• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-10-2026 Pulumuz dərmana gedir – QORXUNC statistika
  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da
  • 17-10-2026 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı PAYLAŞIM - VİDEO
  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər
  • 17-10-2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026 Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - VIDEO
  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın

XƏBƏRLƏR

    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
17-04-2020, 16:00

Vətəndaşlar yazırlar: Biz birlikdə güclüyük, biz Prezidentimiz İlham Əliyevlə daha güclüyük

Vətəndaşlar yazırlar: Biz birlikdə güclüyük, biz Prezidentimiz İlham Əliyevlə daha güclüyük

Azərbaycanda koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı atdığı qətiyyətli addımlara görə Prezident İlham Əliyevə vətəndaşlardan çoxsaylı minnətdarlıq məktubları ünvanlanır.

Trend Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.

Bakı şəhərinin Nəsimi rayonunun sakini, şəhid anası Lətifə Novruzovanın məktubunda deyilir: "Çox hörmətli Prezidentimiz İlham Əliyev, hazırda Yer kürəsinin 200-dən çox ölkəsinə yayılan COVID-19 pandemiyası ölkəmizdən də yan keçmədi. Lakin Sizin uzaqgörən siyasətinizin, hadisələri günün 24 saatı ərzində nəzarətdə saxlamağınızın nəticəsidir ki, Ümumdünya Səhiyyə Təşkilatının siyahısında Azərbaycan bu xəstəlikdən ölüm sayına görə sonuncu pillələrdədir. Bu xəstəliyə düçar olmuş vətəndaşlarımızın Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə bütün səhiyyə ocaqlarında yaradılmış şəraitdən, tibb işçilərimizin xidmətlərindən razılığı bir daha onu göstərir ki, Sizin rəhbərliyiniz və düzgün siyasətiniz sayəsində biz bu pandemiya dövrünü tezliklə geridə qoyacağıq. Siz hər zaman vətəndaşların yanında olub onların sevincinə də, kədərinə də şərik çıxırsınız. Biz şəhid anaları da inanırıq ki, bu çətin günlərdən Sizin rəhbərliyinizlə alnıaçıq, üzüağ çıxacağıq. Allah Sizi və xalqımızı bütün bəlalardan qorusun!".

Ağdam rayonunun Ayaq Qərvənd kəndinin sakinləri Vaqif Məmmədov, Nüsrət Anafov və Mehriban Əliyeva yazırlar: "Çox hörmətli cənab Prezident, koronavirus pandemiyası bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da müəyyən çətinliklər yaradıb. Mövcud şəraitdə ölkəmizin səhiyyəsinin qənaətbəxş səviyyədə olmasına, iqtisadiyyatımızın dayanıqlılıq göstərməsinə görə Sizə minnətdarıq. Vətənimizin belə çətin günlərində düşmənlərimizi sevinməyə qoymursunuz. Sizin tapşırıq və tövsiyələrinizə qulaq asan insanlarımız "Evdə qal!" çağırışına qoşulublar. Bununla yanaşı, belə bir şəraitdə dövlətimiz tərəfindən bizə göstərilən maddi və mənəvi dəstəyə görə Sizə dərin təşəkkürümüzü bildiririk. Sizin dövlətimizi və xalqımızı belə çətin vəziyyətdən üzüağ çıxaracağınıza inanırıq. Uca Allah köməyiniz olsun!".

Dövlətimizin başçısının pandemiya dövründə əlillərə, veteranlara da qayğı ilə yanaşdığını qeyd edən Laçın rayonundan məcburi köçkün Murad Eyvazov yazır: "Möhtərəm cənab Prezident, Qarabağ qaziləri hər zaman Sizin diqqət və qayğınızla əhatə olunublar. Bütün dünyanın üzləşdiyi pandemiya dövründə Siz biz əlilləri, veteranları da unutmursunuz. Biz hər zaman Sizin qayğınızı hiss edirik. Möhtərəm Prezident, bizə göstərdiyiniz diqqət və qayğıya görə Laçın rayonundan olan Qarabağ qaziləri adından Sizə minnətdarlığımızı bildirirəm. Biz keçmiş döyüşçülər hər zaman Sizin əmrinizə müntəzirik".

Gəncə şəhərindən təqaüdçü Fazil Nəbiyev dövlətimizin qısa zamanda bu ağır sınaqdan üzüağ çıxacağına əminliyini bildirərək yazır: "Möhtərəm cənab Prezident, mən və ailəm Sizi daim dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Xalqımızın rifahının yaxşılaşdırılması üçün səylə çalışmağınız və yürütdüyünüz ardıcıl siyasət bizi fərəhləndirir. Hazırda koronavirus pandemiyası dünyaya və insanlığa meydan oxuyur. İnanırıq ki, məhz Sizin yorulmaz fəaliyyətiniz xalqımızı bu bəladan qoruyacaq və dövlətimiz qısa zamanda bu ağır sınaqdan üzüağ çıxacaq. Siz hər bir vətəndaşın sağlam qalması, ölkəmizin bu vəziyyətdən minimal itki ilə xilas olması üçün bütün imkanları səfərbər edirsiniz. İnanıram ki, bu qara buludlar tezliklə başımızın üstündən çəkiləcək və dövlətimiz Sizin müdrik rəhbərliyinizlə tutduğu inkişaf yolunu davam etdirəcək. Cənab Prezident, Sizin daim yanımızda olmağınızdan qürur və şərəf duyuruq. Tanrı Sizi, dövlətimizi və xalqımızı qorusun!".

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərin vətəndaşlarımızın sağlam yaşamasına yönəldiyini vurğulayan Yevlax şəhərinin sakini Knyaz Əliyev məktubunda qeyd edir: "Möhtərəm cənab Prezident, dünyada tüğyan edən, bəşəriyyətin bəlasına çevrilən COVID-19 pandemiyası hər birimiz üçün böyük təhlükədir. Bütün dünya bu bəlaya qarşı mübarizəyə səfərbər olub. Dünyanın inkişaf etmiş ölkələri nə qədər çalışsalar da, həm yoluxmanın, həm də itkilərin qarşısını almaqda aciz qalıblar. Sizin rəhbərliyinizlə ölkəmizdə virusla mübarizə işi çox uğurla həyata keçirilir. Tarixində ilk dəfə belə xəstəliklə üzləşən gənc, müstəqil ölkəmizdə görülən tədbirlər nəticəsində yoluxma və ölüm hallarının sayı dünyanın elmi-texniki cəhətdən inkişaf etmiş ölkələrindən dəfələrlə aşağıdır. Cənab Prezident, bu günlərdə modul tipli yeni xəstəxanaların tikilməsi haqqında imzaladığınız Sərəncam hər birimizin sevincinə səbəb oldu. Sizin rəhbərliyinizlə həyata keçirilən bu işlər vətəndaşlarımızın sağlam yaşamasına yönəlib. Hökumətin hər bir üzvü ona verilən tapşırığı dəqiq yerinə yetirir. Bütün bunlar Sizin uzaqgörənliklə həyata keçirdiyiniz uğurlu siyasətin məntiqi nəticəsidir. Pandemiyanın ölkəmizdə yayılmasına qarşı atdığınız addımlara görə bir ağsaqqal kimi Yevlax sakinləri adından Sizə minnətdarlığımı bildirirəm. Allah Sizi qorusun. Var olun, cənab Prezident! Allah atanız, xalqımızın ümummilli lideri Heydər Əliyevə rəhmət eləsin".

Bakı şəhərinin Binəqədi rayonunun sakini Səbuhi İsazadə dövlətimizin başçısına ünvanladığı məktubunda yazır: "Hörmətli cənab Prezident, dünya ölkələrindəki acınacaqlı vəziyyət hər kəsin gözü önündədir. İnkişaf etmiş ölkələrdə xaos, insan itkiləri vahimə yaradır. Ölkəmizdə isə Sizin sayənizdə sakitlik, həmrəylik, əmin-amanlıq, bolluq müşahidə olunur. Bütün bunlara səbəb Sizin daim ölkə vətəndaşlarını düşünməyiniz, vaxtında qətiyyətli təbirlər görməyinizdir. Cənab Prezident, var olun ki, həm kəndlinin, həm də sahibkarın, bir sözlə, hər bir vətəndaşın yanındasınız. Allah Sizi xəta-bəladan uzaq eləsin. Biz hər zaman Sizinləyik".

Gəncə şəhər sakinləri Vüsal Hüseynov və Azadil Hüseynova Prezident İlham Əliyevin uzaqgörənliyi, bu ümumbəşəri bəlaya qarşı vaxtında verdiyi göstəriş və Sərəncamlar sayəsində başqa ölkələrlə müqayisədə koronavirusun Azərbaycana az təsir göstərdiyini qeyd edirlər. Onlar yazırlar: "Möhtərəm cənab Prezident, bütün dünyanı lərzəyə salan koronavirus pandemiyasi təəssüf ki, Vətənimiz Azərbaycandan da yan ötmədi. Lakin Sizin uzaqgörənliyiniz, bu ümumbəşəri bəlaya qarşı vaxtında verdiyiniz göstəriş və sərəncamlar başqa ölkələrlə müqayisədə Azərbaycana az təsir göstərməkdədir. Siz daim Azərbaycan xalqının yanında olduğunuzu bir daha sübut etdiniz. Əziz Prezidentimiz, Sizin dediyiniz kimi, "Biz birlikdə güclüyük!". Biz də deyirik ki, biz Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevlə daha güclüyük. Ölkəmizdə yaratdığınız əmin-amanlığa və biz vətəndaşlara göstərdiyiniz qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk. Biz daim Sizinləyik. Cənab Prezident, Allah Sizə uzun ömür versin. Sizə uğurlar diləyirik".

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az