• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-10-2026 Pulumuz dərmana gedir – QORXUNC statistika
  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da
  • 17-10-2026 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı PAYLAŞIM - VİDEO
  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər
  • 17-10-2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026 Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - VIDEO
  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın

XƏBƏRLƏR

    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
2-03-2018, 08:47

Əli Həsənovun qohumları ilə bağlı yeni iddialar: "Qaçqınkom" sədri təkzib edir

Əli Həsənovun qohumları ilə bağlı yeni iddialar: "Qaçqınkom" sədri təkzib edir

Qaçqınkom” sədrinin oğlunun Sumqayıtda “Bələdiyyə parkı”nı restorana görə məhv etdiyi deyilir, baş nazirin müavini isə iddiaları təkzib edir

Bir neçə gün öncə “Yeni Müsavat”ın elektron poçtuna Sumqayıt sakinlərindən şikayət daxil olmuşdu. Şikayətdə Sumqayıt şəhərində, Səməd Vurğun küçəsi ilə Cəlil Məmmədquluzadə küçəsinin kəsişməsində böyük bir yaşıllıq zolağının məhv edildiyi bildirilirdi. Musavat.com dərhal məlumatı xəbərə çevirib, ictimailəşdirib.

“Yeni Müsavat” qəzetinin müxbiri məsələni araşdırmaq üçün Sumqayıta gedib, həmin ünvana baş çəkib. Məlumdur ki, Sumqayıtda yaşıllığa qənim kəsilməkdə Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin (qısaca “Qaçqınkom”) sədri Əli Həsənovun yaxınlarının adı hallanır. Bu mövzuda redaksiyamıza daha bir şikayət məktubu daxil olub.

Məktubda müsavat.com-un “Əli Həsənovun nəvəsi Sumqayıtda yaşıllığı məhv edir” adlı yazıya diqqət çəkilir. Xatırladaq ki, fevralın 23-də dərc olunan xəbərdə deyilirdi ki, Sumqayıtda Səməd Vurğun küçəsi ilə Cəlil Məmmədquluzadə küçəsinin kəsişməsində böyük bir yaşıllıq zolağı məhv edilir. 50-dən artıq şam ağacının kəsildiyi bildirilirdi. Şəhər sakinləri redaksiyaya bildirmişdilər ki, bu ağacların yaşı çoxdur, sovet dövründə əkilib.

Musavat.com yaşıllığı məhv edən şəxslərin kimliyi haqda da məlumat vermişdi. Məlum olmuşdu ki, ağacları kəsib yerində obyekt tikmək istəyən şəxs Həsənli Emil Emin oğludur. Emil Həsənlinin baş nazirin müavini, “Qaçqınkom” sədri Əli Həsənovun nəvəsi olduğu bildirilir. Məlumatda o da deyilirdi ki, Əli Həsənovun qardaşı İlyas Həsənov Sumqayıt Yaşıllaşdırma İdarəsinin rəisidir.

Emil Həsənlinin atasının hüquq-mühafizə orqanlarında yüksək vəzifə tutduğu haqda da bilgi verilmişdi.

Redaksiyaya daxil olan sonuncu xəbərdə isə bildirilir ki, Sumqayıtın 6-cı məhəlləsində, “Bələdiyyə parkı”nda yerləşən məşhur “Green Park” restoranının ərazisində də çoxillik küknar ağaclar kəsilib. Redaksiyanın elektron poçtuna daxil olan məlumata görə, ərazidə qalan ağaclar isə mühasirəyə alınıb.

Sitat: “Çox güman ki, bir müddətdən sonra təzə obyektə mane olan ağaclar da yerli-dibli məhv ediləcək. Təzə tikilən obyektin sahibi Əli Həsənovun oğlu, hüquq-mühafizə orqanlarında yüksək vəzifə tutan Emin Həsənovdur. 2017-ci ildə ”Qaçqınkom"un sədri Əli Həsənovun oğlu şəhərin mərkəzində, çox gözəl və sakit guşədə yerləşən “Green Park” restoranını alandan sonra onu söküb və yerində hazırda qırmızı kərpicdən 2 mərtəbəli möhtəşəm bir restoran tikir.

Qeyd edək ki, adıçəkilən obyekt, keçmiş “Green Park” restoranının ərazisi olan bu yer Sumqayıt Şəhər İcra Hakimiyyətinin binasından çox da uzaqda deyil, şəhər polis idarəsinin düz yanında, təzə tikilən şəhər prokurorluğunun inzibati binasının yaxınlığında, YAP-ın Sumqayıt təşkilatının keçmiş binasının düz qabağında yerləşir. Yəni görülən işlər, bu obyektin inşası zamanı baş verən neqativ hal tam göz qabağında, özü də görün “haraların”, “kimlərin” yanında baş verir».

Yazıda daha sonra qeyd olunur ki, adi vətəndaş icazəsiz burada heç zaman daşı daş üstə qoya bilməz. Sitat: “Burada, necə deyərlər, ancaq Əli müəllimin övladları və nəvələri yaşıllığı mühasirəyə alaraq obyekt tikə bilərlər...

Obyektin yeni fotolarından göründüyü kimi, ərazidə tikilən restoran çox möhtəşəm olacaq.

Bu qədər ağacın məhv edilməsini yəqin ki, Əli müəllimin qardaşı, şəhərdə yaşıllığa baxan İlyas Həsənov (Sumqayıt Yaşıllaşdırma İdarəsinin rəisi) ört-basdır edir. Bir müddətdən sonra mühasirəyə alınmış bu çoxillik küknar ağaclarının aqibətinin necə olmasını güman etmək elə də çətin deyil.

Çox güman ki, icra başçısı cənab Zakir Fərəcov bu qanunsuzluqdan xərbərsizdir. Ona görə də hörmətli icra başçısına müraciət edərək bildiririk ki, yəqin o, “Bələdiyyə parkı”nda tikilən obyektin tikintisində baş verən “yaşıl soyqırım”a vaxtında “stop” deyəcək. Yoxsa mühasirəyə alınan onlarla çoxillik, nadir növ ağacların diblərinə ağ neft töküləndən sonra artıq gec olacaq. Və ümid edirik ki, bu məsələni Sumqayıt Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi də nəzarətə götürüb diqqətində saxlayacaq..."












Musavat.com

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az