• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-10-2026 Pulumuz dərmana gedir – QORXUNC statistika
  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da
  • 17-10-2026 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı PAYLAŞIM - VİDEO
  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər
  • 17-10-2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026 Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - VIDEO
  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın

XƏBƏRLƏR

    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
17-02-2021, 13:01

Eldar Əzizov paytaxtın küçələrini “Ərdəbil bazarı”na bənzədib- MÜDHİŞ RƏZALƏT - VİDEO

Eldar Əzizov paytaxtın küçələrini “Ərdəbil bazarı”na bənzədib- MÜDHİŞ RƏZALƏT - VİDEO


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 noyabr 2018-ci il tarixdə imzaladığı Sərəncam əsasında, Eldar Əziz oğlu Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. Belə bir təyinatın verilməsindən iki ildən bir qədər çox vaxt keçməsinə baxmayaraq, hələ də Bakı şəhərinə aid problemlərin çoxu həllini tapmır ki, tapmır. Buna bir çox amillərin varlığı səbəb olur ki, məhz həmin amillərin varlığı paytaxt Bakı şəhərini çoxsaylı problemlərlə üz-üzə qoymaqdadır. Yəni, bu gün şəhərimizin bir çox sahələrinin, ələlxüsus şəhər təsərrüfatı sahəsinin bərbad halda olması onu söyləməyə əsas verir ki, Eldar Əzizovun idarəçiliyi heç də paytaxt Bakını düşdüyü “dərd-bəla”dan çıxara bilmir. Hazırda sakinləri daha çox narahat edən, şəhərimizin təmizliyinə xələl gətirən səbəblərdən biri də, mərkəzi ərazilərlə bərabər, ətraf ərazilərdə də küçə ticarətinin tüğyan etməsidir. Sözsüz ki, belə bir ticarət növünün fəalyyət göstərməsinə Bakı şəhər İcra Hakimiyyəti Aparatının Ticarət və Xidmət Departamenti “yaşıl işıq” yandırmazsa, o halda bir kimsə “risk edib” bu yöndə addımını atmaz. Bir anlığa diqqət yetirək ki, şəhərimizin mərkəzi ərazilərindən hesab olunan “28 May”, “Neftçilər”, “Xalqlar Dostluğu”, “İnşaatçılar” və digər metrostansiyaların həndəvərləri, bu gün sanki “kolxoz bazarı”na bənzəyir. Yəni, bu ərazilərdə və mərkəzi küçələrdə, piyadaların keçib-getdikləri səkilərdə, mərkəzi magistral yolların döngələrində və s. hər cür kənd təsərrüfatı mallarının və digər ərzaq məhsullarının satışı həyata keçirilir. Ələlxüsus, Nəsimi rayonunun “Şamaxinka” adı ilə tanınan ərazisi isə, sanki “Ərdəbil bazarı”ndan heç də geridə qalmır. Çünki, bu ərazinin hər sahəsində küçə ticarəti ilə məşğul olanların sayı olduqca çoxluq təşkil edir. Elə ki, günün axşam saatları olur, o halda vəziyyət daha dözülməz həddə çatır və satıcılar “əndazəni aşırlar”. Yəni, bu ərazinin yol kənarlarında, daha çox piyadaların gedib-gəldikləri yerdə şor, pendir, limon, göyərti, müxtəlif növ meyvələr və s. satılır. Hətta, elə hallar da olur ki, küçə ticarəti ilə məşğul olanlar mallarını magistral yollardakı dayanacaqlara yaxın yerdə satırlar. Belə bir halların varlığı dəfələrlə təhlükəli anlara yollar açıb.

Təəccüb doğuran hal odur ki, bu cür fəaliyyət növü ilə məşğul olanlar çox zaman gigiyena qaydalarına əməl etmirlər. Çünki, onların buna əməl etmələri üçün lazımi şərait də olmur. Məsələn, bu işlə məşğul olanlar küçələrdə toztorpağın içində, açıq hava şəraitində bir çox ərzaq məhsulları, o cümlədən balıq, kəsilmiş toyuq, süd məhsulları və s. satırlar ki, bunların çoxu insan həyatına təhlükələr yaradır. Diqqət yetirək ki, satışa çıxarılan məhsullar baytar nəzarətindən keçirilmir, laboratoriyalarda yoxlanılmır, onların keyfiyyətliliyi haqda istehlakçılara heç bir məlumat verilmir. Bu cür ərzaq məhsullarından istifadə olunması, bəzən ciddi fəsadların baş verməsi ilə nəticələnib. Bir sözlə, əvvəllər hər kəsin ümid edib inandığı, etibar etdiyi Eldar Əzizov, bugünkü yarıtmaz idarəçiliyi ilə Bakı ŞİH Aparatını inamsız bir quruma çevirib. Baxmayaraq ki, vaxtilə Bakı şəhərinin küçələrində küçə ticarətinin faliyyət göstərməsi haqqında Bakı şəhər Ticarət və Xidmət Departamenti tərəfindən verilmiş icazə 01 yanvar 2014-cü il tarixdən ləğv olunub. Belə bir qərarın verilməsinə, məhz Bakını daha da abadlaşdırmaq, gözəlləşdirmək, dünyanın ən gözəl şəhərlərindən birinə çevrmək və s. kimi halların varlığı səbəb olur. Yəni, Bakı şəhər Ticarət və Xidmət Departamenti şəhər ərazisində küçə ticarətinə yol verilməsin deyə qərar qəbul edir. Qeyd olunan tarixdə belə bir qərar verilsə də, Eldar Əzizov verilmiş qərarın əhəmiyyətinə bu gün də məhəl qoymur və belə bir səbəbdən də, hazırda Bakının mərkəzi əraziləri bir növ “kolxoz bazarı”na bənzəyir. Baş verənlər onu söyləməyə əsas verir ki, ŞİH-i başçısının idarəçiliyi “8-ci km bazarı”ındakı “üfunətli idarəçilik”dən heçnə ilə fərqlənmir. Çünki, paytaxt Bakının belə bir dözülməz dərdi ilə bağlı DİN-nin rəsmi şəxslərinə müraciət etdikdə “Bilirsiniz, şəhərin küçə ticarətinə Bakı şəhər Ticarət və Xidmət Departamenti icazə verir. Ona görə də, polis əməkdaşlarını küçə ticarətinin yığışdırılması işlərinə cəlb etmək mümkün olmur” deyə cavab verirlər. Bütün bunlar onu sübut edir ki, Eldar Əzizov Bakı ŞİH-nə məxsus büdcəni küçə ticarətindən əldə olunan gəlirlər hesabına doldursa da, hələ də o, Bakını düşdüyü dərddən xilas etməyi bacarmır.

P.S. Hörmətli oxucular! Bir xatırlatmanı qeyd edək ki, Eldar Əzizov 2000-2003-cü illər ərzində Bakı şəhəri, Nizami rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini də icra edib. Söylənilənlərə görə o, həmin vaxtlardan belə bir idarəçiliyə daha çox üstünlük verir və öz düşüncəsində bir növ “8-ci km bazarı”ındakı idarəçilik prinsiplərini formalaşdırır. Belə bir səbəbdəndir ki, o, bu gün Bakı ŞİH Aparatında bu kimi idarəçilik qaydalarına daha çox üstünlük verməkdədir.

Mövzu diqqətimizdədir.


Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az