• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-10-2026 Pulumuz dərmana gedir – QORXUNC statistika
  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da
  • 17-10-2026 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı PAYLAŞIM - VİDEO
  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər
  • 17-10-2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026 Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - VIDEO
  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın

XƏBƏRLƏR

    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
25-02-2020, 12:31

"Axı, mənim o qədər pulum yoxdur..." - GİLEY

"Axı, mənim o qədər pulum yoxdur..." - GİLEY


“Mənə deyirlər ki, sən evi tik, biz də suvağını vuraq. Əgər evi tikməyə imkanım çatırsa, daha sizin bir neçə kisə simentiniz nəyimə gərəkdir?” Ağsu şəhər sakini Elşən Nağıyev deyir. Söyləyir ki, ötən ilin sonlarında podratçı təşkilatın işçiləri tərəfindən həyətinə bir maşın qum, 37 kisə sement və bir neçə qab emulsiya qoyaraq gediblər:

“Ötən il zəlzələ olanda evimlə bağlı müraciət etdim. Ağsu Rayon İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri gəlib evə baxış keçirdilər, təmir yazıb, akt tərtib etdilər. Mən bununla razılaşmadım, dedim ki, 50 ilin evidir, kərpicdən tikilib. Evin arxası getdikcə yerin dibinə batır. Amma mənə məhəl qoyan olmadı. Mən də Birinci vitse-prezident Mehriban Əliyevaya məktub yazdım. Ağsu Rayon İcra Hakimiyyətindən cavab gəldi ki, ayrılan smetaya uyğun evdə yalnız təmir işi aparılacaq. İki ay keçdi, gətirib həyətə sement, emulsiya və qum töküb getdilər.

Dedilər ki, evə ancaq suvaq çəkiləcək, döşəmə ilə tavanı dəyişmirəm. Təmirdə tavanla, döşəmə dəyişməməlidir. Soruşuram, niyə dəyişmirsən? Qohum-əqrabanın evinə təmir yazmısan, döşəməsini də, tavanını da dəyişmisən. Hirsləndim ki, onda bura niyə gəlmisən? Axırda dedim ki, evin yanı uçub, heç olmasa, onu tikin. Dedi ki, özün daşla hör, mən sonra sənə kömək edim. Elə iş olar? Min daş alsam, beş yüz manat edir. Axı, mənim o qədər pulum yoxdur. Qumu, sementi elə də qoyub getdilər. Dörd ay keçib, yağış sementin üstünə yağıb, olub daş”.

Şikayətçi növbəti dəfə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə məktub yazıb. Agentlikdən cavab gəlib ki, artıq sizin fərdi mənzilinizdə tikinti işləri aparılır. Bundan sonra o, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinə üz tutub: “Cavab gəldi ki, evimdə təmir gedir. Məcbur olub, bu il yanvarın 13-də Bakıya gəldim, Prezident Adminstrasiyasında oldum. Orada da eyniməzmunlu məktubumu təqdim etdim. Onlara dedim ki, gəlin, evə özünüz baxın. Babək küçəsində yeganə Qarabağ əlili mənəm, müharibədə canımı qoymuşam. Mənimlə eyni vaxtda müraciət edən adamların evini tikirlər, yaxud təmir edirlər. Lakin mənim şikayətimə baxan yoxdur. Onlara dedim ki, evim təmirlik deyil, yenidən tikilməlidir. Mənə dedilər ki, narahat olma, Ağsu Rayon İcra Hakimiyyətinə deyəcəyik, sənin evin tikiləcək. Söylədilər ki, bugünlərdə tikintiyə başlanılacaq. Yanvarın 13-dən gəlmişəm, hələ də xəbər-ətər yoxdur. Neçə dəfə də zəng etmişəm. Cavab verən yoxdur, telefonu götürmürlər.

İki gün öncə Ağsu Rayon İcra Hakimiyyətinə getdim. Problemimi danışdım. Orada da adama heç məhəl qoymurlar. Adamla elə söhbət edirlər, danışmasalar ondan yaxşıdır. Deyir ki, neyniyim, döyüşmüsən. Əsəbləşdim, dedim, sən burada rahat oturanda, mən müharibədə döyüşüb, yaralanmışam. Bildirdilər ki, təmirlə bağlı akt yazılıbsa, tələsmə. Necə tələsməyim? Heç nə etmirlər”.

Elşən Nağıyev söyləyir ki, qəzalı vəziyyətdə olan evin bir otağının tavanı qışda tamamilə qopub, FHN nümayəndələri təkrar baxış keçirsələr, evin qəzalı vəziyyətdə olduğuna əmin olacaqlar: “Müharibədə canımı qoymuşam ki, indi uçuq-sökük damda yaşayım? Qarabağda döyüşüb, amma yaralanmayanlarla eyni pulu alıram. Heç olmasa, evimi tiksinlər. Evin tavanı tamamilə qopub sallanırdı. Mən də söküb, yerə qoydum. Mən bir maşın daşı hansı pulla alım? Səksən manat pensiya ilə necə daş alım? Gözümün ağı, qarası bir oğlum var, hazırda əsgərlikdədir, qayıdıb, gələndən sonra evlənəcək. Düzünü danışaq, baxın, bu evdə necə yaşamaq olar? Nə təmir edirlər, nə də tikirlər. Artıq bir il tamam olub”.(dia.az)

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az