• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 18-07-2026 Baş çavuş vəfat etdi
  • 18-07-2026 İstirahət günü 38 dərəcə isti olacaq
  • 18-07-2026 "Tesla"nın 20 min avtomobili ilə bağlı kritik qərar verildi
  • 18-07-2026 Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib
  • 18-07-2026 DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq
  • 18-07-2026 Tramp Messi, Ronaldo və Keyndən danışdı
  • 18-07-2026 Bu sayda şəxsə yaşa görə əmək pensiyası təyin olundu
  • 18-07-2026 Moskvaya 370 dronla hücum: Mer hamısı vurulub deyir, amma neft anbarı yanır...
  • 18-07-2026 11 və 8 yaşlı 2 uşaq itkin düşdü
  • 18-07-2026 İran rəsmisi BMT-ni ittiham etdi
  • 18-07-2026 "Qadınlarda kişiləşmə, kişilərdə qadınlaşma gedir, bilmirsən, yeməkdəndir, ya içməkdən..."
  • 18-07-2026 Kadırovdan ŞOK ÇAĞIRIŞ - NATO-ya müharibə ELAN ETDİ
  • 18-07-2026 "Adımdan yalan danışıb, camaatı üstümə qaldırmayın"
  • 17-07-2026 Türkiyə və Rusiya arasında meyvə müharibəsi!
  • 17-07-2026 "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
  • 17-07-2026 Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub
  • 17-07-2026 “Qarabağ”ın oyunu canlı yayımlanacaq
  • 17-07-2026 İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı
  • 16-07-2026 Azərbaycan neftinin qiyməti 86 dollardan yuxarı qalxdı
  • 16-07-2026 Talamus nədir? Talamusun vəzifələri və funksiyaları

XƏBƏRLƏR

    DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq
    "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
    “Qarabağ”ın oyunu canlı yayımlanacaq
    DÇ-2026: Argentina - Misir oyununun hakimi barədə qərar verildi
    Harri Keyn İngiltərə millisində yeni rekorda imza atıb
    10 il Seneqal millisinin həkimi olub: məlum oldu ki...
    FİFA-dan tarixi qərar: Dünya Kuboku finalında futbol qaydaları pozulacaq FOTO
    "Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
    “Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
    "Bizə daha çox transfer lazımdır"
22-12-2020, 13:14

Əhməd Əhmədzadə oliqarx kadrlarının sayını belə artırır - İTTİHAM

Əhməd Əhmədzadə oliqarx kadrlarının sayını belə artırır - İTTİHAM

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənin milyoner kadrları haqqında kifayət qədər yazılıb. Onları artıq nəinki respublikada,həttə ölkənin hüdudlarından kənarlarda belə, tanıyırlar.Sadə insanları ən çox düşündürən isə onların cüzi maaşla bu qədər var-dövlətə necə sahib olmalarıdır.Su tükənməz bir sərvətdir (hərçənd Azərbaycanda onu da tükədirlər) və hələ neçə illər bundan qabaq araşdırma yazılarımızın birində Əhməd Əhmədzadənin çörəyinin sudan çıxdığını,qazandığı çirkli pulları su ilə yuduğunu qeyd etmişdik.

Qeyd edək ki,səhmdar cəmiyyətin respublika ərazisində irili-xırdalı yüzlərlə idarəsi var.Düzdü onların hamısının müdiri milioner deyil.Lakin heç də az qazanmırlar.Burada qazananlar kateqoriyalara bölünüb ki, gəlirli sahələrə Əhməd Əhmədzadə ən yaxın adamlarını yerləşdirir. ASC-yə tabeli qurumlardan biri də Meliorasiya-İrriqasiya Obyektlərinin Qeydiyyatı və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsidir ki,əsas işi respublika ərazisində hidrotexniki qurğuların reyestri və pasportlaşdırılması,meliorasiya və su təsərrüfatı obyektlərinin kadastrı, su obyektlərində istehsal müəssisələrinin qeydiyyatına və hidrotexniki qurğuların təhlükəsizliyinə, suların istifadəsinə və mühafizəsinə, suların keyfiyyətinə nəzarət etməkdən ibarətdir.Qeyd edək ki,çox olmasa da burada da pul çıxarmağın yolları var.

Aktualinfo.org Meliorasiya İrriqasiyya Obyektlərinin Qeydiyyatı və Suların İstifadəsinə -Mühafizəsinə Nəzarət İdarəsinin əsas qazanc yerlərindən olan,2020-ci il üçün keçirilmiş kotirovka sorğuları ətrafında araşdırmalar aparmışdır.Elə apardığımız araşdırmalar zamanı Əhməd Əhmədzadənin oliqarx kadrlarının durmadan necə artdığı da buradan üzə çıxdı.Təbii ki,bütün bunların hamısına da şəraiti cənab Əhmədzadə yaradır,arxasında da özü durur.

Qeyd edək ki,Meliorasiya İrriqasiyya Obyektlərinin Qeydiyyatı və Suların İstifadəsinə -Mühafizəsinə Nəzarət İdarəsi tərəfindən 08.12.2020-ci il tarixdə dəftərxana ləvazımatı,mətbəə işləri və ofis üçün mebellərin alınması üzrə keçirmiş olduğu kotirovka sorğusunun nəticələrinə görə “MADO-M 2018” Məhdud Məsuliyyətli Cəmiyyət qalib elan olunmuş və tərəflər arasında 08.12.2020-ci il tarixdə 38 200 manat dəyərində satınalma müqaviləsi bağlanılmışdır.

İdarə binasında cari təmir işləri və elmi texniki işlərin görülməsi üzrə elan olunmuş kotirovka sorğusunda isə “GARANT” Məhdud Məsuliyyətli Cəmiyyət qalib elan olunmuş və tərəflər arasında 08.12.2020-ci il tarixdə 46 600 manat dəyərində satınalma müqaviləsi bağlanılmışdır.

Kimyəvi reaktivlərin və mal materalın alınması üzrə elan olunmuş kotirovka sorğusunda isə “NİL-ELEKTRO” Məhdud Məsuliyyətli Cəmiyyət qalib elan olunmuş və tərəflər arasında 08.12.2020-ci il tarixdə 21 590 manat dəyərində satınalma müqaviləsi bağlanılmışdır.Qeyd edək ki,kimyəvi reaktivlərin alınması üzrə kotirovka sorğusun qalibi olan bu MMC ilə Nəzarət İdarəsi ötən il otaqlarda cari təmir işləri və elmi tədqiqat işlərinin aparılması üçün 28704 manat məbləğində də müqavilə bağlayıbmış.

İndi isə,Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsinın satınalma müqaviləsi bağladığı,işbirliyi qurduğu MMC-lərin fəaliyyət dairəsinə və kimlərə məxsus olduğunu diqqətinizə çatdırmaq istərdik.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MADO-M 2018” Məhdud Məsuliyyətli Cəmiyyətinin 09.07.2018-ci il tarixdə Füzuli Rayon Vergilər Şöbəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 4 manat olan MMC-nin hüquqi ünvanının FÜZULİ RAYONU, BALA BƏHMƏNLİ qəsəbəsi,qanuni təmsilçisinin Kərimov İdris Əlövsət oğlu olduğu qeyd olunub.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “GARANT” Məhdud Məsuliyyətli Cəmiyyətinin 20.08.2018-ci il tarixdə Füzuli Rayon Vergilər Şöbəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 4 manat olan MMC-nin hüquqi ünvanının FÜZULİ RAYONU, BALA BƏHMƏNLİ qəsəbəsi,qanuni təmsilçisinin Kərimov Əlövsət İdris oğlu olduğu qeyd olunub.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “NİL-ELEKTRO” Məhdud Məsuliyyətli Cəmiyyətinin 11.04.2008-ci il tarixdə Füzuli Rayon Vergilər Şöbəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının FÜZULİ RAYONU, FİN ŞƏHƏRCİYİ,qanuni təmsilçisinin İsayev Mübariz Rəhman oğlu olduğu qeyd olunub.

Reyestr məlumatlarından da göründüyü kimi bu MMC-lərin ikisi bir ailənin üzvlərinə,Füzuli rayonu Bala Bəhmənli kənd sakinləri olan ata-balaya məxsusdur.Suların İstifadəsinə -Mühafizəsinə Nəzarət İdarəsinin elan etdiyi kotirovka sorğularında alınacaq dəftərxana və təsərrüfat mallarını,görüləcək təmir işləri başa düşüləndi.Başa düşülməyən bir kənddə qeydiyyata alınmış MMC-lərin elmi texniki işlərin görülməsini və kimyəvi reaktivlərin alınmasını necə həyata keçirəcəyidir.

Bağlanmış müqavilələrdən də göründüyü kimi Meliorasiya-İrriqasiya Obyektlərinin Qeydiyyatı və Suların İstifadəsinə -Mühafizəsinə Nəzarət İdarəsi tərəfindən keçirilmiş kotirovka sorğularında satınalmalar haqqında qanunun tələbləri pozulub.Tender Komissiyasinin satınalmalar zamanı ən birinci nəzərə almalı olduğu şərt, iddiaçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında bank arayışı, son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı,son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti,anoloji işlərdə təcrübəsi, iddiaçının potensialı, texniki və kadr imkanları haqqında rəsmi məlumatlar olmalıdır.Lakin 1 il əvvəl yaradılmış 4 manat nizamnamə kapitalı olan,başqa heç bir tender prosedurunun iştirakçısı olmayan bu MMC -lərin nə kimi maddi texniki bazası,kadr potensialı,analoji işlərdə təcrübəsi ola bilər?

Tender və kotirovka prosedurlarının keçirilməsi zamanı daim bir şəxsə və ya şirkətə üstünlük verilməsi satın alınan malların ehtimal olunan qiymətinin düzgün müəyyən edilməməsinə və bir sıra qanun pozuntularına yol açmasına da şərait yaradır. Digər tərəfdən də qısa bir zamanda dövlət qeydiyyatına alınmış MMC-lərin ixtisas göstəricilərinin müəyyən edilməsi və analoji işlərdə təcrübəsinin olub,olmaması,maddi texniki bazasının,maliyyə,bank təminatlarının alınması kimi qanunun tələblərinə riayət edilməməsinə gətirib çıxarır.

Qeyd edək ki,bu MMC-lər barəsində açıq mənbələrdə adlarından başqa hər hansı bir məlumat yoxdur.Qanuni təmsilçiləri ata-bala olan, Füzuli rayonunun kənd sakinləri olan bu MMC-lərin bir nəfər tərəfindən idarə olunduğunu deməyə əsas verir. Kənd sakinlərinin adına yaradılmış MMC-ləri kimlər idarə edir güman ki,Mahir Qasımov Baş direktor kimi müqavilə bağlayarkən bilməmiş deyil. Meliorasiya-İrriqasiya Obyektlərinin Qeydiyyatı və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsinin direktoru Mahir Qasımov kotirovka sorğularının keçirilməsi zamanı yol verdiyi bu və buna bənzər nöqsanları da yuxarıda qeyd etmişik. Barələrində heç bir məlumat olmayan,cəmi 4,10 manat nizamnamə kapitalı olan MMC-lərlə ümumi dəyəri 106 390 manat məbləğində satınalma müqaviləsinin bağlanılmasında“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənin də rolu ola bilər.Axı Əhməd müəllimin əli hər yerə çatır.Elə çox güman ki,Səhmdar Cəmiyyətdə oliqarx kadrlarının sayını da bu yollarla artırır.
Aktualinfo.org

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az