• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
31-03-2020, 08:01

Gədəbəydə " balaca padişahlar" koronovirusdan betər olub

Gədəbəydə " balaca padişahlar" koronovirusdan betər olub

“Şikayət etməyən əskik oğlu əskikdir!” – Gədəbəydə icra nümayəndəsi aldatdığı kəndlini hədələdi


“Rayonun iqtisadiyyatının əsasını əkinçilik və heyvandarlıq təşkil etdiyi üçün bu sahənin inkişaf etdirilməsi istiqamətində zəruri işlər aparılaraq məhsul istehsalçılarına lazımi dəstək verilmiş və müvafiq köməkliklər göstərilmişdir”. Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının 2019-cu ilin yekunlarına həsr olunmuş hesabatında belə deyilir.

Hesabatda məhsuldarlığa dair bəzi fərəhli göstəricilər də açıqlanıb. Amma statistika, üzdə olan rəqəmlər öz yerində, işləmək potensialı və istəyi olan, işləyib qazanmağa ehtiyac duyan bütün zəhmətkeşlərə meydan verilməsində sosial ədalət prinsiplərinin gözlənilməsi də mühüm amildir. Gəlin, razılaşaq ki, bu müstəvidə mövcud neqativ hallar, rəvac verilən qanunsuzluqlar, vətəndaşların üzləşdikləri hüquqpozmalar, bu səbəblərdən edilən şikayətlər dövlətə verilən hesabatlarda yer almır.

Gədəbəy rayonunun Qaravəlilər kənd sakini Quliyev Vahid Xanbuta oğlu redaksiyamıza müraciət edərək bütün həmkəndlilərindən fərqli olaraq hələ də pay torpağı ala bilməməsindən, amma hakimiyyət və yerli özünüidarəetmə nümayəndələri tərəfindən dəfələrlə aldadılaraq xərcə, artıq zəhmətə salındığından şikayətlənir.

V.Quliyev bildirir ki, az əvvəl onun pay torpağı almaq istəyinə cavab olaraq kənd icra nümayəndəsi və bələdiyyə sədri ona "Baş kənd"dən 44 sot sahə göstəriblər. Sevincək olub Novruz bayramı günündə, qarlı-yağışlı havada həmin sahəni əkdirib. Amma 3 gün sonra elə həmin səlahiyyətli şəxslər ona bildiriblər ki, səhv ediblər, göstərdikləri torpaq sahəsi əslində başqa kənddə yaşayan və qoyun sürüsü olan İmran adlı adama məxsus imiş. Bələdiyə sədri ona çəkdiyi xərci geri qaytarıb ki, torpaqdan əlini üzsün. Əli həm yerdən, həm də göydən üzülən Vahid Qaravəlilər kənd İƏD üzrə icra nümayəndəsi Kamran Əliyevə giley edib. Deyib ki, Vətən torpağından ona bir pay düşmürsə, vətəndaşlıq da cazibədar görünmür. Xəbərdarlıq edib ki, bu ölkə yiyəsiz deyil, problemini, düşdüyü oyunu Prezidentə yazacaq. Cavabında nə eşitsə yaxşıdır?: “Şikayət etməyən əskik oğlu əskikdir! Edərsən, işdən qovularsan!”

İndi isə gəlin görək, V.Quliyev nə işin, hansı vəzifənin sahibidir ki, əlindən çıxmaması üçün K.Əliyevin “silkələdiyi barmaqdan” qorxmalıdır - Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatında zibilyığan. Dediyinə görə kənd ərazisində fəaliyyət göstərdiyinə görə icra nümayəndəliyindən inzibati asılılığı var. Keçən il işə düzələndən bəri qazancının çoxunu da məhz nümayəndəliyin sədri özünə götürüb: “Məni işə götürdəndə ilk əvvəl 500 manat rüşvət aldı. Sonra 125 manatlıq maaş kartımı da ilk 3 ayda özündə saxlayıb pulu götürdü. Daha 2 ay keçəndən sonra müqavilə müddətim bitdi. Müqavilənin müddətini artırmaq üçün əlavə 200 manat aldı. İndi də ilin başından müqaviləni yeniləməkdən ötrü əvvəl 100 manat aldı, əlavə olaraq daha 100 manat da istəyir. Tələblərini başçının adından və "komxozun" müdiri Əkbər müəllimin adlndan edir”.

V.Qulievin torpaq məsələsini özünə həqiqətən də ciddi problem saymağa haqqı var. Belə ki, eyni və daha məşəqqətli hadisə keçən il də onun başına gəlib. Belə ki, ona "Başkənd" kəndində 11 il əkib-becərdiyi 30 sot torpaq sahəsini əlindən alıblar ki, guya bu torpaq sahəsi başqasına məxsusdur. Halbuki, həmin torpaq da pay bölgüsündə Vahidə düşübmüş Vahid orada da əkin salıb. Lakin çox keçmədən Qasımov Mayıl Məhəmmədəli oğlu adlı şəxs ortaya çıxıb ki, bəs torpaq sahəsi onundur. Aralarında sözlü mübahisə düşəndə M.Qasımov “102” xidmətinə zəng vurub. V.Quliyevin sözlərinə görə, Gədəbəy rayon Polis Şöbəsinin Novosaratovka kənd Polis Bölməsinin rəisi Yaşar İsmayılov həmin vaxt onu döyüb və 250 manat pulunu alıb. Adını da qoyub ki, bəs M.Qasımova maddi zian vurduğuna görə həmin pul ziyanın qarşılığında kompensasiya olaraq notarial qaydada M.Qasımova ödənilib. Ancaq sonradan məlum olub ki, həmin pulu bölmə rəisi özünə götürüb.Vahid Quliyev həmin məsələ ilə bağlı, 86 yaşlı yataq xəstəsi olan anasını, yoldaşını və 2 azyaşlı uşağını da götürüb Gədəbəy Rayon İcra Hakimiyyətinin Başçısı cənab İbrahim Mustafayevin qəbulunda gedib .Başçı da onu dinləyəndən sonra aidiyyatı şəxslərə tapşırıb ki,ona məhsuldar torpaqdan bir hektar torpaq sahəsi ayırılsın. O,da sevincək olaraq toxumluq taxıl alıb ki, torpaq veriləcək və əkin əkəcək. Təssüf ki, onun aldığı toxum və arzuzu yerindəcə qalıb. Vahid bildirir ki,yenidən dəfələrlə başçının qəbuluna getsə də başçı ilə görüşməyə şərait yaratmayıblar. Onu hüqüqşünasın yanına göndəriblər. O,da RİH-nin hüquqşünası Zülfüqar müəllimin qəbulunda olub. Hüquqşünas ona deyib ki, sənə verilən torpaq sənədsiz olduğu üçün RİH həmin torpaq sahəsi ilə bağlı münasibətlərin tənzimlənməsinə müdaxilə edə bilməz. Bu cavab təbii ki, V.Quliyevi qane etməyib. Başa düşə bilməyib ki, əgər rayon rəhbərliyi gələcəkdə yarana biləcək mübahisəli vəziyyətə müdaxilə etmək iqtidarında olmayacaqdısa, niyə onu aldadırdı, xərcə, əziyyətə salırdı, camaatla üz-göz edirdi.

“Elə bil, rayonun kəndlərinə aqronom təyin ediblər məni, özü də müftə işləyən aqronom, bir torpaq göstərib əkdirirlər, sonra qovub başqa yerə göndərirlər...” – acı zarafatla deyir Vahid kişi: “Kənddə məndən başqa hamının əkənəyi-biçənəyi var. İndi karantindir, qalmışam çıxılmaz vəziyyətdə, rəsmi iş vaxtının açılmasını gözləyirəm, görək nə olur, yenidən icra başçısının qəbuluna düşməyə çalışacağam”.

Aqrar sektora dəstək təkcə kənd təsərrüfatı məhsullarının istehlakçılarının ərzağa olan tələbatını ödəmək üçün deyil, həm də əlbəttə ki, kənd adamlarının məşğulluğunu və dolanışığını, sosial rifahını təmin etmək üçün lazımdır. İşləmək potensialı olan kəndlilər arasında bu cür ayrı-seçkilik edilməsi yolverilməzdir.


P.S.Vahid Quliyev bildirir ki, təxminən br neçə il bundan qabaq "Qızılxaç" komitsinin xətti ilə mənə əkin üçün texnika verdilər. Bir il kənd camaatına pulsuz işləsəm də(Cəmiyyətin bir ildə verdiyi 300 manatdan başqa)Texnika mənim adıma sənədləşdirilsə də bir ildən sonra "balaca padişahlar"( İcra nümayəndəsi və bələdiyyə sədri) həmin texnikanı mənim əlimdən alıb başqasına verdilər.
Mövzuya qayıdacağıq.(Deryaz.az)

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az