
Prezident İlham Əliyev az əvvəl özünün Twitter səhifəsində ordumuzun Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarının daha 8 kəndinin işğaldan azad edildiyini açıqlayıb.
"Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşa Bulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!",-İlham Əliyevin tvit-ində belə deyilir.(virtualaz.org)
Nyus.Az

























