• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
3-03-2020, 13:21

CAVID QURBANOVUN ŞADLIQ SARAYINDA BIABIRÇILIQ-VIDEO

CAVID QURBANOVUN ŞADLIQ SARAYINDA BIABIRÇILIQ-VIDEO

Hər kəsə bəllidir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat dairəsində yerləşən “Louvre Plaza” şadlıq sarayında qol qoyulan qanunsuzluqlarla bağlı, indiyə kimi bəzi media qurumlarında silsilə tənqidi açıqlamalar yayımlanıb. Yayımlanan açıqlamalarda şadlıq sarayının rəhbərliyi ilə heç bir müqavilə sənədi bağlamadan işləyən ofisantların, aşbazların, soyuq yemək hazırlayanların əmək haqqlarının mənimsənilməsi və qol qoyulan digər qanunsuzluqların varlığı haqda məlumatlar geniş ictimaiyyətin diqqətinə də çatdırılıb. Əldə etdiyimiz müəyyən məlumatlara görə, “Louvre Plaza” şadlıq sarayı əslən Maştağa kəndindən olan Hacı Namiq və Hacı Faiq qardaşlarına məxsusdur və adı çəkilən hər iki qardaşın Bakı şəhərində “Təbrik”, “Mübarək”, “Badu-Kubə” və “Millenium” kimi şadlıq sarayları da var. Müəyyən çevrələrdə dolaşan söz-söhbətə görə, Hacı Namiq və Hacı Faiq qardaşlarına hansısa yüksək çinli vəzifə sahibi himayədarlıq etdiyindən, istər “Louvre Plaza” şadlıq sarayında, istərsə də digər şadlıq saraylarında qol qoyulan qanunsuzluqlara hər zaman göz yumulur. Bir sözlə, adlarını çəkdiyimiz bu şadlıq sarayları zaman-zaman hər kəsin diqqət və düşüncəsində problemlərin yaşandığı ünvan olaraq yaddaşlara həkk olunur.

Yəqin ki, 01 mart 2020-ci il tarixdə, saat 19:03 dəqiqədən saat 19:14 dəqiqəyə kimi “Louvre Plaza” şadlıq sarayında yaşanan biabırçılığın varlığı, bir daha bir kimsənin yaddaşından silinməyəcək. Çünki, yaxın tanışlarının birinin toy məclisində iştirak edən əməkdaşımızın da üz-üzə qaldığı birabırçılıq, düşünürük ki, hələ uzun müddət müzakirə mövzusu olacaq. Əməkdaşımızın verdiyi məlumata görə, toy məclisi başladıqdan təqribən bir saat sonra “Louvre Plaza” şadlıq sarayında işıqlar sönür. Həmin an süfrə arxasında əyləşən qonaqlar 11 dəqiqə ərzində zülmətə qərq olurlar və hər kəs məclis keçirilən zalın elektrik generatoru ilə işıqlandırılacağına ümid etsə də, ötən müddət ərzində onlar arzularını heç cür “çin edə” bilmirlər. O halda məclisdə iştirak edən qonaqlar arasında əməlli-başlıca çaşqınlıq, hay-həşir düşür, bəzi qonaqlar narazılıq edib zalı tərk edirlər ki, bu da “Louvre Plaza” şadlıq sarayı haqda hər kəsi düşünməyə sövq edir.

O halın varlığına diqqət yetirmək lazımdır ki, adı çəkilən bu şadlıq sarayının məclis keçirilən zalında təqribən 450-500 nəfər qonaq yerləşdirmək olur. Belə olan halda sual oluna bilər ki, görəsən şadlıq sarayının rəhbərliyi “ekstremal vəziyyət”lə bağlı niyə vaxtında qabaqlayıcı addımlarını atmır? Bəlkə, o, bunu özü üçün lüzum bilmir? Axı, bu gün 21-ci əsrdir və müasir üslubda inşa olunan hər bir şadlıq sarayı, o cümlədən “Louvre Plaza” şadlıq sarayı da hər an “ekstremal vəziyyət”ə hazır olmalıdır ki, əmələ gələn problemi zamanında aradan qaldırmaq mümkün olsun. Ona görə də, biz bu gün belə bir qənaətə gəlmişik ki, dünənki toy məclisində iştirak edən hər bir məclis iştirakçısı, məhz bu şadlıq sarayı ilə bağlı öz düşüncəsinə lazım olan yanaşmasını birdəfəlik həkk etdi. Yəni, “Louvre Plaza” şadlıq sarayındakı xidmətin göstəricisi, yeməklərin keyfiyyətsizliyi və s. onu sübut edir ki, bundan sonra müştərilər seçim edərkən bir daha yanılmayacaqlar. Çünki, ataların belə bir zərb məsəli var: “Eşşək palçığa bir dəfə batar”. Fakt odur ki, dünənki məclisdə iştirak edən hər kəs sanki bir təbliğatçıdır. Belə bir səbəb üzündən də, düşünürük ki, “Louvre Plaza” şadlıq sarayında yaşanan biabırçılıqlar, bundan sonra daha böyük çevrənin müzakirə etdiyi mövzulardan biri olacaq.

Onu da bildirək ki, “Louvre Plaza” şadlıq sarayını işlədən şəxslər xeyli müddətdir ki, daha çox müştəri toplamaq məqsədilə, ictimaiyyət arasında o qədər də nüfuz sahibi olmayan müğənnlilərdən də istifadə edirlər. Həmin müğənnilər açıq-aşkar formada olmasa da, dolayısı yollarla “karusel oyununun” iştirakçısı olurlar. Deyəsən belə bir halın varlığı, bu gün əks effekt verməkdədir. Bundan əlavə, bu şadlıq sarayının səlahiyətliləri yemək-içmək məsələsində də bir növ “karusel əməliyyatı” həyata keçirdikləri söylənilir. Yəni, həmin şəxslər sahiblik etdikləri şadlıq saraylarından hansında istifadə olunmamış və bişmiş vəziyyətdə olan toyuq ətləri və digər ərzaq məhsulları qalırsa, dərhal həmin ətləri və ərzaq məhsullarını məclis keçirilən şadlıq sarayına daşıyıb “müştərilərə sırıdıqları” söylənilir. Artıq belə bir halın varlığının əks effekt verməklə bərabər, çoxsaylı müştərilərin haqlı narazılığına da səbəb olmaqdadır.

P.S.Hörmətli oxucular! Onu da qeyd edək ki, adı çəkilən bu şadlıq sarayı “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanova məxsus olsa da, adı çəkilən vəzifə sahibinin bu şadlıq sarayını əslən Maştağa kəndindən olan Hacı Namiq və Hacı Faiq qardaşlarına icarəyə verdiyi bildirilir.

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az