• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
5-05-2021, 14:53

Gənclər və idman naziri kim olacaq? – Adlar, ehtimallar...

Gənclər və idman naziri kim olacaq? – Adlar, ehtimallar...

Gənclər və İdman naziri Azad Rəhimovun dünyasını dəyişməsindən sonra bu posta kimin daha şanslı olması haqda müzakirələr intensivləşib.

Sfera.az xəbər verir ki, istər sosial şəbəkələrdə, istərsə də siyasi kluarlarda Gənclər və İdman naziri postuna ən şanslı namizəd kimi bir neçə şəxsin adı hallandırılır.

Bu yazımızda isə həmin şəxslərin bu proqnozları nə dərəcədə doğrulda biləcəklərini aydınlaşdırmağa çalışacağıq.

İddialı namizəd kimi adı hallandırılan şəxslərdən biri Yusuf Məmmədəliyevdir.

Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi vəzifələrini daşıyan Yusuf Məmmədəliyev hazırda sözügedən sahəni kurasiya edir. Görünür, elə bu səbəbdən də onun adı ən şanslı namizədlər sırasında ilk olaraq çəkilir. Bununla belə unutmaq olmaz ki, Yusuf Məmmədəliyevin hazırkı postu nəzarətedici funksiya həyata keçirməsi baxımından daha prestijli hesab edilir. Məhz bu səbəbdən də onun nazir gətirilməsi real görünmür. Çünki bu şöbəni Yusuf Məmmədəliyev özü formalaşdırıb və eyni adamların həm bu sahənin icrası, həm də bu sahəyə nəzarəti real görünmür.

Mövzuyla bağlı adı hallandırılanlardan biri də Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İntiqam Babayevdir. Məlumat üçün bildirək ki, bu şəxs 20 ildir ki, nazir müavini postunu tutub və onun şanslarını yüksək dəyərləndirənlər məhz bu amili xüsusi olaraq qabardırlar.

Onlar hesab edir ki, Gənclər və İdman Nazirliyinə kənardan başqasını gətirməkdənsə İntiqam Babayevin namizədliyi üzərində dayanacaqlar. Lakin İntiqam Babayevina adı Hesablama Palatasının yoxlamalarından sonra korrupsiya qalmaqallarında sıx-sıx hallanır.

Hazırkı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun adı da yeni nazir postuna iddialı şəxslər arasında çəkilir.

Qeyd edək ki, Fuad Muradov bu sektora yad sayılmır. Təkcə bir məqamı xatırladaq ki, o eyni zamanda Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının 4-cü sədri vəzifəsini daşıyır. Bununla belə Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri vəzifəsində olduğu dövrdə 2-ci Qarabağ müharibəsinin gedişatı zamanı Diaspora təmsilçiləri ilə Komitə arasında fikir ayrılıqları və təliflərdən imtina ilə bağlı qalmaqallar, rəsmi və qeyri-rəsmi tənqidlər onun nazir postuna gedən yolunu bağlayan faktor kimi dəyərləndirilir.

Dəyərləndirilən namizədlər arasında Elnur Aslanovun da adı var.

Xatırladaq ki, Elnur Aslanov da kifayət qədər böyük idarəçilik təcrübəsinə malik şəxslərdəndir. O, 2007-2014-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri kimi məhz Azad Rəhimovla birgə gənclər siyasətini koordinasiya edib.

Harvard məzunu olan Elnur Aslanov Prezident Administrasiyasında şöbə müdiri işlədiyi dönəmdə "5-ci kalon” tərəfindən hədəfə çevrilmişdir. Elnur Aslanov haqda qarayaxma kampaniyasının iflasa uğraması isə onun müsbət reputasiyasını bir qədər də möhkəmləndirib.

Bununla belə E.Aslanovun Gənclər və İdman naziri olmaq ehtimalı azdır. Ən azından onun hal-hazırda siyasi proseslərdə iştirakı gözə dəymir.
//sfera.az//

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az