• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
10-12-2020, 13:43

Hacı Ramazan Mirzəyev yenə iş başında - İTTİHAM

Hacı Ramazan Mirzəyev yenə iş başında - İTTİHAM

Hacı Ramazan Mirzəyev yenə iş başında
Dövlət satınalmalarında şübhəli məqamlarla bağlı ciddi narahatlıq yaradan səbəblər var.
İcra hakimiyyətləri başda olmaqla ayrı-ayrı dövlət qurumlarının keçirdiyi tenderlərdə eyni şirkətlərin davamlı olaraq qalib gəlməsi bu sahədə şəffaflıq məsələsini aktuallaşdırır.
Məsələn, bu gün, yəni dekabrın 9–da keçirilən Sabunçu rayon ərazisində asfalt örtüyünün təmir işlərinin satınalınmasında qalib olan “VEST-LTD” QSC ardıcıl olaraq eyni sahədə fəaliyyət göstərən qurumların tenderlərini qazanır. Bu gün keçirilən tenderə əsasən, şirkətə 292 min 914 manat 52 qəpik ödəniləcək.
Qaynarinfo-nun apardığı araşdırma zamanı “VEST-LTD” QSC-nin son bir ildə 22 tender qazandığı məlum olub. Bu satınalmaları həyata keçirən qurumlar əsasən icra hakimiyyətləri və Mədəniyyət Nazirliyinin qurumları olub. Şirkət ötən il Təhsil Nazirliyindən, cari ildə isə Maliyyə Nazirliyinin Xəzinədarlıq Agentliyi və Dövlət Turizm Agentliyindən 1 tender udub. Əsasən, təmir-tikinti, abadlıq işləri və inventarların satınalınması üzrə keçilən 23 tenderdən şirkətə 12 milyon 51 min 299 manat 89 qəpik ödənilib.
“VEST-LTD” QSC son bir ildə 22 tender qazanıb
2010-ci ildə dövlət qeydiyyatına alınmış və nizamnamə kapitalı 2050 manat olan “Vest -LTD” Məhdud Məsuliyyətli Cəmiyyətin qanuni təmsilçisi Şahin Verdəliyevdir.
“Vest LTD” QSC təkcə tenderlərdə deyil, katirovka sorğularında da fəaldır. Şirkət bu il 1№-li Bakı Tibb Kollecinin elan etdiyi katirovka sorğusunun da qalibi olub. 22.09.2020-ci il tarixdə tərəflər arasında 3 lot üzrə müqavilə bağlanıb: 1) Cari təmirlə bağlı 44608 manat. 2) Əsaslı təmirlə bağlı 48729 manat. 3) Abadlaşdırma ilə bağlı 9766 manat.

Maraqlıdır ki, tenderləri “qazanmaq”da peşəkar olan şirkətin nə saytı, nə də sosial şəbəkələrdə səhifəsi var.
Mediada yer alan iddialara görə, “VEST LTD” QSC faktiki olaraq Bakı Şəhər İcra Hakimiyyətində “tender kralı” kimi tanınan Hacı Ramazan Mirzəyevə məxsusdur.
Ramazan Mirzəyevlə bağlı mediada dərc olunan məlumatların araşdırılmasından da məlum oldu ki, “iş adamı” Maliyyə Nazirliyinin Xəzinədarlıq Agentliyindən tutmuş İcra Hakimiyyətləri və Mədəniyyət Nazirliyininin satınalmalarında daim “qalib” gəlir. Hazcı Ramazanla bağlı yayılan informasiyalardan biri də onun tenderləri qazanan şirkətləri tez-tez bir-biri ilə əvəz etməsidir. Məsələn, 2018-2019-cu illərdə Bakı Şəhər İcra Hakimiyyəti ilə tender müqaviləsi bağlayan “Yukon-K”, “Astok-5”, “Foodr 21”, “Vinsfud”, “Vertus 2018”, “Local LLC”, “Green SS”, “Ardo-2017”, “Təchizat Servis-18”, “Hermes-R Group”, “Staples Holding”,”Aztex-NN Servis”, “Gibernes MM”, “Katlos 2020”, “Local LLC”, “Forvard-SS”, “Olimpic HH”, “Kross Good”, “Faraon 200”, “Rudel Marketing” MMC- kimi şirkətlərin Ramazan Mirzəyevə yaxın olduğu iddia olunur.
Mediada tender mafiyasının lideri kimi təqdim olunan Ramazan Mirzəyev və onun daxil olduğu şəbəkənin ən məşhur şirkətlərindən biri də “İnpeks.N” MMC-dir. “İnpeks.N” şirkəti 28.03.2019 – 24.10.2019 dövründə (179 gündə) malların (işlərin və xidmətlərin) satınalınması üzrə 234 müsabiqənin qalibi olub. Şirkət bağladığı müqavilələr üzrə 73 milyon 320 milyon manat gəlir əldə edib.
“İnpeks.N” şirkəti 2019-cu ildə ən böyük müqaviləni Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC ilə bağlayıb. Bakı şəhər ərzazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin satınalıınmasını nəzərdə tutan həmin müqavilənin məbləği 16 milyon 19 min manatdır. Həmçinin, “İnpeks.N” Bakı şəhəri ərazisində tikinti və təmir işlərinin aparılmasının satınalınması üzrə 2 milyon 575 min manatlıq müqavilə imzalayıb.
Ötən ilin oktyabr ayında Bakı Şəhər İcra Hakimiyətinin tabeliyində olan Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq evləri İdarəsi “İnpeks.N” şirkətilə 15 milyon 713 milyon manat məbləğində 10 müqavilə bağlayıb.
“İnpeks.N” şirkəti Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin (Rayon Mənzil-Kommunal Təsərrüfatı Birlikləri üçün) və Mədəniyyət Nazirliyinin elan etditi tenderlərin də qalibi olub.
Maraqlıdır ki, son aylar “İnpeks.N” MMC tenderləri qazanan şirkətlərin siyahısından çıxıb.
Qaynarinfo-nun satınalmalar üzrə apardığı araşdırmalar nəticəsində məlum oldu ki, məşhur “İnpeks.N” MMC-ni indi “Tikinti-Təmir-Təchizat-Bərpa” QSC və “VEST-LTD” QSC şirkətləri əvəzləməkdədir.

Hər iki şirkətin satınalmalarda iştiark etməsi tarixi təxminən eynidir və bu tarix “İnpeks.N”-in kölgəyə çəkilməsi zamanına uyğundur. Belə ki, “VEST-LTD” QSC ilk tenderini ötən ilin sentyabrın 25-də, “Tikinti-Təmir-Təchizat-Bərpa” QSC isə oktyabrın 4-də qazanıb.
Bu iki şirkəti həm nizamnamə kapitalının eyni olması (2050 manat) və təşkilati-hüquqi forması (Qapalı Səhmdar Cəmiyyətidir) da deyilənlərin əsaslı olduğunu sübut edir.
Qeyd edək ki, “Tikinti-Təmir-Təchizat-Bərpa” QSC dekabrın 7-də keçirilən dövlət satınalmalarında 2 qurumdan 5 tender udub. Bu şirkət son 14 ayda 39 tender qazanıb ki, bu satınalmaları da Bakı şəhərindəki İcra Hakimiyyətləri və Mədəniyyət Nazirliyinin müvafiq qurumları keçirib.
Şirkət 2015-ci ilin mart ayının 18-də dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı General Səmədbəy Mehmandarov, ev 98, mənzil 47, qanuni təmsilçisi isə Əbilov Elçin İslam oğlu göstərilib.
Göründüyü kimi, sözugedən dəstəyə yaxın olan şirkətlər nazirlərin, Bakı merinin kim olmasından asılı olmayaraq, tenderləri qazanmaqda davam edir. Bunun üçün ancaq şirkətlərin adını dəyişmək kifayət edir…
www.yenicag.az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az