• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
21-05-2021, 09:53

Kəmaləddin Qafarovu kim himayə edir? - Səhiyyədəki həbslərdən də kənarda qaldı...

Kəmaləddin Qafarovu kim himayə edir? - Səhiyyədəki həbslərdən də kənarda qaldı...

Atanın adı Nəsrəddin, deputat oğulun adı Kəmaləddin, qardaşının adı Hüsaməddin, yəqin məntiqlə nəvənin də adı Xeyrəddin olmalıdır. Söhbət Qafarovlar ailəsindən gedir.
Xeyrəddin, yəni dinə faydası, xeyri dəyən adam.
Ancaq bu ailənin ən üzdə olan adamı, Binəqədidən deputat olan, Milli Onkologiya Mərkəzinin ( MOM ) direktor müavini Kəmaləddin Qafarovun əməllərindən görünür ki, bunlardan DİN-ə FAYDA, XEYR gəlməz, ancaq və ancaq ziyan gələ bilər.
Bu adam normal ali təhsil də ala bilməyib. Naxçıvanda hansısa məktəbdə aqronom-üzümçü diplomu alıb.
Bu aqronom-üzümçü necə Milli Onkologiya Mərkəzində direktor müavini ola bilər ?
Bu adamın heç tibb feldşer təhsili də yoxdur e. Heç olmasa mal doxturu-baytar-zad olsaydı, cəhənnəmə deyərdik.
Bəs aqronomu kimlər səhiyyənin ən ağır sahəsi olan Onkologiya Mərkəzinə rəhbər qoyur.
Bu adam rəhbərdən çox alverçidir. Ölümlə çarpışan, ümidsiz insanların, kasıb təbəqənin barmağındakı üzüyə, qulağındakı sırğaya tamam salan, faizə-sələmə xəstəyə dərman satan adamdan nə gözləmək olar ?
Ada bax ee…Nəsrəddin, Hüsaməddin, Kəmaləddin, Xeyrəddin…
Azərbaycan səhiyyəsinin “ xərçəngi ” adını qazanmış Kəmaləddin Qafarov onkoloji xəstədən ilk müraciət zamanı 500 manata yaxın pul alır . Sonra kimyaterapiya üçün 300 manat, sonra şüa qəbulu 1000 manat, sonra pozitron-emissiya tomoqrafiyasına görə 1500 manat, sonra...

Bu adam həm “AzəriMed” şirkətinin sahibidir, həm də Onkologiya Mərkəzinin direktor müavinidir. Deməli, bu adam öz şirkətindən direktor müavini olduğu MOM-a 43 milyon manat dəyərində mal alır. Yəni satan da özüdür, alan da özü.
Dünyada bunun analoqu yoxdur.
İzi itirmək üçün şirkəti gah qardaşı Hüsaməddinin adına keçirir, gah hansısa xanımın adına. Yəni aşıq-aşkar bu adam milyonları mənimsəyir.
Bütün bunlar azmış kimi ölkəyə gətirilən keyfiyyətsiz dərmanların çoxunu Kəmaləddin Qafarovun şirkətləri gətirir.
Bu adam milləti fiziki cəhətdən zəhərləyir.
Bizim aqronom-deputat dərmandan, xəstələrdən qazandığı milyonları yönəldir bina tikintisinə. Bəli, üzümçü-aqronom “VERSAL PALACE” MTK-ya da sahibdir, Ağ Şəhərdə binalar tikir. Qafarovun xeyli biznesini yaxın qohumu Canilya Qafarova idarə edir. “Versal Palace” isə Elmira Məmmədovanın adınadır.
Kəmaləddin Qafarov həm də “Zəfəran” apteklər şəbəkəsinin sahibidir. Ümumiyyətlə, onun biznesi Gürcüstandan Yunanıstana qədər uzanıb gedir. Və ən dəhşətlisi odur ki, milyonluq tenderlərin hamısını Qafarovlar ailəsinə məxsus şirkətlər udur.
İndi isə Kəmaləddin, Hüsaməddin, Cəlaləddin qardaşlarının adına olan şirkələrin siyahısına baxın və nəticə çıxardın.

1.Kəmaləddin Qafarova bağlı ailə şirkətlərinin ən başında "AZƏRİ MED” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ gəlir. Niyə ən başında? Çünki "Azəri Med” onun baş direktor müavini olduğu mərkəzin şübhəli tenderlərində aktiv tərəfdaşdır. Bu həmin şirkətdir ki, onkoloji xəstələrin dərisini şişindən çıxaran, dərmanından bintinədək gərəkli bütün ehtiyacları xəstələrin özlərinə qarşılatdıran Milli Onkologiya Mərkəzi dövlətin on milyonlarla manat vəsaitini tibbi sifarişlər adı altında bu şirkətə yönəldir.

2.Şirkət ayrıca Əhməd Rəcəbli küçəsindəki AzeriMed "Tibbi Market”də tibbi ləvazimatların və avadanlıqların satışını həyata keçirir, bütün ölkəboyu şəbəkələşmiş "ZƏFƏRAN” apteklərinə və "ZƏFƏRAN HOSPİTAL”ı idarə edir.
Qanuni təmsilçisi Kəmaləddin Qafarovun yaxın qohumu CANİLYA QAFAROVA RƏHİM qızıdır.

3. Qafarovun ailə biznesində ən çox diqqət çəkən isə VERSAL PALACE şadlıq evidir. Olduqca dəbdəbəli və gözqamaşdırıcıdır. Şadlıq sarayı 7-ci mikrorayonda, A. Kunanbayev 57 ünvanında yerləşir və "VERSAL PALACE” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (VÖEN nömrəsi 1402942941) tərəfindən idarə olunur. Qanuni təmsilçisi Kəmaləddin Qafarovun qardaşı CƏLALƏDDİN QAFAROV NƏSRƏDDİN oğludur.

4. "VERSAL PALACE” MƏNZİL-TİKİNTİ KOOPERATİVİ – 2004-cü il avqustun 16-da 500 manat nizamnamə kapitalı ilə ELMİRA MƏMMƏDOVA PAŞA qızının adına rəsmiləşdirilib. Bakının Babək prospektində və Ağ Şəhərdə (10 bloklu, 7 mərtəbəli, 118 mənzilli) çoxmərtəbəli yaşayış komplekslərinin tikintisini həyata keçirir.

5. "KANON” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ Bu şirkət üzərindən Qafarovlar ailəsi Kanon apteklər şəbəkəsinə sahibdir.
Qanuni təmsilçisi Kəmaləddin Qafarovun əmisi oğlu HÜSAMƏDDİN QAFAROV ŞƏMSƏDDİN oğludur.

Bu siyahını uzatmaqla oxucunu yormağa da ehtiyac görmürük.
Ancaq bir sual var:
Bir müddət əvvəl Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi “Yeni klinika”nın direktoru Pərviz Abbasovu və FHN-nin Zığ qəsəbəsindəki Modul tipli xəstəxanasının baş həkimi İmran Ağayevi həbs etdi.
Bəs bu boyda cinayət əməlləri ortada olduğu halda Kəmaləddin Qafarov niyə həbs olunmur ?
Bu gün cəmiyyəti düşündürən ən vacib və aktual sual budur. //gundelik-baku.com//

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az