• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
12-02-2021, 11:03

Qazaxda 1-ci müavin DQ müharibəsi veteranından on min rüşvət istəyib—RƏZALƏT

Qazaxda 1-ci müavin DQ müharibəsi veteranından on min rüşvət  istəyib—RƏZALƏT


Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 may 2016-cı il tarixdə imzaladığı Sərəncam əsasında, Rəcəb Abbas oğlu Babaşov Qazax rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Belə bir təyinatın verilməsindən dörd ildən bir qədər çox vaxt keçib. Həqiqət naminə qeyd edək ki, ötən müddət ərzində Rəcəb Babaşov özünü geniş ictimaiyyətə fərqli bir formada təqdim etmiş və o, Qazax rayonunun simasının xeyli dərəcədə dəyişdirilməsinə də nail ola bilmişdir. Bundan əlavə, icra başçısı özünü hər kəsə qanunçuluğun müdafiəçisi, rüşvətxorluğa qarşı ardıcıl mübarizə aparan, haqqın-ədalətin yanında olan, bir sözlə işgüzar rəhbər şəxs kimi təqdim etməyə çalışmışdır. Deyəsən artıq qazaxlıların güvəndiyi bu “uca dağlar”ın başına “qar yağmaqdadır”. Yəni, artıq Rəcəb Babaşovun da icra başçısı olduğu qurumda rüşvətxorluq, haqsızlıq, ədalətsizlik baş qaldırmağa başlayıb. Belə ki, Nyus.Az saytının redaksiyasına dörd aydan çox müddət ərzində üz-üzə qaldığı haqsızlıqlar və süründürməçiliklərlə bağlı müraciətini təqdim edən, hal- hazırda Qazax rayonu, Heydər Əliyev prospekti-106A ünvanında yaşayan Kazımov Məhəmməd Ziyəddin oğlu yazır ki, “Mən 1-ci Qarabağ müharibəsi iştirakçısıyam, qardaşım 2-ci qrup əlil və qazidir. Övladımın səhhətində ciddi problemlər olduğundan o, 44 günlük Vətən müharibəsində iştirak edə bilmədi. Buna baxmayaraq, qardaşımoğlu Sərxan Kazımov isə, könüllü ordu sıralarına daxil oldu və Suqovuşanın və digər ərazilərimizin erməni murdarlarından azad olunması uğurunda keçirilən döyüş əməliyyatlarında iştirak etdi.

Bütün bunlardan əlavə onu da qeyd edim ki, biz uzun illərdir nəsillikcə Qazax rayonunda yaşayırıq. Bibimin övladı olmadığından o, qəzalı vəziyyətdə və yaşı təqribən bir əsr olan evini mənə verdi. Mən həmin evi söküb yerində təzə ev tikmək qərarına gəldim və bu məqsədlə rayonun baş memarına, RİH-nin başçısına müraciət edib lahiyəmi də təqdim etdim. Məqsədim 2-ci qrup əlil və qazi olan qardaşım Oqtayın ailəsi ilə birlikdə burada yaşamaq idi. Etdiyim müraciətimdən sonra RİH Aparatından gəlib həmin evə baxış keçirdilər və bu gün–sabah deyib işi uzatdılar. Təqdim etdiyim lahiyədə ev tikintisi göstərlsə də, onlar “Sən burada obyekt tikəcəksən” deməklə, açıq-aşkar şəkildə məni “fırlatdılar”. Yəni, aramızda əmələ gələn söz-söhbətlərdən sonra məni çox incitdilər və hətta iki dəfə polisə də verdilər.

Qeyd edim ki, tikinti işlərinə başlamazdan öncə kənar şəxslərdən beton tökmək üçün icarəyə “opalovka” götürmüşdüm. Elə ki, RİH-nin əməkdaşları tikinti işlərinə başlamağıma maneə oldular və bu minvalla vaxtı uzatmağa çalışdılar, o halda onlara bildirdim ki, icarəyə götürdüyüm “opalovka” pulunun üstünə gündəlik faiz pulu yığılır. RİH-nin rəsmləri bu yöndə danışıqlarıma əhəmiyyət vermədilər və hətta “opalovka”nı sökməyimə də icazə vermədilər. Belə olan halda bir kimsəyə məhəl qoymadan “opalovka”nı özbaşına sökməyə başladım, o halda polislər həmin yerə gəldilər və “Səndən RİH-nə şikayət olunub” deyərək, mənə 300 manat məbləğində cərimə də yazdılar. Bildirirəm ki, əsas işimə maneə olan şəxs Qazax RİH-i başçısının birinci müavini Məmməd Alıyev oldu. Bir neçə gün bundan öncə o, məni rayonun “Kərpic zavod” adı ilə tanınan ərazisinə çağırtdırdı. Həmin yerə çatarkən şahidi oldum ki, ayrı-ayrı şəxslər orada iş görürlər, Məmməd Alıyev və onun yanında olan şəxslər isə, iş prosesinin gedişinə nəzarət edirdilər.

Bir sözlə, Məmməd Alıyevin olduğu yerə çatanda ona işim necə olacaq və nə qədər xərcim çıxacaq deyə sual etdim. O halda o, hər iki əlindəki barmaqlari irəliyə uzadaraq mənə göstərdi. Yəni, Məmməd Alıyev eşidilə biləcək səstonu ilə deməsə də, mənə barmaqlarının işarəsi ilə xərcimin 10 min manat olacağını bildirdi. Öz-özümə sual etdim ki, bəlkə o, hansısa səbəbdən çaşıb və “0” rəqəminin birini artıq deyir. Bir sözlə, Məmməd Alıyev başda olmaqla bu gün RİH-nin bəzi şəxsləri məni çıxılmaz vəziyyətə salıblar. Tikinti işlərində istifadə etmək üçün aldığım sementlər daşlaşıb, onlar mənimlə bir növ düşmənçilik aparırlar. İlk əvvəl mənə lahiyədə dəyişikliklər etməyi bildirdilər. Qeyd etdirdikləri dəyişiklikləri qaydaya saldırıb bir daha lahiyə planını onlara təqdim etdim. Daha sonra bildirdilər ki, “Sən qonşundan da razılıq ərizəsi almalısan”. Bəli, həmin ərizəni də alıb İH-nə təqdim etdim. Bundan sonra da lahiyə planını təsdiq edib mənə vermədilər. Belə olan halda iki-üç dəfə icra başçısının qəbuluna düşmək istədim, heç bir halda qəbula düşməyə imkan vermədilər. Bu gün mən Məmməd Alıyevə sərbəst sözümü deyə bilmirəm. Dörd aydan çox vaxt keçsə də, sənədlərimi təsdiq edib vermirlər ki, tikinti işlərimə başlayım. Faktdır ki, məni süründürməklə məşğul olurlar”.

Bəli, bütün bunlar onu göstərir ki, artıq qazaxlıların ümid etdiyi, inandığı Rəcəb Babaşov idarəçiliyinin də “yarpaqları tökülməyə” başlayır. Çünki, RİH-i başçısının birinci müavini Məmməd Alıyevin və digər vəzifə sahiblərinin 1-ci Qarabağ müharibəsi iştirakçısına qarşı sərgilədikləri belə bir münasibətin varlığı, qeyd etdiklərimizi tam təsdiq etməyə əsas verir.

Yazıda adı keçən hər kəsin fikirini dinləməyə hazırıq.


Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az