• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-10-2026 Pulumuz dərmana gedir – QORXUNC statistika
  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da
  • 17-10-2026 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı PAYLAŞIM - VİDEO
  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər
  • 17-10-2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026 Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - VIDEO
  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın

XƏBƏRLƏR

    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
5-03-2018, 09:37

Fövqəlbiznesmen Kəmaləddin Heydərovun şirkətləri

Fövqəlbiznesmen Kəmaləddin Heydərovun şirkətləri

Azərbaycanda yaşayan iş adamlarından heç biri nüfuzlu «Forbes» dərgisinin tərtib etdiyi dünyanın ən varlıları siyahısına indiyədək bir dəfə də olsun düşməyib. Hərçənd biznesi ölkə hüdudlarını aşan və daim genişlənən, təyyarəsi, bankı, çoxsaylı şirkətləri və saysız-hesabsız mülkləri olan azərbaycanlıların olması heç kəsə sirr deyil. Onlardan biri də 56 yaşlı fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur.
2010-cu ildə “WikiLeaks” ABŞ diplomatlarının yazışmalarını ictimaiyyətə sızdıranda məlum oldu ki, bu ölkənin səfirliyinin yetkililər Kəmaləddin Heydərovu sərvətinə görə ikinci sıraya çıxarıb. ABŞ diplomatları Vaşinqtona göndərdikləri gizli məlumatlarda K.Heydərovun böyük sərvət toplamasını onun sahib olduğu biznes ideyaları sayəsində deyil, ölkədə korrupsiya ocaqlarından biri kimi tanınan Dövlət Gömrük Komitəsinə 11 il rəhbərlik etməsi və hələ də ona nəzarəti əldən buraxmaması ilə bağlayırdılar.
Kəmaləddin Heydərovun biznesə gəlişi hələ sovet dövrünə təsadüf edir. Heydərovun biznesə bağlaması üçün tələb olunan ilkin kapitalı necə əldə etməsi isə hələ də tapmaca olaraq qalır. “Gilan” şirkətinin rəsmi saytında onun 1987-ci ildə yaradıldığı göstərilir. Hazırda «Gilan» ölkənin ən iri şirkətlər qrupuna çevrilib. Holdinq fəaliyyət sahələrinin rəngarəngliyinə, dövriyyəsinə, aktivlərinin ehtimal olunan həcminə görə yalnız «Paşa Holding» Şirkətlər Qrupu ilə müqayisəyə gələ bilər.
2016-cı ildə holdinqin daxilindəki şirkətlər konqlomeratı sənaye, xalq istehlak malları satışı və pərakəndə ticarət, turizm və otelçilik, nəqliyyat və logistika, tikinti və daşınmaz əmlak idarəçiliyi, inşaat materialları istehsalı, ərzaq və kənd təsərrüfatı məhsulları istehsalı sahələri üzrə qruplaşdırılıb. Holdinq daxilində yeni şirkətlərin yaradılması dayanmayıb. Yerli medianın yazdığına görə, hər ay «Gilan Holding» MMC-yə daxil olan neçə-neçə şirkət qurulur.
Banka sahib olmasına baxmayaraq, holdinq dövlətin ona səxavətlə təqdim etdiyi ucuz maliyyə resurslarından da istifadə edir. Bakıdakı çörək zavodu, Hacıqabuldakı keramika zavodu, Sumqayıtdakı tekstil fabrikləri, Qəbələ rayonundakı aqrokompleks və başqa çoxsaylı zavod və fabriklər dövlətin on milyonlarla manat məbləğində uzunmüddətli krediti hesabına qurulub.
Holdinqin çox az sayda şirkəti kapitalı və sərmayələri haqda məlumat verir. Onlardan bir neçəsinin sərmayə qoyuluşu haqda məlumat var:
Gilan dəri zavodu – 15 milyon ABŞ dolları
Gilan keramika zavodu – 40,2 milyon manat
Gilan Tekstil Parkı – 46 milyon manat
Qəbələ Heyvandarlıq-Südçülük Kompleksi – 12,9 milyon manat
Aqro Kompleks Qəbələ – 25 milyon manat
Lənkəranda Gilan Sitrus təsərrüfatı – 10 milyon manat
Abşeron rayonunda Caspian Fish Co balıq emalı zavodu – 56 milyon ABŞ dolları
Bakı iplik fabriki – 14 milyon manat
Bakıdakı “Beynəlxalq Ticarət Mərkəzi” otel-biznes mərkəzi kompleksi – 11,5 milyon manat
Bakıda №1 Çörək Zavodu – 48,7 milyon manat
Riqada “Hotel de Roma” mehmanxanası – 13,2 milyon avro
“Benkons Bosna” (Bosanka) meyvə şirələri zavodu – 25 milyon avro
Kızıl (Tuva, RF) şəhərində yeddimərtəbəli 108 nömrəlik mehmanxana – 50 milyon dollar
“Mingəçevir Tekstil” MMC – 144 milyon manat
Kızıl (Tuva, RF) şəhərində beton zavodu – 2 milyon dollar
Bakıda 2008-ci ildə tikintisinə başlanan Crescent Bay Development daşınmaz əmlak layihəsinin (mehmanxana, iş və ticarət mərkəzləri) sərmayə dəyəri 1,5 milyard dollar həcmində qiymətləndirilir.
Müəllif yerli və beynəlxalq mənbələrdən əldə olunmuş məlumatlar əsasında nazir Kəmaləddin Heydərova, onun ailə üzvlərinə, qurduğu şirkətlərə aid olan şirkətlərin siyahısını tərtib edib. 350-dən çox şirkətin daxil olduğu bu siyahının həqiqəti əks etdirib-etdirməməsinə münasibət bildirilməsi üçün «Gilan Holding» MMC-yə göndərilsə də, xeyli vaxt ötməsinə baxmayaraq, ona cavab verilməyib.(meydan.tv)
Aşağıda həmin şirkətlər haqda məlumatları təqdim edirik:



Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az