• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
27-02-2018, 12:45

Leyla Əliyeva Heydər Əliyev Mərkəzində “Xocalı 613” adlı klassik musiqi gecəsində iştirak edib - FOTO

Leyla Əliyeva Heydər Əliyev Mərkəzində “Xocalı 613” adlı klassik musiqi gecəsində iştirak edib - FOTO
Fevralın 26-da Heydər Əliyev Mərkəzində "Xocalı 613" adlı klassik musiqi gecəsi keçirilib.

Nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Leyla Əliyeva əvvəlcə Mərkəzin foyesində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş sərgi ilə tanış olub.

Sərgidə Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdiyi soyqırımını, bu faciənin miqyasını əks etdirən fotolar yer alıb.

Xocalı qətliamı kimi faciələrin bir daha törədilməməsinə çağırış edən simfonik poema

Xocalı soyqırımına həsr olunan musiqi gecəsində Azərbaycan və dünya bəstəkarlarının klassik əsərləri, eləcə də fransız bəstəkar Pyer Tiloyun (Pierre Thilloy) "Xocalı 613" simfonik poeması təqdim edilib. Solistlər Şükür Səmədov (klarnet) və Səbinə Rakçeyeva (skripka) olub.

Musiqi gecəsində Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib. Orkestrin ifasında görkəmli Azərbaycan bəstəkarları Fikrət Əmirovun "Azərbaycan kapriççiosu", Qara Qarayevin "Matəm odası", "Don Kixot" simfonik qravürlərindən "Səyahət" fraqmenti, Asəf Zeynallının "Muğamsayağı" (skripkada Ceyla Seyidovanın solistliyi ilə), amerikalı bəstəkar Samuel Barberin "Adajio" əsərləri səsləndirilib.

Pyer Tiloyun "Xocalı 613" simfonik poeması Ermənistan silahlı qüvvələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdiyi soyqırımı zamanı qətlə yetirilmiş 613 mülki azərbaycanlının xatirəsinə ithaf olunub. Əsər qərb klassik musiqisi və "Laçın", "Sarı gəlin" mahnıları da daxil olmaqla Azərbaycan xalq musiqilərini özündə birləşdirir, marş ritmləri, əsgər yürüşü və pulemyot atəşi səslərinin sintezi ilə Xocalı faciəsinin dəhşətlərini çatdırır. "Xocalı 613" simfonik poeması sülhə və Xocalı qətliamı kimi faciələrin bir daha törədilməməsinə çağırış ifadə edir.

Pyer Tiloy: İnsan dostlarının həm sevincini, həm kədərini bölüşür

Qeyd edək ki, musiqi gecəsindən əvvəl Pyer Tiloy simfonik poeması ilə bağlı fikirlərini jurnalistlərlə bölüşüb: "Xocalı 613" mənə ən uyğun əsər adı kimi göründü. Çünki Xocalı şəhərin adı, 613 isə qurbanların sayıdır". Azərbaycana 20 ildir gəlib-getdiyini bildirən bəstəkar bu mövzuya təsadüfi müraciət etmədiyini söyləyib. "Ölkənizlə yaxından maraqlanıram və Azərbaycanda dostlarımın sayı get-gedə çoxalır. İnsan dostlarının həm sevincini, həm də kədərini bölüşür, onların kədərini özündə daşıyır. Hər zaman azərbaycanlı dostlarım mənimlə Xocalı barədə düşüncələrini bölüşəndə öz-özümdən soruşurdum ki, nə edə bilərəm. Bilirdim ki, Avropa musiqi mühitində bu mövzu, demək olar ki, heç tanınmır, Xocalı barədə məlumat çox azdır. Düşündüm ki, musiqi ən uyğun yoldur", - deyə Pyer Tiloy söyləyib.

Azərbaycanla bağlı digər əsərlərinin olduğunu qeyd edən bəstəkar onların sırasında müharibə mövzusunu, eləcə də Azərbaycanın müharibə ilə bağlı çətinliklərini əks etdirən "Cəhənnəmin göz yaşları" əsərini, habelə "Yanardağ" əsərini diqqətə çatdırıb, bu istiqamətdə yaradıcılığını davam etdirəcəyini deyib.

Bəstəkar Xocalı soyqırımı barədə məlumat alarkən təsirləndiyini və bu faciəyə əsər həsr etmək qərarına gəldiyini bildirib: "Mən Azərbaycana ilk səfərlərimin birində fotosərgidə iştirak etdim və orada balaca bir uşaq şəkli gördüm. Onun kim olduğunu soruşduqda həmin uşağın məcburi köçkün olduğunu dedilər. Mən o zaman məcburi köçkünləri olan bir ölkəyə səfər etdiyimi başa düşdüm. Ondan sonra araşdırmaya başladım, bu müharibə haqda bir çox məlumatlar əldə etdim. 1992-ci ildə mənim 22 yaşım vardı, beynəlxalq siyasətlə maraqlanırdım, amma Xocalı soyqırımı haqqında heç nə eşitməmişdim. Fikirləşdim ki, belə qətliamın üzərindən sükutla keçilməsi ədalətsizlik olar və bu barədə əsər yazmağı qərarlaşdırdım".

Xatırladaq ki, "Xocalı 613" əsərinin premyerası 2013-cü il fevralın 21-də Parisdə olub. Daha sonra əsər London, Müluz, Strasburq, Ruan, Kolmar, Brüssel, Afina, Vilnüs, Bern, Cenevrə, Dublin, Oslo və digər şəhərlərdə təqdim edilib.

Heydər Əliyev Mərkəzində səsləndirilən klassik musiqini dövlət və hökumət rəsmiləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, mədəniyyət və ictimai xadimlər, Xocalı şahidləri dinləyiblər.










Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az