• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
10-03-2021, 09:30

Ağsuda ZƏLZƏLƏ KORRUPSİYASI... - NARAZILIQ!

Ağsuda ZƏLZƏLƏ KORRUPSİYASI... - NARAZILIQ!


Ağsu rayonu, Kalva kəndində qeydiyyatda olan Ataşova Gülnar Şahlar qızı tərəfindən ölkə rəhbərliyinə şikayət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir.

"Mən, Ataşova Gülnar Ağsu rayonun Kalva kənd sakini olaraq bu kənddə yaşamış və ailə qurmuşam.. 2019-ci ilin fvralın 5-də baş vermiş məlum zəlzələ zamanı kəndimizdə əsasən köhnədən tikilmiş evlərin divarlarında iri çatlar əmələ gəlmiş, pol sınmış, binövrə daşları uçub tökülmüş, divarda irihəcmli çatlar əmələ gəlmiş, bir sözlə, yaşamaq üçün yarasız vəziyyətə düşmüşdür.

Uzun illər yaşadığımız bu ev rəhmətlik qaynatamdan qalmışdır və 1950-cı illədə sementsiz, torpaq və taxta materialı istifadə edilməklə daş hörgüsüilə tikilmişdir .Ona görə evimizin dörd tərəfindən daxildən və xaricdən iri çatlar əmələ gəlmiş və yaşamaq üçün yam yarasız vəziyyətə düşmüşdür. Evləri qəzalı vəziyyətdə olan sakinlər indi də arvad uşaqlarla birlikdə qorxa qorxa yaşayırlar. Dəfələrlə kənd və rayon rəhbərliyinə məsələnin həlli üçün xahişlər edilişdir. 2 ildən çoxdur ki, gəlib yerində maraqlanan yoxdu ki, kəndin kənarında hazırda dövlət tərəfindən tikilib istifadəyə yararlı 25 ev bizi kimi sahiblərini gözləsə də bizə məlum olmayan səbəblərdən bu evlər bizi kimi nəzərdə tutulmuş sakinlərə paylanmır. Yerli hökümət heç səbəbini də açıqlamır.. Elə bilki, bizi kimi evi tam yarasız hala düşmüş kənd sakinləri yox imiş. Çox şikayətlərdən sonra yerli icra nümayəndəsi Cavid Qədirov cavab verir ki, siyahıda adınız 9-cu olubdur.Əgər biz 9-cu olmuşuqsa onda niyə tikilib hazır olan evimizi bizə vermirlər? Nəyi gözləyirlər?

Amma eyni zamanda onu da görürük ki, Kalva kənd icra nümayəndəsi Qədirov Cavid, Ağsu rayon İcra Hakimiyyəti Aparatının məsul şəxslərilə birlikdə cənab Prezidentin 1-ci dəfə ayırdığı 2 milyon manat vəsaitdən əvvəlcə özlərinə məxsus topdağıtmaz kiçik villalarını təmir etdirdilər. İcra nümayəndəsi C. Qədirov özünə məxsus evi tam və əsaslı təmir etdirməklə yanaşı, yaxın adamlarının – dədəsi Qədirov Əlistanın, əmisi Qədirov Talıstanın, qudası Niştayev Əhsanın, digər qudası Hilala təzə tikilib təmir olunan evlərini ehtiyac olmadığı halda yenidən dövlət vəsaiti ayırıb əsaslı təmir etdirdi. Hətta iş o yerə çatdı ki, Cavidin yaxın dostu olan Əjdərin də evini əsaslı təmir etməklə yanaşı, həyətində yeni bir irihəcmli yeni talvar da tikdirib təhvil verməyi unutmadı. Bizi kimi kasıblar da qaldıq bir tərəfdə

Axı 2019-cu ildə mart ayında zəlzələ zonasına gəlib bizimlə görüşəndə Prezident İlham Əliyev elə buradaca əhalinin müraciətlərinə diqqətlə baxılması, evlərə, həmçinin sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün müvafiq icra strukturlarına tapşırıq və göstərişlərini vermişdi. Elə həmin gün dövlətimizin başçısı baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında evlərə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan ilkin olaraq iki milyon manat ayrılması haqqında Sərəncam imzalamışdı. Bundan sonra hər 3 rayonda dərhal tikinti və təmir işlərinə başlanmışdı. Budur aradan düz 2 il vaxt keçməsinə baxmayaraq yerlərdə təmir-tikinti işlərini görən təşkilatlar dövlət sifarişləri yekunlaşdırsalar da yerli məmurlar nədənsə hazır olan evləri bizə paylamağa tələsmirlər. Son məlumatlara görə isə bu adamlar təkcə bizim kənddə tikilib istifadəyə veriləsi evləri sanki auksiona çıxarıblar. Yəni gözləyirlər ki, kim çox pul təklif etsə dövlətin tikdiyi evləri onlara versinlər pul qazansınlar. LakinCavid Qədirobv kimi bu savadsız, bürokrat yerli məmurlar undurlar ki, alver predmetinə çevirdikləri bu evlərin müqabilində qazanacaqları haram pullarla ailə-uşaq dolandırmazlar. Çünki başqasının bədbəxtçiliyi üzərindən ( səbəbindən) qazanılan çirkli pulları yalnız şərəfsizlər mənimsəyib haramzada ola bilərlər.

Axı Kəmalddin Heydərov da 2019-cu ilin martında cənab Prezidentə söz vermişdir ki, bütün sakinlərin müraciətləri nəzərə alınıb və tez bir zamanda onların mənzillərində baş vermiş problemlər öz həllini tapacaqdır. Deməli belə çıxır ki, nazir prezidentimizi aldatmışdır.

Prezident İlham Əliyev tikinti-bərpa işlərinin sürətlə və keyfiyyətlə davam etdirilməsi ilə bağlı tapşırıqlarını vermişdir ki təkcə Ağsu rayonunda komissiyaların gəldiyi nəticəyə əsasən nəzərdə tutulmuş 150 evin kəskin qəzalı, 265 evin bərpa-gücləndirməsi və 1022 evinsə təmiri qısa müddətə yekunlaşsın.

Bəli, cənab Prezident ilkin olraq 2 milyon, sonra yenə işlərin davam etdirilməsi üçün əlavə 2 milyon və 3 milyon manat ayırmış və işlərin tamamlanması üçün də bir o qədər vəsait ayrırmışdır. Amma çox təəssüflər olsun ki, C.Qədirov kimi yerli məmurlar cənab prezidentin ayırdığı pullara yalnız öz yaxın qohum-əqrəbasına ev tikilməsi və bərpası üçün faktiki işlər gördürmüşdür. Bizim kimi kasıb insanlar da qəzalı evlərimizin əvəzinə tikiləcək evlərin verilməsini gözləyirik. Amma heç bizi yada salan və deyən yoxdur ki, kəskin qəzalı vəziyyətə düşən evinizin əvəzinə tikilmiş yeni ev sizə veriləcəkdir. Bizim isə verəcəyimiz 10000 manat “şirinlik” pulu yoxdur ki, evin açarını ala bilək.

Hesab edirk ki, yerli dövlət məmurlarının bu hərəkəti iqtisadi təxribat və cinayətdir və cəzasız qalmamalıdır.

Bu günki fakt ondan ibarətdir ki, qəzalı vəziyyətə düşən kasıb sakinlərin evlərinin bərpası üçün dövlətimiz tərəfindən ayrılan külli-miqdarda vəsait kənd icra nümayəndəsi Cavid və qohum-əqrəbaları arasında pay-mal edilib talan edilmişdir. Odur ki, cənab Prezident Sizdən çox xahiş edirk ki, korrupsiyalaşmış yerli məmurların hamısı barəsində son fəaliyyətləri barəsində aidiyyatı orqanlara dərhal tədbir görülməsi, və bizim yaşaması mümkün olmayan evlərimizin əvəzinə dövlətin tikib hazırladığı yeni evlərin paylanmasına göstəriş verəsiniz".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Nyus.Az





Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az