• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-10-2026 Pulumuz dərmana gedir – QORXUNC statistika
  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da
  • 17-10-2026 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı PAYLAŞIM - VİDEO
  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər
  • 17-10-2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026 Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - VIDEO
  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın

XƏBƏRLƏR

    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
24-04-2020, 17:45

GƏDƏBƏY RAYON ICRA HAKIMIYYƏTINDƏ QƏBULA GEDƏN VƏTƏNDAŞLARI ƏLƏ SALIRLAR: İDDİA-VİDEO/FOTO

GƏDƏBƏY RAYON ICRA HAKIMIYYƏTINDƏ QƏBULA GEDƏN VƏTƏNDAŞLARI ƏLƏ SALIRLAR: İDDİA-VİDEO/FOTO


Ölkədə məmur özbaşınalıqları elə bir həddə gəlib çatıb ki,sanki “koronavirus” kimi pis əməlləri bir-birinə keçirirlər. Təbii ki,hər kəsə məlumdur ki,Agstafa rayonunda başlayan məmur həpslərinin daha fərqli forması,Neftçala rayonunda yeniləndi. Biraz artıq,biraz əksikliyi ilə karrupsiyaya bulaşmış iri məmurlar,bir daha onu deməyə əsas verir ki,vəzifə sahiblərinin böyük əksəriyyəti xalqın mənafeyi uğrunda deyil,öz şəxsi mənafeyləri uğrunda çalışırlar.

Vay olsun o şəxslərə ki,bu dünyada kasıbın,fəqirin və yetimin payını yeyib özlərinə taxt-taç qururlar. Allahın müqəddəs kitabı olan “Qurani Kərim”də o cür şəxslərin yeri cəhənnəm olduğu bildirilir. Təəccüblüdür ki,bu cür çirkaba batmış məmurlar,dövlətin ali qanunlarına qarşı çıxmaqdan belə çəkinmirlər,bəs görəsən Allahın qəzəbindəndəmi qorxmurlar..!?

Əlqərəz,biz düşünürük ki,bu qeyd etdiklərimiz heç də boş yerə deyil,çünki indi diqqətinizə çatdıracağımız məlumat heç də yuxarıda qeyd olunanlardan geri qalmır. Belə ki,bir neçə gün öncə “DogruXeber.az” informasiya agentliyinin redaksiyasına,Gədəbəy rayonu Çaldaş kənd sakini Orucov Kamil Yolçu oğlu,məmur özbaşınalığından son ümid yeri olaraq bizə müraciət etmişdir.
Vətəndaş iki azyaşlı körpə üşaq atasıdır. K.Orucovun atası veteran olmuş və dünyasını dəyişmişdir. Ayrı təsərrüfat olaraq 4 ailə üzvünün başçısı K.Orucov, ailəsini dolandırmaq üçün rayonda bir iş sahibi olmaq istəyir. Amma çox təəssüflər olsun ki,buna nail ola bilmir. Hər birimizə məlumdur ki,uzun illər Gədəbəy rayonuna başçılıq edən keçmiş icra başçısı Ramiz Yediyarov rayonun iş adamlarına “göz verib işıq vermirdi.” Hələ bu bir yana yerli sakinlər başçının özbaşınalığından zara gəlmişdirlər. Təbii ki,sosial mediaya nəzər salsanız,bütün qeyd olunanların hər birinin şahidi olacaqsınız.
Bəli,sabiq icra başçısı R.Yediyarovun özbaşınalıqlarına son qoyulma günü məlum oldu. Belə ki,18 Aprel 2012-ci ildən 1 İyun 2018-ci ilə qədər sürdüyü səltənəti,nəhayət ki,sona verildi. Bu hadisəni sevinc hissi ilə qarşılıyan yerli sakinlər ümid edirdilər ki,yeni təyin olunan icra başçısı onlar üçün işıqlı bir sabah açacaq. Amma çox təəssüf,necə deyərlər “sən saydığını say gör fələk nə sayır.” Təqdimatı yüksək səviyyədə qeyd olunan yeni icra başçısı Mustafayev İbrahim Ənvər oğlunu,kollektivə təqdim edən şəxs Prezidentin köməkçisi cənab Zeynal Nağdəliyev olmuşdur. Prezident köməkçisi cənab Z.Nağdəliyev kollektiv qarşısında çıxışı zamanı sabiq icra başçısı R.Yediyarovun fəaliyyəti zamanı ciddi nöqsanlara yol verdiyini xüsüsi vurğuluyaraq,bundan sonra bu cür halların bir daha təkrar olunmayacağını hər kəsə tövsiyyə etmişdir.

Bəs görəsən yeni təyin olunmuş icra başçısı hörmətli İ.Mustafayev,nə üçün göstərilən etimadı doğrultmur? Redaksiyamıza Gədəbəy rayonunun müxtəlif bölgələrindən şikayət xarakterli müraciətlər durmadan daxil olmaqdadır. Daxil olan müraciətlər isə müxtəlif məzmunda qeyd ounmuşdur. Müraciətlərdən ən çox diqqət çəkəni isə rayonun Çaldaş kənd sakini Orucov Kamil Yolçu oğlunun acınacaqlı durumda olması olmuşdur.
İlk öncə qeyd edək ki,vətəndaş K.Yolçuyev təxminən iki həftə öncə redaksiyamızla telefon əlaqəsi saxlayaraq çarəsiz durumda olduğunu bildirmişdir. Rayon sakinininin sözlərinə görə yerli icra məmurları yerli sakinlərin problemlərinə qeyri ciddi münasibət göstərməklə yanaşı, hətta qəbula gələn sakinləri ələ salırlar. Fevralın 28-də rayonun mədəniyyət evində,Prezident administrasiyasının məsul işçiləri və icra hakimiyyətinin səlahiyyətli şəxləri ilə birlikdə vətəndaşların görüşü keçirilmişdir. Görüş zamanı,problemli vətəndaş qismində iştirak edən K.Yolçuyev gələn qonaqlara yaşadığı acınacaqlı durumu barədə məlumat verərək,onu müvafiq işlə təmin etmələrini xahiş etmişdir.

Təəccüblüsü burdadır ki,vətəndaşın problemini dinləyən məsul şəxslər,K.Yolçuyevin sözü bitər-bitirməz,gülümsüyərək bildiriblər ki,”müraciətini qeydə aldıq zaldan çıx bayıra.” K.Yolçuyev zalı tərk etdikdən dərhal sonra redaksiyamızla telefon əlaqəsi saxlayaraq,qəbul zamanı baş verən xoşagəlməz anları bizə danışdı.

Diqqətinizə çatdıraq ki,rayon sakini K.Yolçuyevin müraciəti ilə bağlı iki həftə öncə rayon icra hakimiyyətində Nicat adlı şəxlə telefon əlaqəsi saxlamışdıq. Sakinin durumu ilə bağlı icra aparatının məsul işçisi Nicat müəllimə kifayət qədər məlumat vermişdik. O isə cavab olaraq bildirmişdir ki,vətəndaş növbəti dəfə qəbula gəlsin müəyyən qədər köməklik göstərərik. Deyilən vədə inandığımız üçün bu məsələni gündəmə gətirmədən,vətəndaşla telefon vasitəsi ilə danışaraq bildirdik ki,növbəti qəbul günü icra hakimiyyətinə get və orada sənə köməklik göstərəcəklər.
Biz haradan bilərdik ki,bu dəfə qəbula gedən vətəndaşı ələ salarlar..!!
Keçirilən qəbul isə rayonun mədəniyyət evində baş tutmuşdur. Görüş zamanı Prezident Administrasiyasının nümayəndələri və yerli icra məmurları vətəndaşların müraciətlərin dinləmişdirlər. Aldığımız məlumata görə nəticə etibarı ilə keçirilən qəbuldan bir çox yerli sakinlər narazılıqlarını bildiriblər. Necə deyərlər “köhnə hamam köhnə tas” K.Yolçuyev kimi yerli sakinlərin problemləri görünür ki,icra başçısını narahat etmir. Bu hələ son deyil..!!

Qarşı tərəfin mövqeyin dərc etməyə hazırıq:

Nyus.Az
















Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az