• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-10-2026 Pulumuz dərmana gedir – QORXUNC statistika
  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da
  • 17-10-2026 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı PAYLAŞIM - VİDEO
  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər
  • 17-10-2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026 Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - VIDEO
  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın

XƏBƏRLƏR

    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
28-02-2018, 10:21

Eldar Mahmudova qarşı çıxan yeganə general yeni araşdırma tələb edir

Eldar Mahmudova qarşı çıxan yeganə general yeni araşdırma tələb edir
Antiterror Mərkəzinin rəisi Elçin Quliyev MTN polkovniki Malik Mustafayevin intihar etməsi barədə işin təzələnməsini istəyir
Bakı Apelyasiya Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin barələrində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası davam edir. Hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə Elçin Quliyevin vəkili Ziyad Abbaszadə vəsatətlə çıxış edib və iclasın qapalı keçirilməsini istəyib. Məhkəmə vəsatəti təmin etməyib.

Elçin Quliyev həbs ediləndən sonra Eldar Mahmudova qarşı çıxan yeganə MTN generalıdır. Digər həbsdəki MTN-çilər barəsində məhkəmə prosesi qapalı keçirilsə də, Elçin Quliyevin işi üzrə proses açıq keçirilir. Sonuncu prosesdə onun vəkili MTN-in 2013-cü ildə keçirdiyi “Şimal küləyi” və “Qərb qütbü” əməliyyatlarına ayrılan vəsaitlə bağlı Elçin Quliyevə ittiham verildiyini deyib.

Bildirib ki, pulların ayrılması ilə bağlı və həmin sənədlərin məhv edilməsi barədə nazir Eldar Mahmudovun və nazir müavini Hilal Əsədovun əmri olub: “Bu işlə bağlı heç bir araşdırma aparılmadan Elçin Quliyevə 7 milyon 736 min 58 manat ittiham verilib. Xahiş edirik ki, bu məsələnin araşdırılması ilə bağlı ekspertiza təyin olunsun”.

Elçin Quliyev isə bildirib ki, ondan heç kim hansı agentə nə qədər pul verdiyini soruşmayıb: “Bu pulların verilməsi ilə bağlı maliyyə idarəsinin heç bir məlumat olmayıb, ola da bilməz. Çünki mənim səlahiyyətimdə olan agentimi heç kim tanımayıb. Mən agentlərimi rəhbər şəxslərə deyə bilərəm. Maliyyə İdarəsinin arayışı əsasında bu məsələ araşdırılıb”.

Elçin Quliyev bildirib ki, mərhum müavini, polkovnik İlqar Əliyevin öz agenti olub:

“Mən də onun agentlərini tanımamışam. Nazirin də, nazir müavininin də öz agenti olub. Heç birimizin agentini tanımamışıq, bu iş məxfi saxlanılıb. Mən heç bir dövlətin pulunu mənimsəməmişəm. Əgər bu qədər pulu mənimsəsəydim, villalarım, obyektlərim olardı. Bu gün banka borcum var”.

Məhkəmə bu vəsatəti də baxılmamış saxlayıb. Elçin Quliyevin vəkili həmçinin MTN polkovniki Malik Mustafayevin intihar etməsi barədə düzgün araşdırma aparılmamasını deyib, bununla bağlı mütəxəssisin rəy verməsini istəyib. Hakim bu vəsatəti də təmin etməyib.

E.Quliyevə verilən ittihamlardan biri də MTN polkovniki Malik Mustafayevin intihar həddinə çatdırılması ilə bağlıdır.

E.Quliyevin vəkili deyir ki, bu ölüm hadisəsi ilə bağlı düzgün araşdırma aparılmayıb: “Biz yenidən ekspertiza keçirilməsini istəyirik”.

Yada salaq ki, Milli Təhlükəsizlik Nazirliyinin polkovnik rütbəli əməkdaşı Malik Mustafayev 2014-cü ildə intihar edib. Onun qardaşı Mətləb Mustafayev mətbuata açıqlamalarında bildirib ki, qardaşı o dövrdə ATM rəisi olan Elçin Quliyevlə söhbətdən sonra intihar edib.

Sitat: “Qardaşım, 31 il MTN-də işləmiş, bu orqanın fəxri əməkdaşı, Qarabağ müharibəsi veteranı, 2011-ci ildən polkovnik rütbəsi daşıyan Mustafayev Malik Nəriman oğlu nazir Eldar Mahmudovun qəbuluna girərək, mənə qarşı aparılan bu kampaniyaya son qoymağı xahiş edib. Eldar Mahmudov isə ona bildirib ki, ”sənin qardaşın Mövlan Şıxəliyevin, Elçin Quliyevin tələb etdiyi ifadələri verməsə, nəinki onu, sənin bütün qohum-əqrəbanı həbs etdirəcəyəm".

Bunun nəticəsi də o oldu ki, 17 oktyabr 2014-cü il tarixdə kiçik bacım Hümbətova İradə Nəriman qızının yaşadığı Binəqədi rayonu Rəsulzadə qəsəbəsindəki həyətə Elşən Murtuzovun rəhbərlik etdiyi 10 nəfərlik qara maskalı şəxslər daxil oldular. Onları avtomat gücünə həyətə çıxararaq, özləri ilə gətirdikləri narkotiki evə qoymaq istəsələr də, alınmadı. Evin altını üstünə çevirdilər və öz məqsədlərinə çata bilmədən çıxıb getdilər. Qardaşım bu hərəkətlərdən sonra özünə gələ bilmədi. Qardaşım 1 noyabr 2014-cü ildə Elçin Quliyevin qəbuluna getdi. Elçin Quliyev qardaşıma nə dedisə, 2 gün sonra öz yaşadığı həyətdə özünü asaraq intihar etdi".

Mətləb Mustafayev qardaşının ölümündə Elçin Quliyevi, keçmiş nazir Eldar Mahmudovu və digər adını çəkdiyi MTN əməkdaşlarını görür.

Qeyd edək ki, E.Quliyev apelyasiya şikayətində Bakı Hərbi Məhkəməsində çıxarılan hökmün ləğvini və ona bəraət verilməsini istəyib.

E.HÜSEYNOV,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az