• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
28-02-2018, 10:11

İŞİD-in əlindən qaçıb gələn çeçen uşaqlar: Onların hekayətləri dəhşət doğurur

İŞİD-in əlindən qaçıb gələn çeçen uşaqlar: Onların hekayətləri dəhşət doğurur
ABŞ-ın The New York Times qəzetinin əməkdaşı Endryu Kramer İŞİD-in əlindən qoparılıb yenidən Çeçensitana, doğmalarına geri qaytarılan körpə uşaqlar barədə yazıb.

Yüzlərlə az yaşlı uşaq ABŞ-ın rəhbərliyi altındakı koalisiya və ya Suriya hökumət qoşunları tərəfindən İŞİD-dən azad edilən şəhərlərin dağıntıların altından çıxarılaraq Rusiyaya təhvil verilib. Rusiya hakimiyyəti isə onları yenidən yaxın qohumlarına verib.

“Rusiya avqustdan bu yana 71 uşaq və 26 qadını öz yurduna geri qaytarıb. Rusların bu insanlara yumşaq siyasətini başa düşmək olar. Hər halda onların İŞİD düşərgələrində böyüyüb tamamilə radikallaşmış halda ölkəyə gəlmələrindən yaxşıdır”, - müəllif yazır.

Analitiklərin hesablamalarına görə, İraq və Suriyadakı düşərgələrində və uşaq evlərində xarici terrorçulara mənsub 5 min qadın və körpə saxlanılır. Uşaqlardan bir çoxu heç bir ölçüyəgəlməz təcavüz və zorakılıqların şahidi olblar. Böyük bir qismi hətta bu səhnələrin iştirakçısına çevriliblər. Almaniyanın Daxili Təhlükəsizlik İdarəsinin rəhbəri Hans Georq Maasennin “Reuters”ə bildirdiyinə görə, bu azyaşlılaırn beyinləri yuyulub: “Biz həmin uşaqların gec partlayan canlı bombalara dönmə təhlükəsini hər zaman hiss etməliyik”.

“Lakin bu sözləri sarı saçlı və incə barmaqlı 4 yaşlı Bilal haqqında söyləmək çətindir. Bilal keçən yay İŞİD-in nəzarət etdiyi ərazilərdən Rusiyaya qaytarılan ilk uşaqdır.

Bilalın nənəsi Roza Murtuzayevanın dediyinə görə, uşaq İraqda baş verənlər barədə danışmır və atası Həsənə bağlılğını qoruyur. “ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Mosula girdikdə ata və uşaq zizəmilərdə yaşayıb. Bilal yeganə qidası olan qaynadılımış kartofdan başqa bir şey xatırlamır. Onlar ələ keçirildikdən sonra atası İraq həbsxanalarında yoxa çıxıb. Bilalı isə dağıntıların altından çıxarıblar və ruslara təhvil veriblər. İndi o, uşaq bağçasına gedir və olduqca şən və ünsiyyətcildir.

Kramerin yazdığına görə, heç də bütün uşaqlar Bilal kimi özlərinə tez bir zamanda gəlməyiblər. Onların bir çoxu hələ də ətraflarına kinlə baxır və susurlar.

“8 yaşlı Xədicəni Mosul küçələrinin uçulmuş binalarının altından tapıblar. Nənəsi onu yardım qrupunun internetdə yaydığı şəkillər içində tanıyıb.

Xədicə su xəndəyinin içində, əlləri yanmış və çənəsi bağlanmış halda aşkar edilib. Qız anası, habelə iki qardaşı və bacısının başına nə gəldiyini dəqiq demir. Xatırladığı bir şey var. Onların hamısını güllələdilər. Xədicə isə əllərini qaldırıb və ərəbcə “atəş etməyin” deyə yalvarıb. Bununla o sağ qala bilib.
İndi Xədicə günlərlə divanda uzanıb, geniş ekranda cizgi filmləri sönük gözlərlə seyr edir”, - yazıda qeyd olunur.

9 yaşlı Adlanın sözlərinə görə isə, Mosul İŞİD-in əlində olanda o, məktəbə gedirmiş və digər rusdilli uşaqlarla birlikdə oynayırmış. Mosul döyüşlərində onların evinə bomba düşüb. “Adlandan başqa ailəsinin bütün üzvləri, anası, qardaşı və bacıları həlak olub”, - Adlanın babası Əli nəql edir.

“Uşaq bağçasının psixoloqu karandaşla rəsm çəkməyi xahiş etdikdə Adlan ev və çiçəkləri təsvir edir. Bu isə yaxşı əlamətdir”, - Kramer yazır.

6 yaşlı Həmzət və qardaşları Çeçenistanın Daçu Boza kəndinə nənəsinə geri verilib. “İlkin dövrlərdə uşaqlar ancaq hərbi oyunları oynayırdılar. Sonradan davranışları yumşaldı”, - nənə Belant Zulqayeva müəllifə bildirib.

“Həmzətin ailəsi İraqın Telafər şəhərində yaşayıb. Atası ABŞ və İraq ordusu ilə döyüşdə öldürülüb. Bomba onların qonşularının evlərini yerlə bir etdikdən sonra ana Fatimə 3 oğlan uşağı və kiçik qızla birlikdə şəhəri tərk edib. Lakin İraq hakimiyyəti nəzarət məntəqəsində ananı uşaqlardan ayırıb həbs edib, körpələri isə Rusiya hakimiyyətinə təhvil verib. “Onların yaşamasının özü bir möcüzədir”, - nənə Zulqayeva “The New York Times”a göz yaşı ilə deyib.

Musavat.com

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az