• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
27-05-2021, 10:22

Özü QİDAdan... qardaşı da MİDA-dan... - rəsmən dövlətə şərikdirlər...

Özü QİDAdan... qardaşı da MİDA-dan... - rəsmən dövlətə şərikdirlər...

Tam məsuliyyətlə demək olar ki, Azərbaycanda ən böyük rüşvət, korrupsiya və maxinasiyalar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində baş verir.
Bu komitədə isə əsas korrupsiya mənbəyi Məcburi Köçkünlərin Sosial İnkişafı Fondudur. Bu fonda uzun müddət millət vəkili Ayaz Orucov rəhbərlik edib. Bu şəxsin korrupsiya əməlləri ölkə başçısı səviyyəsinə gedib çatmışdı. Və ona görə də vəzifəsindən azad edildi. Ondan sonra Fondun yeni rəhbəri Fərhad Təhməzov oldu.
Hamı düşünürdü ki, fondun işində müsbət dəyişikliklər olacaq.
Problemin miqyasını bilmək üçün məsələyə bir az aydınlıq gətirək.
Təsəvvür edirsiniz, Neft Fondunun ayırdığı yüz milyonların hesabına qaçqınlar üçün binalar tikilir, şəhərciklər, qəsəbələr salınır. Bu miqyası çox nəhəng olan tikinti və inşaat işləridir.
Burada istifadə olunan tikinti materialları, işçi qüvvəsi və daha nələr. Kağız üstündə rəqəmlər az qala 50 dəfə şişirdilir. Yəqin ki, fondla bağlı az-çox təsəvvür yarandı.
Bəli, belə bir nəhəng fondu Fərhad Təhməzova etibar etdilər.
Fərhad Təhməzov qısa vaxtda Azərbaycanın ən varlı oliqarxlarından birnə çevrildi. Bu adamın sərəncamında yüz milyonlar, milyardlar var idi. Və Fərhad Təhməzovun yanında sələfi Ayaz Orucov toya getməli oldu.
Əlində cəmləşdirdiyi yüz milyonları Fərhad Təhməzov qardaşları Qoşqar və Atəş Təhməzovlar vasitəsilə müxtəlif biznes sahələrinə yatırdı. İndi qardaşların bines imperiyasının sərhədləri Avropaya, ərəb ölkələrinə, ofşor zonalara qədər uzanır. Hamısı da qaçqınlara dövlət tərəfindən ayrılan pulların hesabına.
Bəli, Qoşqar Təhməzli az vaxtda qardaşının pullarını səhiyyə sahəsinə, klinikalara və ən əsası xaricdən bahalı tibb avadanlıqlarının alınmasına yönəltdi.
Digər qardaşı Atəş Təhməzov isə xalqdan və dövlətdən oğurlanan milyonları tikinti biznesinə yatırdı. Bu gün Qoşqar Təhməzli biznesmen olmaqla yanaşı, mühüm dövlət vəzifəsini daşıyır. Bəli, 2017-ci ildən Qoşqar Təhməzli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri vəzifəsini daşıyır.
Amma soruşan yoxdur ki, qida sektorunda müsbət nəsə baş verdimi ?
Əlbəttə, yox. Əksinə mütəxəssislər deyir ki, belə davam eləsə, Qoşqarın sayəsində ölkədə qara yara, brüselyoz kimi xəstəliklər baş alıb gedəcək. Bəli, Qoşqar Təhməzlinin başı qıdaya deyil, pula qarışıb.
Bu gün Fərhad Təhməzovun vəzifəsi daha böyüyüb, sərəncamında milyardlar var. Fərhad Təhməzov Mənzil İnşaatı Dövlət Agentliyinin direktorudur. Məcburi köçkünlərə mənzillər tikib satdı və milyonçu oldu. İndi də ipoteka ilə mənzillər tikib satacaq və milyarder olacaq. Bəli, ölkə başçısı bu MİDA-nı imkansız insanların MƏNZİL problemini həll etmək üçün yaradıb, cənab Fərhad Təhməzov. Barı bu mənzilləri satanda 2-3 kasıb ailəsini də düşünün də.
Təsəvvür edirsiniz, Qardaşın biri QİDA-nı, o birisi isə MİDA-nı fırladır.
O biri qardaş, yəni Ataş Təhməzov isə çox fəal deyil, çalışır ki, adı hallanmasın, daha çox kölgədə qalmağa üstünlük verir. Niyəsini deyək.
Çünki Prezident Administrasiyasının İşlər İdarəsinin keçmiş əməkdaşı olan Atəş Təhməzov dövlət çevrilişinə cəhd ittihamları ilə bağlı hüquq-mühafizə orqanlarının apardığı araşdırmalardan sonra tutduğu vəzifəsindən kənarlaşdırılıb. Atəş Təhməzovun Prezident Administrasiyasının sabiq işlər müdiri Akif Muradverdiyevin yaxın kadrı olduğu bildirilir. Akif Muradverdiyev isə sabiq səhiyyə naziri Əli İnsanovla birgə 2006-ci ildə dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilmişdi. O zaman Atəş Təhməzov hansısa sirli əlin köməyi ilə aradan çıxa bildi.
Yuxarıda qeyd etdik ki, Atəş Təhməzov o biri qardaşları ilə müqayisədə özünü “passiv” aparır.
Bu məqamda Molla Nəsrəddinin bir lətifəsi yada düşür. Molla qaçan danasını nə qədər qovsa da tuta bilmir və gəlib acığını həyətdəki bağlı danadan çıxır. Adamlar soruşur ki, molla, bu bağlı dananın nə günahı var. Molla deyir ki, ay camaat, siz bilmirsiniz, bu dana açılsa ha, o biri danadan da betər olacaq.
İndi lətifəsi Atəş müəllimdən uzaq olsun. Atəş Təhməzov hələ də köhnə xatirələrlə, bəlkə də qaytardılar xülyası ilə yaşayır. PA-da çalışanda tez-tez deyirmiş ki, prezident aparatını köçürəcəm məşhur “5 mərtəbə”nin yerinə.
Bəlkə də həmən nostaljiyə görə, Atəş Təhməzov şəhərin mərkəzində, Çay fabrikinin yanında özü üçün 6 mərtəbəli ”Mini Prezident Aparatı” düzəldib.
Lap yazıçı Anarın məşhur romanının adı kimi : Beşmərtəbəli evin altıncı mərtəbəsi.
Bəli, hətta Atəş Təhməzovun köhnə dostu Əli İnsanovun Haqq və Ədalət partiyasına yardımı da olur, deyirlər partiyada vəzifəsi də var.
Adama deyərlər, ay nankorlar, Ulu Öndərin sayəsində əldə etdiklərinizi indi də möhtərəm Prezidentimiz İlham Əliyevə qarşı yönəltmək istəyirsiniz ? Bunu yuxuda görərsiniz.
Bizim yazılardan sonra gedib orda-burda haqqımızda mənfi rəy yaratmaq istəyən şərəfsizlər, qoy ortaya çıxıb açıq şəkildə öz mövqelərini bildirsinlər.
Ulu Öndər əbəs yerə demirdi ki, MÖVQE-yinizi bildirin. Bir də rəhmətlik deyirdi ki, mən İlham Əliyevə özüm qədər inanıram.
Cənab Təhməzov qardaşları ! Biz bir media olaraq öz mövqeyimizi və dəstəyimiz bildirdik. Cənab Prezident də dəfələrlə deyib ki, bir çox məsələləri mətbuat vasitəsilə öyrənirəm.
Siz də buyurun mövqeyinizi açıq ortaya qoyun.
P.S. Qardaşların radikal dini qurumlarla biznes əlaqələri barədə növbəti yazıda bəhs edəcəyik.
//gundelik-baku.com//

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az