• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
10-12-2020, 09:42

Deputatın adı qalmaqalda... - İTTİHAM

Deputatın adı qalmaqalda... - İTTİHAM

Milli Məclisin Səhiyyə Komissiyasının sədri, akademik Əhliman Əmiraslanovun adı nəinki Azərbaycanda, ölkəmizin hüdudlarından min kilometrlər uzaqlarda hörmətlə çəkilir. Dünyanın az sayda məşhur onkoloq-cərrahlarından olan Əhliman Əmiraslanov minlərlə onkoloji xəstələrə şəfa verib.
Amma təəssüflər olsun ki, Əhliman Əmiraslanovun adı həm də yaxın qohumlarının nalayiq hərəkətləri ilə də tez-tez mətbuat səhifələrində çəkilir.
Onun adına xələl gətirənlərdən biri də qardaşı- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdindəki Bakı Humanitar Kollecinin direktoru Vaqif Əmiraslanovdur.
İki il əvvəl Nazirlər Kabinetinin orta ixtisas təhsili müəssisələri şəbəkəsinin optimallaşdırılması məqsədilə verdiyi qərara əsasən, bu müəssisələrdə təkrarlanmanın aradan qaldırılması, idarəetmənin, maliyyələşdirmənin, kadr hazırlığının səmərəsinin və keyfiyyətinin yüksəldilməsi məqsədi ilə bir neçə kollec bir-birinə, o cümlədən, Bakı Sosial Pedaqoji Kolleci Bakı Humanitar Kollecinə birləşdirildi. Bu proses bəzi assosiasiyalarla, eləcə də ixtisar olunan kadrların etirazı ilə müşayiət olundu. Amma nə dəyişsə də, əvvəllər Bakı Sosial Pedaqoji Kollecinə, sonradan isə birləşmiş müəssisəyə — Bakı Humanitar Kollecinə rəhbərlik edən Vaqif Əmiraslanovun korrupsiyaya əsaslanan iş metodu dəyişmədi ki, dəyişmədi.
Bu günlərdə Vaqif Əmiraslanov ənənsinə sadiq qalaraq yeni bir qalmaqala imza atıb. Kolleclər birləşəndən sonra V.Əmiraslanov 40-dək şəxsdən onları rəhbərlik etdiyi kollecdə müəllim və şöbə müdiri vəzifəsinə təyin edəcəyinə söz verərək 5000-20000 məbləşlərində pul alıb. Həmin şəxslərə guya onları əvvəlcə laborant kimi işə götürərək sonradan müəllim və ya digər vəzifələrə təyin edəcəyinə söz verib. Bir müddət sonra bu şəxslərin bəzilə həqiqətən müəllim və ya şöbə müdiri vəzifələrini icra etməyə başlayıblar. Lakin sonrada adi bir təsadüf əsl həqiqəti üzə çıxarıb. Belə ki, işçilərdən biri hansısa mağazadan kreditə nəsə almaq istəyəndə vəzifəsinin müəllim deyil xadimə olduğunun aşkara çıxarıb. Bundan xəbər tutan digərləri də yoxlamaq apararaq onların da kollecdə rəsmi olaraq xadimə və ya texniki işçi vəzifəsində işlədiklərini öyrəniblər.
Qeyd edək ki, kolleclərin direktorlarının işə yalnız xadimə və ya texniki işçi götürməyə səlahiyyətləri var. Müəllimlər və ya digər vəzifələrdə işləmək istəyənlər yalnız dövlər səviyyəsində keçirilən imtahanlarla seçilirlər.
Bu xəbər Mədəniyyət və İnsəcənət Universitetinin rektoru Ceyran Mahmudovaya da çatıb. O da öz növbəsində V.Əmiraslanova bu problemi dekabr ayına qədər yoluna qoymağı tapşırıb. Artıq V.Əmiraslanovun bəzi şəxslərin pullarını qaytardığı, onların bəzilərinin işdən çıxarıldığı deyilir.
Əldə etdiyimiz məlumata görə, V.Əmiraslanovun əslində bu çirkli pulları oğlunun killi-miqdarda olan borcunu qaytarmaq üçün alır.
Belə ki, bu ilin avqust ayında onun oğlu bağlı Baş Prokurorluqdan məlumat yayıldı. Bilıdirilirdi ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Emil Əmiraslanov barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq törətmək), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə cinayət işi istintaq olunur. KİV-lərin yazdığına görə Emil Əmiraslanovun barəsində bir müddət əvvəl vətəndaş Tamella Fərzəliyeva tərəfindən də şikayət olunub. Şikayətçi bildirib ki, 115 250 manat civarında qızıl-zinət əşyaları götürüb və qaytarmayıb. İddiayaya görə, Emil Əmiraslanov həmin vəsaitin 30 000 manatlıq hissəsinin qarşılığında vasitəçilik xidməti təklif edərək iş görəcəyini vəd edib. Qalan böyük hissəsini isə borc kimi alaraq hər ay hissə-hissə, hər dəfə 10 000 manat qaytaracağını söz verib.
Məsələyə aydınələ də lıq gətirilməsi üçün sözü gedən kolleclə əlaqə saxladıq. Özünü direktor müavini kimi Namiq adlı şəxs N.Əmiraslanovun bu barədə yaxın günlərdə müfəssəl məlumat verəcəyini desə də, on gün kecməsinə baxmayaraq, hələ də susmağa davam edirlər.
Yuxarıda qeyd etdiyimiz kimi, Bakı Humanitar Kolleci Mədəniyyət və İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərir. Universitetin rektoru, tanınmış musiqişüna, sənətşünaslıq doktoru, professor Ceyran xanım Mahmudova isə məsələdən xəbərsiz olduğunu, ümumiyyətlə adının bu işdə hallanmasını istəmədiyini dedi. V.Əmiraslanovun aldatdığı şəxslərə isə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etməyi məsləhət bildi.
Hörmətli Ceyran xanımın nəzərinə çatdırmağı özümüzə borc bilirik ki, V.Əmiraslanov bir başa onun işçisidir. Bu barədə də onda lazımi informasiyanın olmasından da xəbərimiz var.
Qarşı tərəfi də dinləməyə hazırıq. //aktualxeber.az//

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az