• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
30-06-2020, 13:40

DAHA BİR ŞİRVANLI MƏMUR HƏBSİN ASTANASINDA – Xanəli Əzizov süpürgəçi qadına əxlaqsız təklif edib, polisi döyməsi ilə öyünüb

DAHA BİR ŞİRVANLI MƏMUR HƏBSİN ASTANASINDA – Xanəli Əzizov süpürgəçi qadına əxlaqsız təklif edib, polisi döyməsi ilə öyünüb

İyunun 24-də xəbər yayıldı ki, Şirvan Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı idarəsinin müdiri Eyyub Gülməmmədov Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində xidməti vəzifəsinin icrası ilə əlaqədar idarənin balansında olan Şirvan şəhəri Nizami küçəsində yerləşən yataqxananın 35 kvadratmetr sahəsi olan iki otaqdan ibarət hissəsini vətəndaşın adına sənədləşdirilməsi müqabilində sonuncudan 3000 manat məbləğində pulu iyunun 22-də özünə məxsus avtomobildə rüşvət kimi alarkən cinayət başında yaxalanıb. Faktla bağlı Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

Eyyub Gülməmmədov tərəfindən bu cinayət əməlinin törədilməsinə şübhələr üçün əsaslar müəyyənləşdirildiyindən o, Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunmaqla barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə dörd ay müddətə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə həmin qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Elə həmin gün Şirvan şəhərində başqa bir məmurun barəsində cəmiyyətdə daha böyük rezonans doğuran xəbər yayılıb. “Facebook” sosial şəbəkəsində “Bizim Şirvan” səhifəsi Şirvan şəhər Komunal Kombinat müəssisəsinin müdiri Xanəli Əzizovun süpürgəçi işləyən qadına əxlaqsız təklif etdiyini ortaya qoyan səs yazısını paylaşıb. Səhifədə həmçinin bir qrup Şirvan sakininin ölkə Prezidentinə və vitse-prezidentə müaciəti yayılıb:

“Möhtərəm cənab Prezident, hörmətli Mehriban xanım, biz Şirvanlılar 2 gündür vicdan, namus, qeyrət əzabı çəkirik. Şirvan şəhər Komunal Kombinat Müəssisəsinin müdiri Kərbəlayi Xanəli Əzizovun balalarına bir tikə çörək aparmaq üçün süpürgəçi işləyən Azərbaycan qadınına əxlaqsız hərəkətlər təklif etməsi, hətta məcburi şəkildə zorlayacağını aydın şəkildə əks etdirən səs yazısı sosial şəbəkədə yayıldıqdan sonra çox hiddətlənmişik. Güman elədik ki, Xanəli Əzizovu Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov vəzifəsindən azad edib hüquq - mühafizə orqanlarına tədbir görmək üçün göstəriş verəcək. Əksinə, İlqar Abbasov Xanəli Əzizova arxa çıxdı, “gözün üstə qaşın var” demədi. Çünki ortada 10 min manat pul var. Biz gözlədik ki, polisin, baş prokurorluğun ünvanına təhqiramiz söyüşlər işlətdiyi üçün daxili işlər naziri cənab Vilayət Eyvazov, baş prokuror cənab Kamran Əliyev Xanəli Əzizovun fəaliyyətinə, qeyri - insani hərəkətlərinə hüquqi qiymət vermək üçün qətiyyətli mövqe ortaya qoyacaqlar. Ancaq Xanəli Əzizov rahat bu gün işinin başındadır. Biz narahatıq ki, Xanəli Əzizovu Şirvanın dəliqanlı gəncləri yığışıb cəzalandıra bilərlər. Çünki sosial şəbəkələrdə insanlar səs yazısını dinləyib nifrət, kin dolu rəylər yazırlar. Hər an vətəndaş qarşıdurması ola bilər. Xahiş edirik, hüquq - mühafizə orqanlarımız bunu dərk etsinlər.

Cənab Prezident, hörmətli Mehriban xanım. Biz Şirvanlılar Ulu Öndərimiz Heydər Əliyevə daim sadiq olmuşuq. Bu gün də Sizlərin ətrafındayıq. Sizin fəaliyyətinizi bəyənib dəstəkləyirik. Bir sözlə, biz Şirvan sakinlərinin son ümidi sizlərsiniz. Xanəli Əzizovun dərhal həbs edilərək əxlaqsız hərəkətlərinə hüquqi qiymət verilməsini biz Şirvanlılar sizdən xahiş edirik. Biz dövlətimizin xalqın yanında olmasına əminik. İmkan verməyin Xanəli Əzizov cəzasız qalıb əhalinin dövlətə olan inamı itsin”.

Qeyd edək ki, “Bizim Şirvan” səhifəsini izləyən sosial şəbəkə istifadəçiləri (əsasən Şirvan sakinləri) Xanəli Əzizovun daha bir neçə qadına əxlaqsız təkliflər etdiyi barədə məlumalı olduqlarını yazıblar və həmin məmurun dərhal həbs olunmasının vacibliyini bildiriblər.

Xanəli Əzizovun süpürgəçi qadına əxlaqsız təklif etməsi ilə bağlı səs yazısında belə bir məqam var: X.Əzizov qadına deyir ki, guya Kür çayı üzərindəki körpüdə polis işçisini əzişdirib, sonra şəhər polis şöbəsinə gedib və heç bir məsuliyyətə cəlb olunmayıb. Bu məqam da şəbəkə isifadəçilərini təəccübləndirib: “Bu gün Şirvanda küçədə addımının birini səhv at, rəis Hikmət Quliyevin göstərişi ilə 15 sutkalığa gedirsən. Bəlkə, Xanışı (Xanəli Əzizov – red.) kombinat müəssisəsinə müdir təyin etməsi üçün İlqar Abbasova verdiyi 10 min manat rüşvət qoruyur? Daxili işlər nazirimiz cənab Vilayət Eyvazovdan və Baş Prokurorumuz cənab Kamran Əliyevdən xahiş edirik ki, polis müstəntiqini döyüb, qoçuluq edən və bunu fəxrlə hər yerdə deyən, xəstə, ehtiyac içində yaşayan xanım əməkdaşına utanmadan seksual təkliflər edən və əks təqdirdə zorlayacağının anonsunu verən Xanəli Əzizov barəsinə ölçü götürülsün. Bu səs yazısı bütün Şirvan camaatında var. Əhali qəzəblənib. Bunun axırı heç yaxşı görünmür. Şəhərimizə sakitliyi, əmin-amanlığı təmin etmək üçün mütləq Xanış kimilər qanunla CƏZALANMALIDIR!”

Xatırladaq ki, Xanəli Əzizovun sələfi, Şirvan Kommunal Kombinatı Müəssisəsinin sabiq rəhbəri Vəliyev Aqil Rəhimdil oğlu da korrupsiya cinayətlərində təqsirləndirilib. O, keçən ilin dekabr ayında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılmış, barəsində cinayət işi başlanılaraq məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi. Görünür, Xanəli Əzizovu da sələfinin aqibəti gözləyir. Amma elə olsa, Allahına şükür etməlidir.

Məlum səs yazısını təqdim edirik:

Nyus.Az



Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az