• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
23-02-2021, 20:22

“REFERİ”, YOXSA, “REKET”? - MÖTƏBƏRLİYİ ŞƏFFAFLIQDAN QORXAN HAKİM

“REFERİ”, YOXSA, “REKET”? - MÖTƏBƏRLİYİ ŞƏFFAFLIQDAN QORXAN HAKİM





"Nyus.Az"-ın redaksiyasına Bakı şəhər sakini Quliyev Əfqan Bəhlul oğlu tərəfindən şikayət məktubu daxil olub. Şikayətçi yazır:
2019-cu il iyul ayının 24-də ailəmlə birlikdə Masallı rayonunda yerləşən "İstisu" sanatoriyasına istirahətə getmişdim. Evimizdə siqnalizasiya sistemi olmadığından və gedişimizin uzunmüddətli olacağını düşündüyümüz üçün istirahətə gedən zaman valideynlərimdən qalan, ailə quran vaxt hədiyyə edilmiş, övladlarımın ad günlərində yaxın qohumlar tərəfindən bağışlanmış qızıl-zinət əşyalarını, özümün, yoldaşımın, oğlumun ümumvətəndaşlıq pasportunu və digər lazımi əşyaları özümüzlə götürmüşdük. 28.07.2019-cu il tarixində gündüz saat 14:20-16:30 arasında mənə məxsus “Mersedes-Benz” markalı 99EM320 qeydiyyat nişanlı avtomobilim qarət olundu. Avtomobilin arxa yan şüşəsi sındırılaraq, yoldaşımın əl çantası aparılmışdı. Həmin çantadan mənim, onun və oğlumun ümumvətəndaşlıq pasportu, ailəmizin büdcəsi olan qızıl-zinət əşyaları və digər dəyərli əşyalar oğurlanmışdır. Hadisə yerindən dərhal DİN-nin “102” xidmətini məlumatlandırdım. Şikayətim əsasında əməliyyat - axtarış tədbirlərinə başlayan Masallı polisi tanımadığım Nurlan Səmədov adlı bir şəxsi saxlamışdır. Təcili şəkildə məhkəməyə ötürülən cinayət işi qeyri-obyektiv, qərəzli, birtərəfli qaydada və heç bir maddi sübut olmadan aparılmışdır. Hadisə baş verən günü götürülmüş əl izlərinin ekspertizası oğurluğu Nurlan Səmədovun törətdiyini təsdiqləməmişdir. Polis cinayət işinin istintaqını prosessual nəzarətin olmaması səbəbindən istədiyi kimi aparmışdır. Məhkəmə prosesi qeyri-obyektiv aparılmaqla, 18.06.2020-ci il tarixdə hökmü elan etdi və Azərbaycan Respublikası CM-nin 177.2.4, 177.2.5, 178.2.2 və 326.2-ci maddələri ilə təqsirli bilinərək, Nurlan Səmədov cəzasını ciddi rejimli cəzaçəkən müəssisəsində çəkməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edildi.
Yaxşı yadımdadır, məhkəmənin sonuncudan əvvəlki iclasında hakim Habil Bəhmanov dövlət ittihamçısına (prokurora) söz verərək, təqsirləndirilən şəxsə cəza istəməsini yadına saldı. Mənə-zərərçəkmiş şəxsə isə son çıxış üçün 1 (bir) saat vaxt verdiyini dedi. Mən ona bildirdim ki, son çıxışa hazır deyiləm. Həmçinin xatırlatdım ki, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində zərərçəkmiş şəxsə son çıxış üçün vaxt verilməsinin zəruriliyi təsbit olunub. Hakim isə dövlətin ona verdiyi səlahiyyətlərdən sui-istifadə edərək, məni məhkəmə icraçılarını zala dəvət edəcəyi və məni cəzalandırmaqla hədələdi: “Sən mən deyənlərlə razılaşmasan, bu dəqiqə protokol tərtib edəcəyəm ki, sən məhkəməyə müdaxilə edirsən!”
Gözümlə şahidi oldum ki, dövlətin adından qərar çıxaran, dövlətin humanist siyasətini təcəssüm etdirməli olan, mühakimənin ədalətliliyini təmin etmək vəzifəsini daşıyan hakim daha çox "qoçu" kimi hərəkət etdi və sanki onun şəxsində "reket"in təpkisinə məruz qaldım. O hakim ki, prosesin ilk çağlarında etiraf edirdi ki, mənim bütün arqumentlərim doğrudur, istintaq qeyri-obyektiv aparılıb, dediklərimin 80-90 faizi faktdır və daxili inamına görə qalan 10-20 faizin də doğru olduğu qənaətindədir. Demə, səmimi deyilmiş. Sonda qəbul etdiyi qərar sübut etdi ki, sözü ilə əməli düz gəlmir. Limitin bitməsini – 8-9 iclasın keçirilib sona çatmasını gözləyirmiş ki, əvvəldən aldığı sifarişi yerinə yetirsin. Yəni, polisə, prokurorluğa bir növ hesabat versin ki, “gördünüz, sizin ayağınızı tapdalamadım, amma zərərçəkmiş jurrnalist olduğuna, dirənib-durduğuna görə bu qədər vaxtın keçməsi, bunca formal prosedurların həyata keçirilməsi vacib idi”. Habil Bəhmənovun icraatında olan, işi məhkəmədə olan əksər vətəndaşların onun əməlindən ziyan çəkdiyinin şahidi oldum,əksər vətəndaşlar onun belə özbaşına hərəkətlərindən gileylənirdilər.
Yeri gəlmişkən onu da qeyd edim ki, elə ilkin iclasdan başlayaraq, sonrakılarda da vəsatət qaldıraraq məhkəmənin gedişinin audio-video qeydə alınmasını istəmişəm. Ancaq hakim heç bir halda vəsadətlərimi təmin etməyib. Çünki o, bilirdi ki, vəsdadətlərimi təmin etsə, qol qoyduğu, dəstək verdiyi qanunsuzluqlar gec-tez sübuta yetiriləcək. Maraqlıdır, indi futbol oyunlarında VAR sistemi (mübahisəli epizodların meydandakı geniş monitorlarlarda təkrar-təkrar görüntülənməsi və münsiflər heyəti tərəfindən yenidən dəyərləndirilməsi) tətbiq olunur və stadiondakı əsas hakimin çıxardığı qərarlar mübahisələndirilərək lazım gəldikdə dəyişdirilir. Oyunda nəticə yarışan tərəflərin maliyyə qazanclarına təsir etdiyi halda, məhkəmə oyun deyildir, hakimin son qərarından insan taleyi asılıdır. Deməli, məhkəmələrdə şəffaflığın təmin olunması daha vacibdir. Amma əlbəttə ki, Habil Bəhmanov kimi hakimlərə şəffaflıq lazım deyil, bu onun möhtərəmliyinə xələl gətirə bilər. Nə qədər ki, Habil Bəhmənov kimi hakimlər var sosial problemlər artacaq, insanların sosial narazılığı pik həddə çatacaq. Dövlətin adından qərar çıxaran belə hakimlərin hərəkəti sanki, dövlətə qarşı bir xəyanətdir. Ədalətsiz qərar qəbul edən belə hakimlərin əməlindən insanlar sarsılır, inamları puça çıxır. Habil Bəhmənov üçün əsas ədalətli qərar çıxarmaq deyil, insanların hüquqlarını pozmaqdır. Görəsən, dövlət nə vaxt belə hakimlərə sərt üzünü göstərəcək? Habil Bəhmənovun əməlindən nə qədər vətəndaş əziyyət çəkməlidir, sarsıntı keçirməlidir, problemlə üzləşməlidir ki, aidiyyatı qurumlar öz sözünü desin.


Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az