• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
  • 31-08-2026 Azərbaycanda ''turizm kəndləri'' yaradılır - VİDEO
  • 30-08-2026 "Pullarımı Zeynəb Həsəni yığır"
  • 30-08-2026 Bakıda aptekdən alınan siropun içindən milçək çıxdı – Video
  • 30-08-2026 Ermənistan itkin azərbaycanlıların dəfn yerləri barədə məlumat verməlidir - Hikmət Hacıyev
  • 30-08-2026 Bu gün Türkiyədə Zəfər Bayramıdır
  • 30-08-2026 Maaş və pensiyalar bu tarixdə artacaq – Rəqəm açıqlandı
  • 30-08-2026 Rusiyanın ən böyük neft zavoduna ağır zərbə: Hərbi aerodrom da vuruldu
  • 30-08-2026 Hava kəskin dəyişir: FHN-dən əhaliyə müraciət
  • 30-08-2026 Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
  • 30-08-2026 "Liverpul"dan "Mançester Siti"yə keçəcək
  • 30-08-2026 "Araz-Naxçıvan"ın UEFA Çempionlar Liqasındakı bütün rəqibləri bəlli oldu
  • 30-08-2026 Sabah leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək

XƏBƏRLƏR

    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
    Dünyanın ən çox satılan telefonları açıqlandı
    UEFA Çempionlar Liqası: Əsas mərhələsinin bütün iştirakçıları məlum oldu
    "Qarabağ" Andradenin əmisi oğlunu transfer edir
16-02-2021, 15:19

Qocalar evinin direktorunun "dəli" etdiyi qocadan açıqlamalar-Şok səs yazısı

Qocalar evinin direktorunun "dəli" etdiyi qocadan açıqlamalar-Şok səs yazısı


ƏƏSMN zülmə tabe olmayan kimsəsiz qocaları dəlixanaya salır




Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyində olan Müharibə və əmək əlilləri üçün pansionatın (El arasında “Qocalar evi” kimi tanınır) yeni direktoru Samirə Mehdiyevanın yeni komanda formalaşdırmasından və əmək qanunvericiliyinin tələbləri ilə hesablaşmayaraq “köhnə” işçiləri qovmasından, müəssisədə dövlət himayəsinə sığınmılş tənha vətəndaşların və əlillərin qida, geyim və tibbi xidmətlərinin “qayçılanmasından, təzə direktorun pansionatda özü üçün əlavə kabinetlər yaratmasından qocaların ümumi istifadəsi üçün nəzərdə tutulmuş “Məişət Evi”ni özəlləşdirməsindən, ən nəhayət, dözülməz şəraitə, ayrı-seçkilik siyasətinə görə etiraz edən bəzi sakinlərin hətta intihara cəhd etmələrindən indiyədək mətbu və elektron nəşrlərdə xeyli tənqidi materiallar gedib. Çifayda, ƏƏSMN rəhbərliyinə yazılan şikayətlərə baxılmadığından, Samirə Mehdiyeva və ətrafına yığdığı şəxslər daha da aqressivləşərək, zavallıları ram etmək üçün daha iyrənc və qeyri-insani metodlara əl atıblar. Bu metodlardan biri də etirazçıları dəlixanaya saldırılraq “zərəsizləşdirilməsidir”. Belə siyasətə məruz qalanlardan biri də Hüseynağa Nuriyevdir. Xatırladaq ki, Hüseynağa kişi məşhur “Qafqaz əsiri” filminin qəhrəmanı Şurik kimi cavan və enerjili deyil ki, dəlixanadan qaça bilə, onun 70 yaşı var.

Redaksiyamıza başına gələnlər barədə özü zəng edərək məlumat verən Nuriyev deyir ki, xeyli vaxtdır xroniki olaraq ciyər xəstəliyindən əziyyət çəkib. Əvvəllər səhhətindən şikayətlənəndə onun üçün tibb xidməti təşkil olunub, ciyərinə yığılan suyun çəkdirilməsi təmin olunub. Hətta onu “8-ci “kilometr” qəsəbəsində vaxtaşırı müayinə və müalicə edən həkimlə əlaqələndirilib. Lakin Samirə Mehdiyeva vəzifə başına gələndən sonra ona daha bu iltifat göstərilməyib. Səhhəti ağırlaşdığı üçün direktora müraciət edib ki, onun tanıdığı həkimin xidmətindən istifadə etməsinə imkan yaratsın. Lakin rəhbərlik xahişini yerə salıb, onu pansionatın həkimi Gülnarəyə tapşırıb. Gülnarə həkim isə ona 50 manata keyfiyyətsiz, xəstəliyinə aidiyyəti olkmayan dərmanlar satıb. Həmin dərmanları qəbul edən Hüseynağa kişinin vəziyyəti daha da pisləşib və təbii ki, buna görə etirazını bildirib. Gülnarə həkim isə onu polisdə işləyən əri ilə hədələyib. Bu dikbaşlığı direktorun xoşuna gəlməyib və onun barəsində məlum qərar verilib.

Hüseynağa Nuriyev bildirir ki, dəfələrlə direktora anbardan, pansionat sakinlərinin ərzaq paylarından oğurlanma, sakinlərin pensiyalarını kartla bankomatdan çıxaran Nurlana, Pərvanə, Yetər adlı pansionat əməkdaşlarının həmin pullardan çırpışdırmaları, qocalara öz pulları ilə bazarlıq edərək dükandan ucuz və keyfiyyətsiz mal alıb baha sırımaqları faktları barədə məlumat verib. Amma oğrular direktorun öz kadrları olduğu üçün bu məsələlərə göz yumulub. Yəqin elə həm də bu haqsevərliyinə görədir ki, onu “neytrallaşdırmağa” çalışıblar. Bu niyyətlərini həyata keçirmək üçün təcili yardım maşını çağırıb ona təklif ediblər ki, əyləşib getsin, ona tibbi yardım göstəriləcək. Təcili yardım maşını gələn günü polis sahə müvəkkilinin və daha üç nəfər qoluzorlu kişinin çağırılması, otağının axtarılaraq tumboçkasından çörək bıçağının sanki silah müsadirə edilibmişlər kimi götürülməsi, boynuna guya özünə qəsd etməyə cəhd göstərdiyinin qoyulması onu şübhələndirib, getməyə etiraz etsə də, aparıblar. Bir də görüb ki, onu həmişə dərdinə əlac bulunan “8-ci kilometr” qəsəbəsindəki tibb müəssisəsinə deyil, Maştağadakı 1 saylı psixiatriya xəstəxanasına aparıblar. Orada qəbulda iki saat çək-çevir aparandan sonra elə iynə vurublar ki, huşdan gedib, ayılıb özünü palatada görüb. Doğrudur, orada ilk əvvəl ciyərindən şikayətinə uyğun müalicə aparılsa da, daha “Qocalar Evi”nə qaytarmayıblar. Həkimlərdən biri insafa gəlib ki, o, Samirə Mehdiyevanın sifarişi ilə burada düz bir ay yatmalıdır. Etiraz edəndə onu daha aşağı mərtəbəyə, Leyla həkimin şöbə müdiri olduğu daha dərin psixi xəstələrin olduğu sektora endiriblər. Başqa xəstələrdən fərqli olaraq onun yanına gələn qohumlarını, tanışlarını içəri buraxmayıblar, ona göndərilən ərzaq sovqatlarını, siqaret qutularını da verməyiblər. Pandemiya ilə əlaqədar karantin tədbirləri də əllərində bir bəhanə olub. Telefonu əlindən alınıb, cəmiyyətlə bütün əlaqələrini kəsiblər. Yazıq kişi hüquqları uğrunda mübarizədən dönməyib, Ombudsmanın nümayəndəsi ilə, Nazirliyin rəsmiləri ilə görüş tələb edib ki, dərdini desin. Təbii ki, şərait yaratmayıblar. Məcbur olub aclıq aksiyasına başlayıb. Qoca, xəstə orqanizm üçün bunun nə demək olduğunu təsəvvür edirsinizmi? 23 gün yeməyib, daha da əldən düşüb. Samirə Mehdiyevanın “zakazının” müddətinin tamamında onu və şəxsi əşyalarını artıq Bilgəh pansionatına deyil, iradəsinin əleyhinə olaraq Gəncədəki psixiatriya xəstəxanasına aparıblar. Yeni məskunlaşdığı müəssisənin rəhbəri onu dilə tutub qida qəbul etməyə razı salıb. Di gəl, sonrakı müddətdə müəssisədən kənara çıxmasına, poçt və bankomat xidmətindən istifadə etməsinə ciddi nəzarət olunub. Hüseynağa kişi Gəncədən nazirə yazıb ki, o, Bakı qeydiyyatındadır, ona görə paytaxta, özü də psixi xəstələr arasına deyil, qocalar və əlillər arasına qaytarılması təmin olunsun. Faydası olmayıb.

Amma H.Nuriyev mübarizəsini axıradək aparmaq əzmindədir. Onun üçün psixi xəstə olmadığını sübut etmək şərəf məsələsidir. Üstəgəl, kimsəsizlərə zülm edən Samirə Mehdiyeva və onun kimilərin cəzalandırılmasına nail olmaq üçün yolundan dönməyəcək. Baxmayaraq ki, elələrinin hətta adam öldürməyə qadir olduqlarına əmindir.

Yəqin ki, hökumətin göz yumduğu bu məsələyə yalnız və yalnız Prezident səviyyəsində baxılmalıdır. Çünki Şərq mentalitetində oturuşmuş ehkama görə dövlət başçısı bütün yetim uşaqların atası, kimsəsiz qocaların oğludur.

Mövzuya qayıdacağıq.


Nyus.Az







Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az