• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
12-03-2020, 10:35

Göygölün icra başçısı da belə yeyir... - GİLEY

Göygölün icra başçısı da belə yeyir... - GİLEY

"Göygöl rayon Yaşıllaşdırma İdarəsində ştatda 98 işçi olduğu halda, onlardan yalnız 30-40 nəfəri iş başında olur, yerdə qalanları kənarda taksi fəaliyyəti göstərməklə məğuldur. Onların yerinə də bizi işlədirlər. Şəxsən mən Göygöl Rayon Xəstəxanasına gedən yoldan ta ki rayonun çıxışına qədər olan ərazini təkbaşına təmizləyirəm”.

Göygöl sakini Emin Şərifov deyir, uzun müddət iş axtarandan sonra nəhayət, ötən ilin fevralında yeni yaradılmış "DOST” İş Mərkəzinin vasitəsilə Göygöl Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin yaşıllaşdırma şöbəsinə işə düzəlib. Qısa müddət işlədikdən sonra şöbənin briqadiri ona təklif edib ki, ərizə yazıb işdən çıxsın.

"Əlil olduğumu bildikləri üçün qəsdən ağır işlərə cəlb edirdilər. Bunu qəsdən edirdilər ki, işləyə bilmədiyimi bəhanə gətirib işdən qovsunlar. Deyirdilər, "lapatka”yla işləyə bilmirsən, ərizəni yaz, işdən çıx. Bu işə göndəriləndə Göygöl Məşğulluq Mərkəzinin direktoru Nazim Cəfərov mənə xəbərdarlıq etmişdi ki, işləyə bilməsən, bir də iş xahişi ilə qəbuluma gəlmə. Yaşıllaşdırma şöbəsində isə mənə ən ağır işlər tapşırıldı. Halbuki, əlilliyimi nəzərə alıb, mənə uyğun iş verilməli idi. Briqadir dedi, səhərdən axşama kimi "lapotka” əlindən düşməməlidir. Hətta mənə aid olmayan işlər də buyururdular. Qəsdən belə edirdilər ki, bezim, özüm könüllü "lapotkanı” atım, gedim. Mənimsə heç bir dərdə dərman olmayan o cüzi aylıq əmək haqqına çox ehtiyacım var idi deyə, gedə bilmirdim. Briqadir hər gün bir bəhanəylə məndən Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəhbərliyinə şikayət edir, işimi gözdən salırdı. Nəhayət, bir gün dözməyib, özüm müdirə zəng vurdum, dedim ki, briqadir məni bezdirib. Hər addımbaşı tənbeh edir, "bu iş sənə görə deyil, "lapatka”nı at, get”, deyir. Müdir də dedi ki, "işdən çıx deyirsə, yerinə olsam, "lapatka”nı atıb gedərəm”, - Emin Şərifov deyir.

Göygöl sakini bundan əvvəl də mətbuata əlilliyinə görə ona iş verilməməsindən şikayət etmişdi. Emin Şərifovun sözlərinə görə, Təsərrüfat Birliyinin müdirinə Əmək Müfəttişliyinə müraciət edəcəyini bildirib. Müdirsə "əlin hara çatır, şikayət elə, məndə əli "lapatka” tutmayana iş yoxdur, əlilsən, get otur evində, pensiyanla dolan”,- deyib. Emin Şərifov da əli çatdığı yerlərə müraciət edib:

"Ötən ilin iyulunda Gəncə Regional Əmək Müfəttişliyinə müraciət etdim, Müfəttişliyin rəis müavini zəng vuraraq Göygöl MKTB-nin rəisi ilə danışdı, dedi, əlil adamdır, bunun da ailəsi var, bu da evinə çörək aparmalıdır, incitməyin, işləsin. Mən də arxayın oldum ki, daha incidilməyəcəm, mənə uyğun iş veriləcək. Ancaq hər şey əksinə oldu, sabahı gün rəis məni əvvəlkindən də ağır işlərə göndərdi. Ondan şikayət etməyimin qisasını məndən belə aldı. Mən yenə rəisə zəng vurdum, dedi, sənə demişdim axı, əlin hara çatır, şikayət elə, verdiyimiz işdən xoşun gəlmədisə, yenə şikayət elə. Gördüm ki, məni əvvəlkindən daha ağır işlərlə yükləyirlər, təzədən Gəncə Regional Əmək Müfəttişliyinə və Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavininə müraciət etdim, onların tapşırığından sonra əvvəlki işimə qaytarıldım”.

Emin Şərifov danışır ki, bir neçə gün əvvəl – martın 5-də MKTB-nin baş briqadiri onu növbəti dəfə danlayıb: "Ayın 5-də tabelə imza atmağa gedəndə briqadir bir gün əvvəl işdən tez getməyimi irad tutdu. Bildirdim ki, ərazimi təmizləyib getmişəm, dedi, ərazin təmiz oldu, ya olmadı, saat 5-dən tez işdən çıxa bilməzsən. Bildirdim ki, Göygöl Rayon Yaşıllaşdırma İdarəsində ştatda 98 işçi olduğu halda, onlardan yalnız 30-40 nəfəri iş başında olur, qalanları kənarda taksi fəaliyyəti ilə məşğul olur. Onların əvəzinə küçələri bizə süpürtdürürlər. Qanun hamı üçün qanun olmalıdır. Qanun qanundursa, niyə MKTB rəisi 75 yaşlı Səfiyar Rəhimov, MKTB-nin baş briqadiri 71 yaşlı Axraddin İsayev pensiyaya göndərilmir? Gənc kadrlar işsiz-gücsüz dolaşır, yaşı 70-i ötmüş adamlar gedib evdə oturmaq istəmirlər. Mənə deyirlər, iş ağlır gəlirsə, get otur evdə, mən də onlara sual edirəm, qoca-qoca adamlarsız, niyə gedib evdə oturmursunuz?”

Göygöl Rayon İcra Hakimiyyətindən bildirilib ki, Emin Şərifov eşitmə qüsurlu əlildir, eşitməni xüsusi aparatla təmin edir. Hazırda gördüyü iş ona görə deyil, lakin özünün tərəddüdlərindən sonra həmin işə götürülüb. Eşitmə qüsurlu olduğuna görə, yollarda təmizləmə işləri aparması ona tapşırılmır: "Adamların adı işdə, özü kənarda olması ilə bağlı dedikləri də yalandır. Əgər belə faktı varsa, buyursun, Əmək Müfəttişliyinə şikayət etsin, araşdırılsın. İşdən çıxarılmayıb, hazırda da iş başındadır. Ona irad tutulub ki, işə vaxtında gəlib, işdən vaxtında getsin, bu qədər”.

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az