• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-10-2026 Pulumuz dərmana gedir – QORXUNC statistika
  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da
  • 17-10-2026 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı PAYLAŞIM - VİDEO
  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər
  • 17-10-2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026 Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - VIDEO
  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın

XƏBƏRLƏR

    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
20-01-2021, 12:20

Abşerondan Suraxanıya gizli transfer: Fuad Cəbrayılovu Əziz Əzizova nə bağlayır?

Abşerondan Suraxanıya gizli transfer: Fuad Cəbrayılovu Əziz Əzizova nə bağlayır?

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bu posta təyinat aldıqdan sonra dəfələrlə qalmaqallı kadr siyasətinə görə gündəmə gəlib. Hələ ilk günlər öz bacısı oğlu Ağayev Murad Əsgər oğlunu Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının köməkçisi təyin etməsi uzun müddət medianın diqqətində saxlanıldı. İndi isə cumhuriyyet.az-a Ə.Əzizovun gizli müavin təyinatı haqda məlumat daxil olub. Söhbət uzun müddət Abşeronda ad çıxarmış Fuad Cəbrayılovdan gedir.
Məlumat üçün bildirək ki, F.Cəbrayılov Abşeron rayon icra hakimiyyətində Başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışıb. Aşağıda təqdim etdiyimiz fotodan da göründüyü kimi hazırda bu post boşdur (http://absheron-ih.gov.az/page/21.html). Abşeronda tikinti, təhsil və bağça sektorunu tam nəzarətdə saxlayan, xanımbaşçının sağ əli olan Fuad müəlim birdən birə vəzifəsindən qeyb olub. Etibarlı mənbənin



cumhuriyyet.az-a bildirdiyinə görə belə bir əvəzolunmaz kadrın vəzifədən getməsi karantin dövründə Abşeron rayon ərazisinə təsadüf edən, bütün ölkəyə səs salan məlum toy olayı rol oynayıb. Toyun faş olunmasında müstəsna rol oynayan F.Cəbrayılov özü bu rayonda işləmək istəməyib və bu kadra Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov sahib çıxıb. Amma maraqlıdır ki, Fuad müəllimin Abşeron rayonundan kənarlaşması kimi, Suraxanı rayon icra başçısının müavini təyin olunması da gizli saxlanılıb. Suraxanı rayon icra hakimiyyətinin saytında müavin postu boş göstərilir (http://surakhani-ih.gov.az/page/21.html).
Onu da bildirək ki, F.Cəbrayılovla Ə.Əzizov arasındakı əlaqədə ölkənin məşhur əmlak kralları Arif Qaraşov-Kərəm Həsənov faktoru rol oynayır. Bu əlaqə və Fuad Cəbrayılovla bağlı bəzi məqamları cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı üzə çıxardıq. Fuad Cəbraylov Dövlət Reyster Xidmətinin Abşeron şöbəsində işlədiyi dövrdə şöbənin müdiri Vidadi müəllimin xəstəliyindən istifadə edərək çoxlu sayda qanunsuz işlər görüb. Onun gördüyü əsas qanunsuz işlərdən biri Abşeron rayonunda kənd təsərrüfatı təyinatlı torpaqların böyük əksəriyyətinə çıxarışlar verməsi və yetkinlik yaşına çatmnayanlara belə “kupça” verilməsi işlərinin olduğu deyilir. Həmin vaxtlar Fuad Cəbrayılov qanunsuz sənədlərdən külli midarda pullar əldə edərək Abşeronda xeyli sayda obyekti ələ keçirib.
Mediada yer alan və rəsmən təkzib olunmayan məlumata görə, Reyster Xidmətinin Abşeron şöbəsində baş alıb gedən qanunsuzluqlarla bağlı məsələyə o zamanlar fəaliyyətdə olan Milli Təhlükəszilik Nazirliyi də qarışıb. Nazirlik şiakyətlər əsasında şöbədə əməliyyat keçirərək, çoxlu sayda saxta sənədlər, qanunsuz çıxarışlar aşkar edib. MTN-nin keçirdiyi əməliyyat nəticəsində Reyster Xidmətinin Abşeron şöbəsində bir neçə nəfər, o cümlədən Fuad Cəbrayılovunda həbs edilib. Lakin Fuad Cəbrayılov qaynatası Aydın Cəfərovun və o zamanlar Dövlət Reyster Xidmətinin rəisi işləyən Arif Qaraşovun köməkliyi ilə MTN-nin təcridxanasından canını qurtara bilib. İddaya görə, Fuad Cəbrayılov azadlığa çıxaması üçün MTN-də o zaman idarə rəisi işləyən Akif Çovdarova qaynatası vasitəsi ilə külli miqdarda rüşvət verib. Reyster Xidmətinin Abşeron şöbəsində qanunsuzluların ortaya çıxaması və MTN-nin əməliyyat keçirməsindən sonra şöbə müdiri Vidadi müəllimin qovulduğunu bildirən mənbəmiz qeyd edir ki, Fuad Cəbrayılov Arif Qaraşovun sayəsində öz vəzifəsini saxlayıb. Amma Arif Qaraşov Dövlət Reyster Xidməti rəisi vəzifəsindən çıxarıldıqdan sonra Fuad Cəbrayılov Kərəm Həsənov tərəfindən xidmətdən qovulub.
Bir müddət qaynatası Aydın Cəfərovun tikinti biznesində işləyən Fuad Cəbrayılovun sonrada məhz qaynatasının köməkliyi ilə Abşeron İcra Hakimiyyətində məsləhətçi vəzifəsinə işə düzəldiyi deyilir. Qeyd edək ki, Fuad Cəbrayılovun qaynatası Aydın Cəfərov DYP-də vaxtı ilə tabor komandiri olub və onun oğlu Zaur Cəfərov bir vaxtlar Səbael Rayon Dövlət Yol Polis Şöbəsinin rəisi işləyib. Sabiqdaxili işlər naziri Ramil Usubov Zaur Cəfərovu tutduğu vəzifədən azad edib. Polis mayoru Zaur Cəfərovun vəzifəsindən qovulmasının səbəbi isə bir ilin təxminən 190 günün xarici ölkələrdə keçirməsi və əksər hallarda rəhbərliyə məlumat verməməsi olub. Onuda qeyd edək ki, Fuad Cəbrayılovun qaynatası Aydın Cəfərov keçmiş Dövlət Reyster Xidmətinin rəisi Arif Qaraşovla qudadır. Məhz Fuad Cəbraylov qaynatasının qohumluğu sayəsində uzun müddət xidmətin Abşeron şöbəsində işləyib. Abşeron İcra Hakimiyyətində bir müddət baş məsləhətçi işləyən Fuad Cəbraylov sonradan Zakir Fərəcov tərəindən indiki icra başçısı İradə Gülməmmədovanın yerinə – icra başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin olunub.

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az