• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
20-02-2020, 18:25

Göygöl polisi Poladı (Pol və Ad)ı hüquqi müstəvidə “çarmuxa çəkəcək?”

Göygöl polisi Poladı (Pol və Ad)ı hüquqi müstəvidə “çarmuxa çəkəcək?”

Düşünürük ki, bu məqalə yayımlandıqdan sonra polis əməkdaşları adı çəkilən şəxsin əməllərinə hüquqi qiymət verəcəklər


Yəqin ki, Göygöl rayonu ərazisindəki Hava Limanına gedən yolun yaxınlığında fəaliyyət göstərən və yaş həddindən asılı olmayaraq “xanımlar”ın cinsi zoraklığa məruz qalmalarına lazımi şərait yaradan Polad (Pol və Ad) adlı şəxsin adının, təkcə bu rayonun ərazisində deyil, hətta ətraf şəhər və rayonlarda da dillər əzbəri olması haqda hər kəs məlumatlıdır. Bu şəxsin adının dillər əzbəri olmasına əsas səbəb, adı Pol və Ad söz birləşmələrindən əmələ gələn bu şəxsin uzun illər ərzində əxlaqsızlıq ünvanı işlətməsidir. Düşündürücü hal odur ki, hər kəs anadan olub böyüdükcə özünün gələcəkdə hansı işlə məşğul olacağını, hansı peşəni sevəcəyini, hansı arzulara qovuşacağını və s. qarşısına məqsəd qoyur. Əldə etdiyimiz şifahi məlumatlara görə, bu şəxs isə Göygöl rayonu ərazisində əxlaqsızlıq obyekti işlədəcəyini və belə bir yolla da, məhz özünə külli miqdarda var-dövlət qazanacağını qarşısına əsas məqsəd qoyur. Ona görə də, o, bu gün də belə bir çirkin əməllərindən əl çəkmək niyyətində deyil.

Onu da unutmaq olmaz ki, bugünə kimi Polad adlı şəxsin işlətdiyi əxlaqsızlıq ünvanında ara-sıra elə bir ciddi olaylar baş verib ki, o, işlətdiyi obyektini müəyyən müddət ərzində bağlamağa da məcbur olub. Çünki, adı çəkilən bu şəxsə məxsus obyektdə yaşananlarla bağlı, indiyə kimi bəzi media qurumlarının əməkdaşları tərəfindən müəyyən çəkilişlər həyata keçirilmiş və hətta sosial mediada baş verən qanunsuzluqlar, hər cür hoqqalar da ictimailəşdirilmişdi. Söylənilənlərə görə, bir neçə ay bundan əvvəl Polad adlı şəxsin işlətdiyi əxlaqsızlıq ünvanı yerli sakinlərin “qəzəbinə tuş gəlir”. Yəni, sakinlər bu şəxsin qol qoydurduğu iyrənc və qanunsuzluq əməllərinə etiraz əlaməti olaraq, deyəsən həmin obyekti “daşqalaq” da edirlər. Baş verən hadisə nəticəsində obyek tam şəkildə sıradan çıxmasa da, obyektə xeyli ziyan vurulduğu da iddia olunur.

Redaksiyamıza daxil olan məlumatlara görə, Polad adlı şəxs bu gün də iyrənc əməllərindən əl çəkmir və işlətdiyi obyektində yaş həddindən asılı olmayaraq qadınların cinsi istismarına lazımi şərait yaratmaqla məşğul olur. Belə bir səbəblər üzündəndir ki, hal-hazırda adı çəkilən bu şəxs qol qoyduğu əməllərinə görə, bölgədə ən çox “iş stajı” olan şəxs hesab olunur. O halda sual oluna bilər ki, görəsən yaşadığı bölgənin “dan ulduzu”na çevrilən Polada arxa-dayaq duran vəzifə sahibi kimdir? Bax budur, bizi düşündürən halın varlığı! Çünki, heç cür inandırıcı deyil ki, adı çəkilən bu şəxsə kimsə “arxa-dayaq” durmadan, o, Göygöl rayonu ərazisində belə bir formada “fironluq” edə bilsin. Bölgə müxbirimizin əldə etdiyi müəyyən məlumatlara görə, adı çəkilən bu şəxs orda-burda danışır ki, “Göygöl RPŞ-də bir yüksək çinli vəzifə sahibi var və o, mənə “arxa-dayaq” durur. Nə vaxt başımın üstündən “qarayel əsir”, o halda həmin vəzifə sahibi məni “düşdüyüm “bataqlıqdan” çıxarır. Tərəfimizdən apardığımız araşdırmalar zamanı belə bir məlumat da əldə edə bildik ki, sən demə adı iki sözün birləşməsindən əmələ gələn bu şəxsin, hər kəsin “Semaşko” kimi tanıdığı xəstəxananın baş həkimi ilə yaxın qohumluq əlaqəsi var. Ona görə də ehtimal etmək olar ki, Poladın “dan ulduzu”na çevrilməsində və “toxunulmaz şəxs” statusu qazanmasında, baş həkim Ədalət Dadaşovun xüsusi rolu olub. Sözsüz ki, bu bizim düşündüyümüz versiyalardan biridir. Düzdür belə bir məlumatı əldə etsək də, düşüncələrimiz bizi bir qədər götür-qoy etməyə də vadar edir. Çünki, hər kəsə o da güntəki aydındır ki, baş həkim Ədalət Dadaşov dövlətini, xalqını sevən bir şəxsdir. O halda ortaya başqa suallar da çıxır ki, görəsən baş həkim vəzifəsini daşıyan bu şəxs, səbəb nədir ki, Poladı tutduğu belə bir yoldan çəkindirmir? Yəni, o, ...

Məsələnin düşündürücü tərəfi odur ki, gün ərzində dövriyyəsi təqribən bir neçə yüz, bəlkə də min manatlarla hesablanan həmin obyektdə, bir ədəd olsun belə kassa aparatı yoxdur. Ona görə də, Poladın işlətdiyi obyektə üz tutan müştərilərə heç bir halda ödəniş qəbzi verilmir. Yəni, obyekt sahibi vergi məsələsini qarşı tərəflə razılığa gəldiyi formada həll edir. Belə bir halın varlığı da, obyekt sahibinin əldə etdiyi gəlirlərin daha çox hissəsinin vergidən gizlədilməsinə imkanlar açır. Bu həm əmək intizamının tələblərinin pozulması, həm də vergi cinayətinin baş verməsi demək olur. Əsas məqamlardan biri də, cütlüklər qiyməti razılaşdırılmış otaqlara daxil olarkən, həmin şəxslərin nigahda olub-olmadıqları araşdırılmır, obyektdə çalışan işçilərlə əmək müqaviləsi bağlanmır, natəmizlik halları tüğyan edir, ətraf ərazilərdə yaşayan sakinlərə hər cür narahatçılıq və ciddi problemlər yaradılır. Bu gün Polad adlı şəxsin əməllərini, eyni zamanda ona kənardan “krışalıq” edən və hələlik adını tam dəqiqləşdirə bilmədiyimiz şəxslərin atdıqları addımların varlığını eşitdikcə, sanki öz-özlüyümüzdə təəssüf hissi keçiririk. Hətta, bu cür iyrənc əməllərin baş verməsinə birbaşa cavabdehlik daşıyan vəzifə sahiblərinin fəaliyyətlərini tənqid etməkdən də çəkinmirik.

Düşündürücü halın varlığı odur ki, bu şəxs bölgədə öz adı ilə deyil, daha çox əxlaqsızlıq ünvanı işlətdiyinə görə tanınır. Əldə etdiyimiz müəyyən məlumatlara görə, Poladın əməlləri ilə bağlı media qurumlarında məqalə dərc olunduqdan və baş verənlərlə bağlı aidiyyəti qurumlar məlumatlandırıldıqdan sonra, hüquq-mühafizə orqanı əməkdaşları bu şəxsin işlətdiyi obyektlə bağlı müəyyən tədbirlər görürlər. Amma çox keçmir ki, obyekt sahibi yenidən fəaliyyətə başlayır və “şərəfli missiya”sını “uğurla” həyata keçirməyə çalışır. Düşünürük ki, bu məqalə yayımlandıqdan sonra Göygöl polisi adı çəkilən bu şəxsin əməllərinə hüquqi qiymət verilməsi üçün, onu hüquqi müstəvidə “çarmuxa çəkəcək”.


P.S. Hörmətli oxucular! Çox yaxın günlərdə Göygöl rayonunda Hava Limanına gedən yolun yaxınlığında fəaliyyət göstərən və Polad (Pol və Ad) adlı şəxsə məxsus olduğu söylənilən əxlaqsızlıq ünvanında həyata keçirilmiş çəkilişi, həmçinin baş verən “tükürpədici” addımları hər kəsin diqqətinə çatdırmağa çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın.

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az