• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-06-2026 Azərbaycanda zəlzələ oldu
  • 17-06-2026 Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib - FOTO
  • 17-06-2026 Pirəkəşküldə partlayış səsləri eşidiləcək - Müdafiə Nazirliyindən xəbərdarlıq
  • 17-06-2026 Sudan xüsusi istifadə ödənişləri bu ilin sentyabrın 1-dən tətbiq ediləcək
  • 17-06-2026 Cənubda yenə ekofəlakət - FOTO FAKT
  • 17-06-2026 Toy mədəniyyətində dönüş - şok qadağa gündəmdə
  • 17-06-2026 Sürücülərin nəzərinə: "Bonus-Malus" ləğv olundu, yeni sığorta qaydaları nələri dəyişir?
  • 17-06-2026 Uğurun yerinə Burak Özçivit gətirilir
  • 17-06-2026 İsveçrənin vitse-prezidenti erməni revanşistə yerini göstərib
  • 17-06-2026 Roberto Martines millini tərk etməyə hazırlaşır
  • 17-06-2026 Ruben Amorim "Milan"ın baş məşqçisi oldu
  • 17-06-2026 Paşinyan: Artıq bunu gizlətmək istəmirəm
  • 17-06-2026 “Qısa müddətdə formaya düşməliyik” - Qurban Qurbanov
  • 16-06-2026 Azərbaycanda avtomobil bazarında qiymət artımı zəifləyib
  • 16-06-2026 Gürcüstan 94 xaricini deportasiya etdi: Arasında azərbaycanlılar da var
  • 16-06-2026 Mingəçevirdə kafedə gənci bıçaqlayan şəxs saxlanıldı
  • 16-06-2026 Baytarlıq preparatları vergidən azad olundu
  • 16-06-2026 Lavrovla Fidan görüşdü
  • 16-06-2026 Rüdiger Mourinyonun “Real”a qayıtmasından danışıb
  • 16-06-2026 Şura sədrinə iki müavin veriləcək - Yeni qərardan detallar

XƏBƏRLƏR

    Roberto Martines millini tərk etməyə hazırlaşır
    Ruben Amorim "Milan"ın baş məşqçisi oldu
    “Qısa müddətdə formaya düşməliyik” - Qurban Qurbanov
    Rüdiger Mourinyonun “Real”a qayıtmasından danışıb
    “Qarabağ”ın Avropa Liqasındakı rəqibi bu gün müəyyənləşəcək
    PSJ Olise üçün hərəkətə keçdi
    Yaponiya millisində karyerasını başa vurdu
    Van Persi qovuldu
    Bu şəxslərin beyni daha gec YAŞLANIR
    Eyni vaxtda iki telefon işlətmək zərərlidir – yeni araşdırma
10-11-2019, 13:08

Deputatın qızı iynəni qadının bağırsağında unutdu

Deputatın qızı iynəni qadının bağırsağında unutdu

Deputat sarıdan Sumqayıtın bəxti heç gətirməyib. Bütün seçki dairələrində adı keçən deputatlar seçkidən sonra yoxa çıxıb, hər kəs öz biznesi ilə məşğuldur. Şəhərin uğursuz deputatlarından biri Mirzəcan Xəlilov da deyilən kateqoriyaya aiddir. O, bundan əvvəl mandat üçün bəxtini Sabirabad rayonunda sınamışdı. Ordan deputatlığa namizədliyini irəli sürsə də, bəxti üzünə gülməmişdi. Xəlilov orda ulduzunun parlamayacağına əmin olduqdan sonra növbəti seçkidə namizədliyini 1 saylı Sumqayıt seçki dairəsindən verdi və mandat sahibi oldu. “Lal deputat”lar siyahısında yer alan Xəlilovun adı mətbuatda bir çox qalmaqallarda hallanır. Bu qalmaqallardan biri onun villasında işlətdiyi fəhlələrə qarşı etdiyi haqsızlıqla bağlı olub. Məsələni mətbuata usta Zülfüqar Əliyev açıqlayıb. 2013-cü ildə onun Mirzəcan Xəlilovla Novxanıdakı villasının fasadının təbii daş örtüyü ilə üzlənməsi üçün aralarında anlaşma olub. Bu iş üçün tələb olunan xərclər ümumilikdə 185 min manat dəyərləndirilib. Anlaşmadan sonra Zülfüqar Əliyev briqadiri olduğu 20 nəfərlik usta-fəhlə heyəti işə başlayıb. 2014-cü ilin may ayına qədər işlərin 90 faizə yaxını görülüb. Sonra materiallar bahalaşdığı üçün işçilərin zəhmət haqqına əlavə 55 min manat tələb olunub. Bunu eşidən Mirzəcan Xəlilov çox sərt reaksiya verib və bildirib ki, əlavə bir manat da verməyəcək. Mübahisə yarandığına görə, o əvvəldən razılaşdığımız məbləği də tam olaraq ödəməyib, 185 min manatın 25 min manatını da verməyib. Beləliklə, iş gedib məhkəməyə qədər çıxıb.

Deputatla bağlı da mətbuatda gedən yazılarda bildirilir ki, Xəlilov “Azərsutəchizat tikinti” ASC-nin rəhbəri olaraq dövlət torpaqlarını suvarma adı ilə özünün təsərrüfatını genişləndirib.
2006-cı ildə Sabirabadın içməli su təchizatı ilə bağlı milyonluq tenderin qalibi olmuş “Azərsutəchizat tikinti” ASC ilə bağlı korrupsiya iddiaları da vardı. Lakin sonradan Xəlilovun təşkilatı yenidən tenderlərin qalibi olub. O, Sabirabad rayonu ilə Kürdəmir rayonu arasındakı istifadəsiz olan 100 min hektarlarla ərazinin şoranlaşmadan yuyulması üzrə elan olunan tenderi də udub. Xəlilov həmin əraziləri şoranlaşmadan təmizləyərək özü üçün bostan sahəsinə çevirib. Sabirabad rayonundan olan sakinlər bu faktı təsdiqləyirlər. 2015-ci ildə seçki kampaniyası zamanı seçicilərinə çoxlu vədlər verən Mirzəcan Xəlilova ağsaqqallardan biri belə sual ünvanlamışdı: “Sən harda işləyirsən?” “Mən “Azərsutəchizat tikinti” ASC-nin rəhbəriyəm, – deyə Mirzəcan Xəlilov bildirmişdi. Sonrakı polemika belə olmuşdu: “Sənin işçilərin bilirmi ki, sən deputatlığa namizədsən?” “Bəli.” “Onlar bilirlərmi, sən bu gün bu məhəllədə görüş keçirəcəksən?” “Bəli.” “Onda üç gündür niyə bu məhəlləyə su vermirlər. Heç olmasa sənin görüşə gəldiyinə görə işçilərin bizə su verəydi.”

Deputatla bağlı gündəmə gələn başqa bir qalmaqal da onun həkim qızı ilə bağlı olub. Deputatın qızı Günay Xəlilova Sabirabad sakini Vüsalə Abdullayevanı əməliyyat etdiyi zaman iynəni bağırsağında unutduğu üçün onu ömürlük analıqdan məhrum edib. Gənc ailə bu məsuliyyətsizliklə bağlı məhkəməyə müraciət etsə də, məhkəmə həkimi təqsirli bilməyib və işi qapadıb. Araşdırıb dosyesi ortalığa tökülən bütün deputatların içindən beləcə “qurdlar” çıxır. Min bir problem içində çapalayan xalq da başına-gözünə döyür ki, “biz niyə bu günə qaldıq?” Nədən bu günə qaldığımızın səbəbləri ortada. Başımıza gələn ən böyük bəlaların səbəbkarı elə bu deputatlardır.

Mənbə Azadlıq.info
https://storage.googleapis.com/qurium/azadliq.info/230219.html

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan

1 ... 164 165 166 167 168 169 170 171 172 ... 218
Önceki Sonraki
Yukarı
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az