• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
17-04-2020, 15:44

"Azərbaycan dövləti pandemiya dövründə ölkə əhalisinin sosial müdafiəsi üçün kompleks tədbirlər həyata keçirir"

"Azərbaycan dövləti pandemiya dövründə ölkə əhalisinin sosial müdafiəsi üçün kompleks tədbirlər həyata keçirir"


Azərbaycan dövləti pandemiya dövründə ölkə əhalisinin sosial müdafiəsi üçün kompleks tədbirlər həyata keçirir.

Nyus.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Millət vəkili bildirib ki, dövlətimiz ilk gündən koronavirusun ölkəmizdə yayılmasının qarşısını almaq, əhalinin sağlamlığını qorumaq məqsədilə hərtərəfli, önləyici tədbirlər görüb və görməkdə davam edir.

T.Cəfərova pandemiya dövründə bir neçə qurumun iş yükünün dəfələrlə artdığını vurğulayaraq onların əməyini yüksək qiymətləndirib:

"Bu qurumlardan biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Nazirik və onun bütün yerli qurumları qeyri-iş günlərində və xüsusi karantin dövründə gücləndirilmiş iş rejimində çalışırlar. Bu dövlət qurumu indiki dönəmdə əlavə olaraq 65 yaşdan yuxarı olan şəxslərə sosial xidmətlər göstərir, könüllülərin fəaliyyətini koordinasiya edir, vətəndaşların çoxsaylı müraciətinə baxır. Nazirlik bütün müraciətləri növbəlilik və şəffaflıq prinsipi ilə cavablandırır. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin rəhbərliyi ilə yaradılan İşçi Qrup isə qısa zaman kəsiyində pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrində çalışan muzdlu işçilərin sosial müdafiəsi və onlara dövlət dəstəyinin göstərilməsi, yaxın və orta müddətdə məşğulluq tədbirlərinin gücləndirilməsi məqsədi ilə müvafiq təkliflərlə çıxış etdi".

Deputat vurğulayıb ki, həmin təkliflər əsasında artıq müvafiq tədbirlər görülməkdədir:

"Azərbaycan hökuməti məhz bu məqamda qeyri-leqal məşğulluq sahəsində çalışan şəxsləri pandemiya dövründə qazancını itirmiş şəxslər kimi qeydiyyata alıb, aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi haqqında qərar qəbul etdi. Nazirlik tərəfindən məlumatların yoxlanılması və ödənişlərin edilməsi ilə bağlı ciddi və sürətli mexanizmlər qurulub. Nəticələr haqqında vətəndaşlara SMS göndərilir".

T.Cəfərova əlavə edib ki, aprelin 9-dan başlayan bu proses çərçivəsində artıq 140 min işsiz üçün birdəfəlik vəsait ödənişi həyata keçirilib:

"Azərbaycan dövləti koronavirus (COVID-19) pandemiyası dövründə ölkə əhalisinin sosial müdafiəsini təşkil etmək üçün sosial siyasəti kompleks halında həyata keçirir. Çünki dövlət canlı bir orqanizmdir. Bu baxımdan sözügedən nazirlik tərəfindən növbəti addım ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrlə bağlı oldu. Bildiyimiz kimi, məhz pandemiya vəziyyəti nəzərə alınaraq ünvanlı dövlət sosial yardımı almaq müddəti bitən aztəminatlı ailələrə bu yardım dayandırılmadı. Həmin aztəminatlı ailələrə də bu yardımın verilməsi karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadıldı".

Nazirliyin fəaliyyətini təqdir edən deputat deyib ki, işini itirmiş vətəndaşların qeydiyyata alınması və dövlət tərəfindən ayrılmış 190 manatlıq birdəfəlik ödəmənin vətəndaşlara təyin edilməsi müəyyən vaxt aparsa da, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bunun öhdəsindən qısa zamanda gələ bildi:

"Bu günə qədər on minlərlə əhalinin hesabına birdəfəlik ödəmələr təyin edildi və bu proses davam edir".

Millət vəkilinin sözlərinə görə, dövlət başçısı hər bir Azərbaycan vətəndaşının əməyinə fərdi yanaşır:

"Dövlət, dövlətçilik və vətəndaşlar üçün göstərilən bütün fədakarlıqları hər zaman yüksək qiymətləndirir. Vətəndaşlarımız da dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərməlidirlər. Onları maksimum məsuliyyətli olmağa, şayiələrə uymamağa və dövlət tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək olmağa dəvət edirəm. Biz birlikdə güclüyük!"

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az