• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
11-05-2020, 18:53

26 ilin naziri: O, toxunulmazdır? - həbs edilməsə də...

26 ilin naziri: O, toxunulmazdır? - həbs edilməsə də...



Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində keçirdiyi xüsusi əməliyyatdan sonra ictimai diqqət nazir Əbülfəs Qarayevə yönəlib.

Yenisabah.az xatırladır ki, əməliyyat nəticəsində Mədəniyyət Nazirliyinin yüksək vəzifəli şəxsləri – nazir müavini Rafiq Bayramov və nazirliyin tərkibində fəaliyyət göstərən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət xidmətinin rəisi Zakir Sultanov həbs edilib. Əməliyyat zamanı saxlanılan Bakı şəhər Mədəniyyət baş idarəsinin rəisi Cəlil Məlikov isə dindirmədən sonra sərbəst buraxılıb.

İndi hər kəsi Əbülfəs Qarayevin taleyi düşündürür. Onun həbs olunacağı, yoxsa istefaya göndəriləcəyi ictimai müzakirələrin ana xəttini təşkil edir. Belə düşünənlər var ki, baş verənlərə görə Əbülfəs Qarayev də məsuliyyət daşıyır və bu baxımdan, o da həbs olunmalıdır. Ən pis halda vəzifəsindən istefa verməlidir.

Müşahidələr göstərir ki, hələ ki, ortada Əbülfəs Qarayevin həbs etmək niyyəti yoxdur. Hər halda Mədəniyyət Nazirliyindəki xüsusi əməliyyatın üzərindən 3 gün keçib. Bu müddət ərzində Əbülfəs Qarayev məsuliyyətə cəlb olunmayıbsa, deməli, nazir həbs prosesindən kənarda saxlanılıb.

Əbülfəs Qarayevin istefasına gəlincə, bu məsələ hələ ötən ilin əvvəlindən, uzun müddət yüksək vəzifə tutan məmurların əvəzlənməsinə start veriləndən gündəmə gəlib. Çünki Mədəniyyət naziri də bu kateqoriyadan olan məmurlardan biridir. Bu ilin iyulunda Əbülfəs Qarayevin nazir kimi karyerasının 26 ili tamam olacaq. O, 26 iyul 1994-cü il tarixdə Gənclər və idman naziri təyin edilib. 2001-ci ildə nazirliyin adı dəyişdirilərək Gənclər, İdman və Turizm Nazirliyi adlandırılıb. Qurumun adı dəyişsə də, rəhbəri dəyişməyib. Yəni, Əbülfəs Qarayev Gənclər, idman və turizm naziri kimi fəaliyyətini davam etdirib. 2006-cı ildə isə o, Mədəniyyət və turizm naziri təyin olunub. 2018-ci ildə bu nazirliyin də adı dəyişdirilib. Mədəniyyət Nazirliyi adlandırılan quruma yenə də Əbülfəs Qarayev rəhbərlik edib.

Beləliklə, Əbülfəs Qarayev karyerası dövründə faktiki olaraq 4 nazirliyin rəhbəri olub və hansısa səbəbdən onun əvəzlənməsi yada düşməyib. Bəzi iddialara görə, Əbülfəs Qarayev Mədəniyyət naziri olduğuna görə hakimiyyət komandasının ən zəif fiquru kimi xarakterizə edilsə də, əslində bu yanlış nəticədir. Bildirilir ki, iqtidar komandasında ən odioz fiqurlardan biri elə Əbülfəs Qarayevdir. Onun tozunulmazlığı da bununla izah edilir.

Lakin 2019-cu ildən başlayaraq məmurların toxunulmazlıq mifi darmadağın edilib. Ölkə başçısının ortaya qoyduğu siyasi iradə nəticəsində cəmiyyətin nə vaxta işdən çıxarılacağına inanmaqda çətinlik çəkdiyi məmurlar istefaya göndərilib. Əbülfəs Qarayev də onlardan artıq deyil və güman ki, həbs edilməsə də, vəzifəsinə əlvida deməli olacaq.

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az