• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
28-02-2018, 10:48

Bayıl sürüşməsi pulda “ilişib”

Bayıl sürüşməsi pulda “ilişib”
Sürüşmə ərazisindəki mənzillərindən köçürülən vətəndaşların bəzisi kirayə haqqının az olmasından şikayətçidir

Bayıldakı sürüşmə ərazisindəki mənzillərindən köçürülən vətəndaşların bəzisi kirayə haqqının az olmasından şikayətçidir.

Səbayel Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov modern.az-a iddialarla razılaşmadığını bildirib: “Orada yaşayan sakinlərin heç birinin qeydiyyatı olmayıb. Evlərin hamısı qeyri-qanuni tikilib. Dövlət onları kirayə haqqı ilə təmin edərək, təhlükəsiz əraziyə köçürülməsini təmin edib. Onların heç biri Səbayel rayonun sakini deyil. Müxtəlif rayon sakinləri və məcburi köçkünlərdir. Hətta aralarında başqa yerlərdə mənzilləri olanlar da var. Onu da bildirim ki, kirayə haqlarını rayon icra hakimiyyəti müəyyən etmir, normativlərə uyğun olaraq Nazirlər Kabineti müəyyən edir. Biz sadəcə icraçı qurumuq. Ailə tərkibi 1-5 olanlara 200 manat, 6-7 nəfər olanlara 250 manat, 8 və daha çox olanlara 300 manat məbləğində 11 aylıq kirayə haqqı müəyyən edilib”.

İ.Kərimov bildirib ki, Bayıl sürüşmə ərazisində kirayə haqqı 100-150 manatadır:

“Həm də məcburi deyil ki, hamı Bayılda kirayəyə ev tutsun. Bakının 12 rayonu var, hansı onlara uyğundursa, orada da qala bilərlər. Biz buna etiraz etmirik, edə də bilmərik”.

İcra hakimiyyəti rəsmisi bəzi vətəndaşların kirayə haqqını almaqdan imtina etməsi məsələsinə də aydınlıq gətirib:

“Axı kim verilən puldan imtina edər? İmtina ediblərsə, demək, qalmağa yerləri var. Heç kim də imtina etməyib”.

Nazirlər Kabineti tərəfindən bu ərazidə yaşayan 98 ailənin 11 aylıq kirayə haqları bu cür müəyyənləşdirilib: ailə tərkibi 1-5 nəfər arası olanlara 200 manat, 6-7 nəfər olana 250 manat, 8-dən çox olanda 300 manat veriləcək. Məlumata görə, bugünədək sənədlərini təqdim etmiş 67 ailə üçün “Beynəlxalq Bank”ın Səbayel filialında açılmış hesaba köçürülüb və artıq sakinlər pullarını almağa başlayıb. Tam uçmuş 4 evin sahiblərinə isə birdəfəlik kompensasiya ödəniləcək.

“Bayıl sürüşməsinə görə sakinlərə veriləcək kirayə haqqı ədalətli deyil”.

Bu sözləri Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı “Yeni Müsavat”a açıqlamasında bildirib. Ekspertin fikrincə, icra hakimiyyəti bir qədər bu məsələdə xəsisliyə yol verib:

“Yəqin həmin ərazidə fərdi yaşayış evlərinin kirayə haqqını nəzərə alıblar. Lakin ailə tərkibi baxımından məsələyə yanaşsaq, bu, ədalətsizlikdir. Məsələn, 7-8 ailə üzvü ən azı 3 otaqlı mənzil tələb olunur. Halbuki Bayılda, hətta Qobustanda belə 3-4 otaqlı mənzillər üçün 270-280 manat vəsait azdır. Buna görə də mən hesab edirəm ki, deyilən rəqəmlər azdır. Bu rəqəmlərin üzərinə minimum olaraq 20-25 faiz artırmaq lazımdır.

Bakıda hazırda kirayə qiymətləri kifayət qədər yüksəkdir. Fərdi yaşayış evlərinin qiymətləri nisbətən aşağıdır".

Paytaxtdakı kirayə evlərin qiymətləri ilə bağlı maraqlandıq. Ev alqı-satqısı, kirayəsi ilə məşğul olan makler Tahir Cəbiyev “Yeni Müsavat”a danışarkən bildirdi ki, hazırda paytaxtda orta təmirli 1 otaqlı mənzillər 250 manatdan başlayır:

“Kirayə haqları əsasən şəraitdən, təmirdən asılıdır. Məsələn, elə evlər var ki, 2 otaqlıdır, hər cür şəraiti var, 700-800 manatadır. Eləsi də var ki, orta təmirli 3 otaqlıdır, qiyməti 500 manatdır. Şəhər mərkəzlərində qiymətlər daha bahadır. Lakin mərkəzdən kənarda orta təmirli mənzilləri 300-350 manata kirayələmək olur”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az