• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
22-06-2020, 20:08

“MEYVƏLI BAZARI” MMC NAZIRLƏR KABNETİNİN QƏRARINI SAYMIR - FOTO- VİDEO

“MEYVƏLI BAZARI” MMC NAZIRLƏR KABNETİNİN QƏRARINI SAYMIR - FOTO- VİDEO


Qaradağ rayonunun Lökbatan qəsəbəsinin yaxınlığında, daha dəqiq desək Sədərək Ticarət Mərkəzinə yaxın ərazidə fəaliyyət göstərən “Meyvəli bazarı”, bu gün meyvə və tərəvəz məhsullarının topdan və pərakəndə satışının həyata keçirildiyi bir ünvandır. Bu bazar beynəlxalq avtomobil və dəmir yolu magistralının kəsişdiyi bir ərazidə yerləşir, həmçinin regionda ən böyük meyvə və tərəvəz bazası da hesab olunur. “Meyvəli Bazarı” MMC-nin 16 may 2008-ci ildə bir qrup iş adamı tərəfindən təsis olunduğu bildirlir və bu bazarın yaradılmasında əsas məqsəd, yerli fermerlərin kənd təsərrüfatı məhsullarını rahat şəkildə yerli bazara çıxara bilmələrinə lazımi şəraiti yaratmaqdır. Bazar Bakı şəhərinin giriş hissəsində yerləşdiyindən, ölkəmizin hər bir regionundan gətirilən kənd təsərrüfatı məhsulları bu bazara çıxarılır və rahat şəkildə satışı da həyata keçirilir. Təqribən ümumi sahəsinin 35 ha olduğu bildirilən “Meyvəli Bazarı” MMC 2008-ci ildə təsis olunsa da, əslində bu bazar 2009-ci ildən fəaliyyət göstərməyə başlayıb. Belə bir səbəblər üzündən də, 2009-cu ildən fəaliyyət göstərən bu bazara yerli fermerlər daha çox üz tuturlar. Yəni, sutka ərzində bu bazarda digər alış-veriş məkanlarına nisbətən daha çox əhali sıxlığına rast gəlmək mümkün olur. Bütün bunlar yaxşı hal olsa da, hal-hazırda “Meyvəli Bazarı” MMC-də yaşanan digər halların varlığı isə, sanki hər kəsi dəhşətə gətirməkdədir.

Hər kəsə bəllidir ki, bu ilin mart ayından başlayaraq ölkəmizin bütün ərazisində koronovirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə, hər cür qabaqlayıcı tədbirlərin görülməsinə başlanıldı. Aprel ayının 5-də isə, xüsusi karantin rejiminin tətbiq olunması haqda Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərərgahın qərarı elan olundu. Belə bir səbəb üzündən də, ölkəmizin ərazisindəki ümumi vəziyyətin göstəriciləri gündəlik təhlil olundu və Bakıda, Gəncədə, Abşeronda, Sumqayıtda və Lənkəranda ictimai-iaşə obyektlərinin fəaliyyət göstərmələrinə 31 may 2020-ci il tarixə qədər bir daha məhdudiyyətlər tətbiq olundu. Ötən müddət ərzində karantin rejiminin tələblərinə hər bir şəxsin əməl etməsinin vacibliyini cənab Prezident İlham Əliyev dəfələrlə vurğuladı, hər kəsə tapşırıq və tövsiyyələrini çatdırdı, hətta Nazirlər Kabinetinin və digər dövlət

qurumlarının sözçüləri, ictimai-siyasi xadimlər, nüfuz sahibi olan şəxslər, tanınmış sənət adamları və s. bu yöndə təbliğatlarını apardılar. Bundan əlavə, cənab Vilayət Eyvazovun birbaşa nəzarəti altında daxili işlər orqanı əməkdaşlarının bu yöndə səfərbər olunmaları, onların hər kəsin xüsusi karantin rejiminin tələblərinə əməl etməsi yöndə lazımi addımlarını atmaları daha çox diqqəti cəlb edən məsələlərdən oldu. Onu da unutmaq olmaz ki, koronovirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə, ötən müddət ərzində büdcədən bu məqsədlə milyardlarla vəsaitlər xərcləndi.

Məsələnin təəccüb və təəssüf doğuran tərəfi odur ki, xüsusi karantin rejiminin qüvvədə olduğu bir vaxtda “Meyvəli Bazarı” MMC-nin fəaliyyət göstərdiyi ərazidə, bu gün üç ədəd yeməkxana gecə-gündüz fəaliyyət göstərməkdə davam edir. Yəni, yeməkxanalarda həyat adi qaydada davam edir. Bir kimsə maska taxmadan, qoruyucu vasitələrdən istifadə etmədən ictimai-iaşə obyektlərinə daxil olub həm yemək yeyə bilir, həm də çay, pivə, spirtli içki və s. içə bilir. Düşündürücü halın varlığı isə, hər kəsin xüsusi karantin rejiminin tələblərinə əməl etməsi üçün birbaşa məsuliyyət daşıyan polis əməkdaşlarının seyrçi mövqedə dayanmaları olur. Hələ, bu azmış kimi polis əməkdaşlarının fəaliyyət göstərən yeməkxanalara daxil olub müştərilər arasında oturmaları, yemək yeyib çay işmələri və s. onu sübut edir ki, polis əməkdaşları da ölkə rəhbəri cənab İlham Əliyevin çağırış və tövsiyyələrinə, digər dövlər qurumlarının qərarlarına heç bir əhəmiyyyət vermirlər. O halın varlığına diqqət yetirmək lazımdr ki, mart ayından indiyə kimi koronovirus (COVİD-19) infeksiyasının ölkəmizin ərazisində yayılmasının qarşısının almaq məqsədilə, cənab Prezident başda olmaqla Azərbaycan hakimiyyəti hər cür addımını atıb, bu yöndə külli miqdarda vəsaitlər xərclənib. O halda sual oluna bilər ki, görəsən Anar Novruzovun direktoru olduğu “Meyvəli Bazarı” MMC-nin ərazisində belə bir addımın atılması hansı məqsədə xidmət edir? Görəsən bu şəxs ölkə rəhbərinin çağırışına, Operativ Qərərgahın qərarlarına əməl etməməklə nəyə nail olmaq istəyir? Yəni, bu kimi hallar ortaya çoxsaylı sualların çıxmasına səbəb olur. Əslində baş verənləri təhlil edib belə bir qənaətə gəlmək olur ki, “Meyvəli Bazarı” MMC-nin ərazisində belə bir addımın atılması, birbaşa dövlətimizə və xalqımıza qarşı yönəlik qəsdir, böyük bir xəyanətdir. Çünki, bu bazara rəhbərlik edənlər hal-hazırda koronovirus (COVİD-19) infeksiyasının yayılma riskinin artmasına şərait yaradırlarsa, deməli onlar dövlətimizin, xalqımızın taleyini düşünmürlər və xəyanət yolunu da tuturlar.

P.S. Yaşanan belə bir ciddi problemlə bağlı Qaradağ RİH-nin başçısı cənab Süleyman Mikayılovun mobil telefonuna zəng edib məsələlərə münasibətlərini öyrənmək istədikdə, özünü icra başçısının köməkçisi kimi təqdim edən şəxs “niyə bizə zəng etmisiniz, bilmirsinizmi ki, “Meyvəli Bazarı” MMC özəl müəssisədir. RİH olaraq həmin müəssisənin işlərinə müdaxilə etmək səlahiyyətinə malik deyilik” deyə cavab verdi. Belə bir cavabın verilməsi olduqca düşündürücü cavab olduğundan, yaxın günlərdə bu yöndə müəyyən açıqlamalarla çıxış edəcəyik. Ona görə də bizi izləyin ki, yazdıqlarımızdan xəbərdar ola biləsiniz.

“Meyvəli Bazarı” MMC özəl müəssisəsinin direktoru Anar Novruzov ilə əlaqə saxladıq. O,özündən razı halda bildirdi ki,bu məsələ ilə bağlı məni narahat etməyin. Pandemiyanın və karantinin bizə heç bir aidiyyatı yoxdur

Mövzunu diqqətdə saxlayacağıq.

Nyus.Az















Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az