sahəsi 25 aprel 2014-cü il tarixdə Tovuz RİH başçısının imzaladığı 66 saylı sərəncam və 09 nömrəli icarə müqaviləsi sənədi əsasında 10 il müddətinə mənə icarəyə verildi. Qeyd edim ki, Tovuzun sabiq icra başçısı Tofiq Zeynalovun 25 aprel 2014-cü il tarixdə imzaladığı sərəncamın 4-cü bəndində qeyd olunub: “Məmmədov Rəşid Qədir oğluna həmin sərəncamla verilmiş torpaq sahəsinə dair imzalanmış icarə müqaviləsinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Dövlət Retestr Xidmətinin Tovuz rayon Ərazi İdarəsində qeydiyyatı və dövlət reyestrindən çıxarış alınması təmin olunsun”. Qeyd edim ki, 197 ha torpaq sahəsinin uzun müddətə icarəmdə olması ilə bağlı məndə torpağa mülkiyyət, sahiblik və daim istifadə hüququna dair DÖVLƏT AKTLARI var. Həmin aktlardan görünür ki, mənə icarəyə verilmiş 197 ha torpaq sahəsinin cəmi 86 ha sahəsi əkinə yaralıdır. Lazımi sənədlərdən də görünür ki, fiziki şəxs olaraq icarə müqaviləsi sənədi əsasında istifadəmə verilmiş torpaq sahəsi təsisçisi olduğum və rəhbərlik etdiyim “Ceyrançöl Kəndli Fermer Təsərrüfatı”nın məxsus torpaq sahəsidir. Onu da qeyd edim ki, “Ceyrançöl Kəndli Fermer Təsərrüfatı” 05 may 2000-ci il tarixdə Azərbaycan Respublikası, Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Şəmkir Bölgə şöbəsində qeydiyyata alınıb. Təəssüflər olsun ki, bu gün həm bir icarədar, həm də daim istifadəçi olaraq istifadə etdiyim torpaq sahəsinin qeydiyyata alınmasına nail ola bilmirəm. Belə bir səbəbdən də, hazırda Regionların İqtisadi İnkişaf Proqramına uyğun olaraq dövlətimizin sahibkarlara verdiyi dəstək və yardımlardan heç cür istifadə edə bilmirəm.

Əldə etdiyim Dövlət aktlarında göstərilir ki, torpaq daim istifadəmə verilib və torpağın 86 ha sahəsi əkinə, qalan sahəsi isə otlaq üçün yararlıdır. Bundan əlavə, Ədliyyə Nazirliyindən aldığım qeydiyyat sənədində də göstərilib ki, 197 ha torpaq sahəsi xüsusi mülkiyyətdir. Bəli, bu gün istifadə etdiyimiz torpaq sahələrində əkin əkirik, heyvan saxlayırıq, bir sözlə bir neçə ailə buradan dolanır. Təəccüb doğuran hal odur ki, 25 aprel 2014-cü il tarixdə Tovuz RİH-nin başçısı, məhz müəssisəmin balansında olan və faktiki istifadə etdiyim torpaq sahəsini fiziki şəxs olaraq istifadəmə verilməsi haqqında Sərəncam imzalayır. Bir ildən sonra bildim ki, belə bir sərəncamın imzalanmasından sonra iki yerə, yəni həm hüquqi , həm də fiziki şəxs olaraq vergi ödəməli olacağam. Belə olan halda ilk olaraq şifahi narazılığımı ifadə etdim və bununla bağlı vergi departamentinə müraciət etdim. Departament əməkdaşları bildirdilər ki, fiziki şəxs olaraq sonradan verilmiş sərəncam ləğv olunmalıdır. Hətta, bununla bağlı RİH –nin başçısına beş ədəd məktub da yazdım. Yazdığım məktublardan dördünə cavab verildi və həmin məktublarda 197 ha torpaq sahəsinin təsisçisi olduğum “Ceyrançöl Kəndli Fermer Təsərrüfatı”na məxsus olduğu qeyd olunmuşdur. Bundan sonra Kənd Təsərrüfatı nazirliyinə də müraciət etdim. Adı çəkilən əməkdaşları bu yöndə atılan addımları qanunsuz addım hesab etdilər və “Səninlə bağlı verilmiş sərəncam qeyri-qanuni sənəddir, ilkin sənədlər düzgün sənəddir” dedilər. Kadastr idarəsi də verilmiş sərəncamı qeyri-qanuni hesab etdi. Bütün bunlardan sonra Tovuz RİH-nin başçısı Məmməd Məmmədovun qəbulunda oldum və 25 aprel 2014-cü il tarixdə Tovuz RİH-nin başçısı tərəfindən verilmiş sərəncamla bağlı narazılığımı ifadə etdim. O halda o, “biz vermişik, sən də məhkəməyə müraciət et və düzəliş etdir” dedi. İcra başçısının belə bir cavabından sonra Gəncə İnzibati Məhkəməsinə müraciət etdim və məhkəmə ilkin sənədlərimi əsas tutub, icra hakimiyyətinin verdiyi sərəncamı ləğv etdi. Təqribən üç aydan sonra xəbərdar oldum ki, RİH mənimlə bağlı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verib. İlk prosesdə icra hakimiyyətindən kimsə iştirak etməsə də, növbəti məhkəmə prosesində hakim RİH-nin rəsmisinə bildirdi ki, “Rəşid Məmmədovla bağlı sonradan verilmiş sərəncam düzgün verilməyib”. Beləliklə, Apelyasiya Məhkəməsi Gəncə İnzibati Məhkəməsinin qərarını qüvvədə saxladı. Yəni, bu məhkəmə instansiyası Gəncə İnzibati Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli 2-1(114)-1757/2020 saylı qərarından apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə cavabdeh Tovuz Rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş ərizə təmin edilməməsi, həmçinin Gəncə İnzibati Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli 2-1(114)-1757/2020 saylı qərarından cavabdeh Tovuz Rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş apelyasiya şikayəti mümkün sayılmaması, verilmiş şikayətin təmin edilməsindən imtina olunması barədə qərar qəbul etdi.

Bu cür olayların baş verdiyi vaxtlardan bir qədər sonra icra başçı beş dəfə məni yanına çağırıb “Bu torpağı mənə sat” dedi. Cavabımda bildirdim ki, satıram, o halda təsərrüfatımın içindəki əmlakın dəyərini ödə. Mənim bu cür tələbimin qarşılığında o, heç cür razı olmadı və belə bir səbəbdən də, aramızda narazılıq əmələ gəldi. Bu gün o, hər vəhclə çalışır ki, mən sənədlərimi qaydaya sala bilməyim. İcra başçısı daşınmaz əmlaka məktub yazır, bu nəyə lazım? Sual oluna bilər ki, mən bu qədər əmlakı icra başçısına bağışlamalıyam?. Qeyd edim ki, Məmməd Məmmədov Tovuzda kənd sakinlərinə məxsus torpaq sahələrini müxtəlif yollarla ələ keçirib. Bu şəxs Gəncə İnzibati Məhkəməsinin qərarını Apellyasiya Məhkəməsi qüvvədə saxladıqdan sonra, mənə verilmiş Dövlət aktlarının ləğv olunması ilə bağlı müxtəlif dövlət orqanlarına məktublar göndərir. Hətta o, Gədəbəy RİH-nə də belə bir məzmunda məktub göndərir. Daha o, dərk etmir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 mart 2006-cı il tarixli 60 nömrəli qərarı əsasında mübahisələndirilən ərazi Gədəbəy rayonundan alınaraq Tovuz rayonunun ərazisinə daxil edilmişdir.

Qeyd edim ki, istifadəmdə olan torpaq sahəsinin içindəki tikililərə dair daşınmaz əmlakdan texniki pasport almışam. Hazırda istifadəmdə olan ərazilər vaxtilə yarasız və ilanmələşən yerlər idi ki, illər keçdikcə halal zəhmətimlə bu təsərrüfatı ərsəyə gətirə bildim. Mən vaxtilə bu torpaqları müdafiə edəndə Məmməd Məmmədov qaçıb gizlənmişdi. Bu gün bir təsərrüfat rəhbəri olaraq dövlətin yardımlarından mən də yararlanmaq istəyirəm. Bəli, möhtərəm Prezidentimiz buna lazımi şərait yaradıb, hazırda dövlətimiz tərəfindən əkin sahələrinə görə gübrə, pul verirlər. Buna baxmayaraq, Tovuz RİH-nin başçısının yaratdığı problemlər səbəbindən lazımi dərmanları ala bilmirəm. 1994-cü ildən təsərrüfat yaratsam da, bugünkü subdsiyalardan yararlanmıram. Buna da əsas səbəb, Tovuz RİH-nin Daşınmaz Əmlaka məktub verməməsidir. Yəni, icra hakimiyyətindən yazılmalıdır ki, “Həqiqətən Rəşid Məmmədovun lazımi sənədləri var və ona görə də sənədləri göndərin”. Bildirim ki, icra başçısı dəfələrlə heç bir əsas olmadan təsərrüfatımı yoxlamağa nümayəndə göndərib, son anda da nəyəsə nail ola bilməyib. Günlərin birində gördüm ki, istifadəmdə olan torpaq sahəsində üç ədəd traktor var və traktorların sürücülərinə “Sizi bura kim göndərib?” deyə sual etdikdə, həmin şəxslər cavabında “Biz bur əkin əkmək üçün gəlmişik və bizi bura “PAŞA HOLDİNQ” şirkəti göndərib” deyə cavab verdilər. Düzdür, həmin traktorlar axşam qalsalar da, səhəri gün heç bir əkin əkmədən çıxıb getdilər. Apardığım araşdırmalardan sonra bəlli oldu ki, sən demə hər üç traktor icra başçısı tərəfindən göndərilib. Düşündürücü haldır ki, icra başçısı Apelyasiya Məhkəməsinin qərarından narazı olduğu üçün, bu gün o, məndən hansısa formada qisas almağa çalışır. Heç cür başa düşmək olmur ki, bu şəxs narazı qaldığı üçün Ali Məhkəməyə müraciət etmir?”.

Baş verənləri təhlil edib bu gün belə bir qənaətə gəlmək olar ki, Tovuz RİH-nin başçısı nəinki sadə vətəndaşlara, hətta bəzi sahibkarlara da qənim kəsilib. Dolaşan söz-söhbətlərə görə, vaxtilə “Zəhər Məmməd” ləqəbi ilə tanınan icra başçısı, bu gün “Kartof Məmməd” ləqəbi ilə tanınmaqdadır. Buna da əsas səbəb, adı çəkilən bu şəxsin sadə kənd sakinlərinə məxsus pay torpaqlarını müxtəlif yollarla ələ keçirməsi və həmin sahələrdə kartof əkdirib-becərməsidir. Bəli, bu gün Tovuzun göz oxşayan düzənlik ərazilərindəki kartof sahələrinin çoxu Məmməd Məmmədova məxsusdur. Yəqin ki, bir müddətdən sonra o, “Biznesmen Məmməd” ləqəbi ilə tanınacaq. Odur ki, həm gözləyək, həm də izləyək.

Mövzuya qayıdacağıq.

Deryaz.az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az