• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
2-03-2018, 09:19

Bayılda “şirinliklə” ev tikənlərin acı günləri başlayıb

Bayılda “şirinliklə” ev tikənlərin acı günləri başlayıb
Bayıl yamacındakı sürüşmə ərazisində müəmmalı vəziyyət davam edir. Belə ki ərazidə hazırda sürüşmə prosesi dayansa da, mütəxəssislər bir gün sonrakı vəziyyətin necə olacağını proqnozlaşdıra bilmirlər.

Hazırkı durumla bağlı “Yeni Müsavat”a danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, onlar ərazidə işlər aparmaqda davam edirlər:

“Hələ ki ərazidəki vəziyyətdə elə bir ciddi dəyişiklik yoxdur. Sürüşmənin aktiv fazadan çıxdığını da söyləmək olmaz. Bu ifadəni biz hələ ki işlədə bilmərik. Tədqiqat işləri onsuz da gedir. Hazırlaşırıq ki, növbəti həftədən orada başqa geoloji işləri həyata keçirək. Deyim ki, orada baş verən sürüşmə hadisəsinin səbəbi yaxın günlər, aylarla bağlı deyil. 2004-cü ildə orada işləyib, hesabat hazırlamışıq. Həmin hesabatda ərazini sürüşməyə məruz qalacaq, təhlükəli yer kimi qeyd etmişik. Hesabatımız Dövlət Arxiv Fondunda bu gün də saxlanılır. Həmin zaman hazırladığımız xəritədə sürüşmə yerlərini konkret olaraq qeyd etmişik. Deyim ki, bu gün sürüşmənin baş verdiyi ərazi hələ 2004-cü ildə göstərdiyimiz konturların daxilində gedir. Ərazi sürüşməyə meyllidir. Orada suvarma və digər bu kimi işlər olduqda isə sürüşmə aktiv fazaya keçir”.

Mütəxəssislər hesab edirlər ki, orada əslində sürüşməyə yaxın yerlərdə evlərin tikintisi aparılmalı deyildi. Tikintinin aparılması nəticəsində yamacın kəsilməsi, sürüşmənin aktivləşməsinə səbəb olan amillərdəndir. Sakinlər isə “Yeni Müsavat”a bildiriblər ki, ərazidə evi xəbərsiz, gizlin formada tikməyiblər. Başda Səbayel Rayon İcra Hakimiyyəti olmaqda digər müvafiq qurumları məlumatlandırıb, onlara “şirinlik” verdikdən sonra evlərini tikiblər.

Hazırda Bayıl yamacında məskunlaşan sakinlərə Səbayel Rayon İcra Hakimiyyəti tərəfindən kirayə pulu verilir və onlar ərazidən çıxarılır. İlkin mərhələdə onların 11 aylıq müddətə ərazidən uzaqlaşdırılması nəzərdə tutulub. İndiyə qədər ərazidə 4 fərdi ev uçub ki, onlara da birdəfəlik kompensasiyanın veriləcəyi söylənilib. Fevralın 10-da həmin ərazidə tam dağılmış bu yaşayış evlərinin sahiblərinə kompensasiya ödənilməsi üçün tələb olunan vəsaitin məbləğinin 10 gün ərzində hesablanıb Nazirlər Kabinetinə təqdim olunması Fövqəladə Hallar Nazirliyi və Səbayel Rayon İcra Hakimiyyətinə tapşırılmışdı. Lakin hələ ki kompensasiyadan heç bir xəbər yoxdur.

Eyni zamanda, bəzi sakinlər verilən kirayə pulu ilə də razı deyillər. Onlar bildirirlər ki, 250 manata Bayıl ərazisində kirayə ev tapmaq mümkün deyil. Uşaqlarının məktəb məsələsi və digər bu kimi problemlər olduğu üçün narazı sakinlər kənardan ev tutmağın onlara sərf etmədiyini söyləyirlər. Lakin verilən kirayə pulu ilə razılaşıb, evini tərk edənlər də az deyil.

Ərazidəki vəziyyətlə bağlı “Yeni Müsavat”a danışan sakin Elməddin Muradlı bildirib ki, kirayə pulu ilə bağlı onlar da etiraz ediblər: “Açıqlama verdilər ki, 8 nəfərdən çox ailə üzvü olanlara 300 manat kirayə pulu verəcəklər. Lakin bizim ailədə 9 nəfər olduğu halda 250 manat köçürüblər. Ona görə də narazı qalıb, Səbayel Rayon İcra Hakimiyyətinə müraciət etmişəm. Lakin verilən məbləğlə razı qalıb, kirayə köçənlər də var. Bu günlərdə dedilər ki, aşağı məhəllələrə təbii qazın verilişini bərpa edəcəklər. Hansı ki, həmin ərazilər sürüşmənin baş verdiyi yerdən xeyli aralıdadır. Ancaq hələ ki, konkret olaraq qaz verilişi bərpa edilməyib. İnsanlar demək olar ki, hər gün evlərinə gəlib, nəzarət edirlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri bildirirlər ki, ərazidə hər hansı bir aktivlik yoxdur”.

Sakin İlham Nurulu söyləyib ki, ailəsinə 200 manat kirayə pulu təklif olunsa da onlar bu pulu almaqdan imtina ediblər: “Çox pis vəziyyətdə qalmışıq. Qazı, suyu, işığı kəsiblər, camaat evində odun sobası yandırıb, kənd şəraitində yaşayır. Heç bir söz də demirlər ki, məhəllənin qazını nə zaman verəcəklər. Əslində bizim ev sürüşmə sahəsində xeyli aşağıdadır. Ancaq adımızı siyahıya salıb, köçməyimizi tələb edirlər. Ailə var ki, 6-7 nəfər üzvü var. Onlara gətirib 250 manat kirayə pulu veriblər. Bu qiymətə də ev tapmaq çətin məsələdir. 1 otaqlı evlər elə 250 manata kirayə verilir. Camaat görür ki, bu pulu götürsələr gərək gedib üstünə ciblərində əlavə pul qoyub kirayə ev tutular. Ona görə də çox adam pulu götürməyib havaların qızmasını gözləyirik. Deyirlər ki, havalar qızan kimi qayıdıb, öz evimizdə yaşayacağıq. Yəni bir sözlə aləm qarışıb, bizə kömək edən də yoxdur. Ərazidə prokurorluğun yaratdığı komissiya fəaliyyət göstərir. Onlar da bizi çağırıb soruşurlar ki, burada ev tikməyə icazəni kimdən almısınız, neçənci ildə ev tikmisiz və sairə. Sürüşmə baş verən ərazidə isə heç bir aktivlik müşahidə olunmur. Bir neçə gün öncə güclü yağışlar yağanda camaat düşündü ki, sürüşmə aktivləşəcək. Ona görə hər kəs evini tərk etdi. Ancaq heç nə olmadı. Camaat səhər məhəlləyə qayıdıb, küçədə tonqal qalayıb, samovar qaynadırlar. Axşam isə kim qohum evində yaşayırsa, ora, kirayə ev tutan da həmin mənzilə gedir. Görək nə zamana qədər bu cür davam edəcək. Vəziyyətimiz çox pisdir”.

Əli RAİS,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az