• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
1-09-2020, 11:14

“Belə məmurlarla bir ölkədə yaşamaq mümkün deyil!” – Qarabağ əlili vətəndaşlıqdan imtina etmək qərarına gəlib - VIDEO

“Belə məmurlarla bir ölkədə yaşamaq mümkün deyil!” – Qarabağ əlili vətəndaşlıqdan imtina etmək qərarına gəlib - VIDEO

Bakı şəhəri Binə qəsəbəsi Hövsan Südçülük Soxozunda yaşayan II qrup Qarabağ müharibəsi əlili, 57 yaşlı Qurbanov Nəsrəddin Lətif oğlu Azərbaycan Respublikasının Prezidentinə və vise-Prezidentinə ünvanladığı “Vətəndaşlıqdan imtina barədə” ərizəsinin bir surətini də redaksiyamıza göndərmişdir. Vətəndaş (hələ ki) N.Qurbanov ərizəsində onu vətəndaşlıqdan imtina həddinə çatdıran problemi də göstərərək, məsələnin KİV-də ictimailəşdirilməsini xahiş etmişdir.

Ərizədə ehtiva olunan məsələ bundan ibarətdir ki, dövlət başçısının cəmiyyətin həssas kateqoriyasına aid üzvlərinə qayğılı münasibətinin ifadəsi olaraq, Qarabağ müharibəsi əlili kimi N.Qurbanova bağışladığı avtomobil 15.12.2018-ci il tarixdə məhkəmə qərarı olmadan Bərdə polisi tərəfindən onun əlindən alınaraq cərimə meydançasına aparılmış və hal-hazıradək qeyri-qanuni surətdə orada saxlanılmaqdadır. Maşının saxlanılma şəraitindən də bixəbər olan N.Qurbanov təxmin edir ki, avtomobil çox güman ki çürüməkdədir. Şikayətçi bu qənaətdədir ki, polisə onun əmlakına əl qoymaq tapşırığı rayon prokurorundan gəlib və canla-başla yerinə yetirilir. Həmçinin avtomobilinin texniki şəhadətnaməsinin də əlindən alındığını qeyd edən Qarabağ əlili ona maddi ziyan vuran, mənəvi zərər yetirən məmurlar sırasında polisin təhqiqatçısını da göstərir: “Təhqiqatçı mənə deyir ki, səndən ötrü mənə heç kəs söz deməz. Ölkə qanunları, Prezidentin fərmanları, Nazirlər Kabinetinin qərarları kağız üzərindədir. Dəfələrlə aidiyyati yuxarı instansiyalara şikayət etməyimə baxmayaraaq, heç bir qanuni tələbimin yerinə yetirilməməsi sübut edir ki, məmurların özbaşınalıqları son həddə qədər artıbdır. Belə məmurlarla bir ölkədə yaşamaq mümkün deyildir”.

N.Qurbanovun ərizəyə əlavə etdiyi ƏƏSMN-nin 3 saylı Zona Tibbi Sosial Ekspert komissiyasının arayışında təsdiqlənir ki, o, həqiqətən ömürlük əlildir və əməyə qadir deyildir. Səhhəti yerində olmayan belə bir adamı minik nəqliyyat vasitəsindən məhrum etmək, hazırki pandemiya şəraitində piyada qoymaq onu ölüm təhlükəsi ilə üz-üzə qoymaq deməkdir.

Qeyd edək ki, Bərdə rayon Prokuroru Asəf Sarıkişiyev bu ilin yanar ayında hazırki vəzifəsinə təyin olunan qədər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin rəis müavini vəzifəsində çalışıb. Yəni, Asəf Sarıkişiyev KQMBİ-nin sabiq rəisi, baş prokuror vəzifəsinə irəli çəkilmiş cənab Kamran Əliyevi yaxşı tanıyır və prokurorluq sistemində apadığı islahatlardan xəbərdardır. Rayon prokuroru 2 il əvvəl ibtidai araşdırılması aparılmış işə prosessual rəhbərliyin necə həyata keçirildiyini yenidən nəzərdən keçirə bilər. Bəlkə bununla ölkəmizin ərazi bütövlüyü uğrunda vuruşub sağlamlığını itirmiş veteranın iztirablarını yüngülləşdirə, eyni zamanda onu ölkəmizin imicinə xələl gətirə biləcək əməldən daşındıra bilər.

Nyus.Az





Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az