• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 18-07-2026 Baş çavuş vəfat etdi
  • 18-07-2026 İstirahət günü 38 dərəcə isti olacaq
  • 18-07-2026 "Tesla"nın 20 min avtomobili ilə bağlı kritik qərar verildi
  • 18-07-2026 Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib
  • 18-07-2026 DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq
  • 18-07-2026 Tramp Messi, Ronaldo və Keyndən danışdı
  • 18-07-2026 Bu sayda şəxsə yaşa görə əmək pensiyası təyin olundu
  • 18-07-2026 Moskvaya 370 dronla hücum: Mer hamısı vurulub deyir, amma neft anbarı yanır...
  • 18-07-2026 11 və 8 yaşlı 2 uşaq itkin düşdü
  • 18-07-2026 İran rəsmisi BMT-ni ittiham etdi
  • 18-07-2026 "Qadınlarda kişiləşmə, kişilərdə qadınlaşma gedir, bilmirsən, yeməkdəndir, ya içməkdən..."
  • 18-07-2026 Kadırovdan ŞOK ÇAĞIRIŞ - NATO-ya müharibə ELAN ETDİ
  • 18-07-2026 "Adımdan yalan danışıb, camaatı üstümə qaldırmayın"
  • 17-07-2026 Türkiyə və Rusiya arasında meyvə müharibəsi!
  • 17-07-2026 "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
  • 17-07-2026 Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub
  • 17-07-2026 “Qarabağ”ın oyunu canlı yayımlanacaq
  • 17-07-2026 İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı
  • 16-07-2026 Azərbaycan neftinin qiyməti 86 dollardan yuxarı qalxdı
  • 16-07-2026 Talamus nədir? Talamusun vəzifələri və funksiyaları

XƏBƏRLƏR

    DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq
    "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
    “Qarabağ”ın oyunu canlı yayımlanacaq
    DÇ-2026: Argentina - Misir oyununun hakimi barədə qərar verildi
    Harri Keyn İngiltərə millisində yeni rekorda imza atıb
    10 il Seneqal millisinin həkimi olub: məlum oldu ki...
    FİFA-dan tarixi qərar: Dünya Kuboku finalında futbol qaydaları pozulacaq FOTO
    "Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
    “Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
    "Bizə daha çox transfer lazımdır"
27-02-2018, 11:59

Daşkəsən Təhsil Şöbəsində görünməmiş saxtakarlıq - İDDİA

Daşkəsən Təhsil Şöbəsində görünməmiş saxtakarlıq - İDDİA
Daşkəsən rayonu İ.Qayıbov küçəsi 45, mənzil 21-də yaşayan Məmmədova Nuriyyə Cəlil qızı "Təzadlar"a prezident cənab İlham Əliyevə və Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya ünvanlı müraciəti daxil olub. N.Məmmədova müraciətin ictimailəşməsini xahiş edərək, məsələ ilə bağlı aidiyyəti orqanların tədbir görməsini istəyir.

Üzləşdiyi haqsızlığa qarşı susmayacağını bildirən N.Məmmədova Şəmkir Rayonu 7 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Arzu Əmiraslanov və Daşkəsən Rayon Təhsil Şöbəsinin baş mühasibi Qəhrəman Musayevin yazdıqları saxta aktlar əsasında işdən qanunsuz çıxarıldığını yazır. N.Məmmədovanın yazdığına görə, işdə ola-ola Qəhrəman Musayev Mahmud və Kamil adlı işçilərə hədə-qorxu gəlib ki, ya işdən çixarılacaqlar, ya da onun işdə olmaması ilə bağlı aktı imzalasınlar: "Qəhrəman Musayev və Arzu Əmiraslanov dedi ki, bu, Təhsil Nazirliyinin tapşırığıdır. Halbuki mən 1989-cu ildən Daşkəsən Rayon Təhsil Şöbəsində mühasib işləyirəm. 01.03.2016-cı il tarixdə Şəmkir, Gədəbəy və Daşkəsən rayon təhsil şöbələrinin bazasında Şəmkir Regional Təhsil İdarəsi yaradılandan sonra mən Qəhrəman Musayevlə Arzu Əmiraslanovu məhkəməyə verərək, pozulmuş hüquqlarımın bərpasını tələb etdim. Məhkəmədə də onlar mənim işdən çıxarılmağımın Təhsil Nazirliyinin tapşırığı olduğunu dedilər".

Şəmkir Rayonu 7 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Arzu Əmiraslanov və həmkarlar ittifaqı təşkilatının qərarı ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə işdən azad olunduğunu yazan N.Məmmədova bunun qanunsuz olduğunu bildirir: "Mən heç həmkarlar ittifaqı təşkilatının rəhbərini tanımıram, bir dəfə də olsun görməmişəm. Qadındır, yoxsa kişi, onu da bilmirəm. Həmkarlar ittifaqı təşkilatının rəhbəri neçə dəfə iclas çağrıb, harada keçirib, xəbərim olmayıb. Halbuki Daşkəsən Rayon Təhsil Şöbəsinə ədəbiyyat məlimini Qəhrəman Musayev baş mühasib təyin olunandan sonra - 8 ildən çoxdur onun etmədiyi qanunsuzluq qalmayıb. Qoşa-qoşa xarici maşınları, villaları… Görəsən, bunları əmək haqqı ilə almaq mümkündürmü? Çünki hər bir məktəb direktorundan əmək haqqı cədvəlini yazanda 50-100 manat pul alır. Bir ayda ən azı 10 min manat pul "qazanır".

Eləcə də, 7 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Arzu Əmiraslanov. Bu vəzifədə işlədiyi bir il müddətində «qazandığı» pulların sayı-hesabı yoxdur. Yoxsa, Bakıda aldığı villa və avtomobillərin pulu haradan gəlir?! Mənbəyini mən deyə bilərəm. Daşkəsən rayonunda 45 məktəb var. Onlardan dördü məktəbdənkənar təşkilatdır. 41-i isə şəhər və kənd məktəbləridir. Əgər kəndlərdə yaşayış yoxdursa, məktəb necə ola bilər? Bəzi kəndlərdə isə az uşaq olsa da, dərslər keçilmir. Bir sözlə, məllimlər uşaqları tanımır. Qapısı açılmayan məktəblərdə dərs bölgüsü gedir və dərs cədvəlləri Təhsil Nazirliyində təsdiqlənir, məktəblərə inventarlar ayrılır. Həmin inventarlar isə qapısı bağlı və digər məkəblərdə dəyişdirlir. Pulları isə Qəhrəman Musayevlə Arzu Əmiraslanovun cibinə axır. Rayonun məktəblərində aparılan yoxlamalar əsasında beş direktor və təhsil şöbəsinin müdiri Nazim Verdiyev işdən azad olundu.

Daşkəsən şəhər N.Nərimanov adına 3 nömrəli tam orta məktəbin direktoru Zaur Məmmədov sabiq təhsil naziri Mikayıl Cabbarovun 25.10.2016-cı il tarixli 11/974 saylı əmri ilə ƏM-nin 186-cı maddəsinin 2 ci hissəsinin "b" bəndinə əsasən sonuncu xəbardarlıqla şiddətli tötmət aldıqdan 23 gün sonra onun Daşkəsən Rayon Təhsil Şöbəsinə müdir təyin edilməsindən ötən müddət ərzində etdiyi qanunsuzluqları yerə-göyə sığan deyil. O, 03.03.2017-ci il tarixli məktubunda məktəb direktorlarına 21 müəllimin mərkəzləşdirilmiş qaydalara zidd olaraq TN-nin muvafiq şöbələri ilə razılaşdırlmadan musabiqədən keçmədiklərinə görə onların Əmək Müqaviləsinin 3 gün müddətinə dəyişməsini tələb etmişdir. Bildirimişdir ki, müqavilənin tarixi 14.06.2017-ci ilədək olmalıdır. Z.Məmmədovdan psixoloqların hansı səbəbdən işdən çıxarıldıqlarını tələb edəndə təhsil naziri Mikayıl Cabbarovun əmri əsasında işdən azad olduqlarını dedi, həmin əmri tələb edəndə isə vermədi.

Daşkəsən Rayon Təhsil Şöbəsində görünməmiş saxtakarlıq?! Z.Məmmədovun məktəb direktorlarına ünvanladığı 03.03.2017-ci il tarixli məktubu məktəb direktorlarına RTŞ-nin iclasında paylanmışdı. TŞ müdiri bildirmişdi ki, bu, Təhsil Nazirliyinin verdiyi tapşırıqdır, qeyd-şərtsiz yerinə yetirilməlidir. Elə oradaca işin icrasının yerinə yetirilməsinə nəzarəti qayınatasi Əli Ələsgərova - RTŞ-nin kadrlar şobəsinin müdirinə tapşırmışdı. Lakin gəlin görək işin icrası bugünədək yerinə yetirilibmi?! Əlbəttə, yox! Yalnız Kəmərqaya kənd tam orta məktəbinin direktorunu çıxmaq şərtilə.

Bu isə belə olub. Təhsil şobəsinin müdirinin məktubunun siyahısında olan Kəmərqaya kənd tam orta məktəbinin müəllimləri Namazov Sakit və Namazova Günayın ƏM-nin müddəti 1 noyabr 2016-cı il tarixə qədər olduğu üçün məktəbin direktoru TŞ-nin müdirinin məktubundan 4 ay əvvəl onların ƏM-nin müddətini yenidən 14.06.2017-ci ilə qədər uzatmışdır.

Qeyd edim ki, məktəbin direktoru Tərlan Əsədovanın həmin vaxt Elektron İmzası olmadığından o, onların ƏM-ni Elektron İnformasiya Sisteminə daxil edə bilməmişdir. Cunki o, direktor vəzifəsinə elə 1 noyabr 2016-ci il tarixində təyin olunmuşdur (Elektron İmzasini 2 fevral 2017-ci ilin sonunda almışdır).

03.03.2017-ci ildə Namazov Sakit və Namazova Günayın ƏM-ni sistemə köçürtmüşdür. Atalar demişkən: "Sən saydığını say, gör fələk nə sayır». Sən demə, RTŞ müdirinin məktəb direktorlarına payladığı məktub bir məzhəkə, bir oyun imiş. Yəni pul toplamaq tələsi. Kəmərqaya kənd tam orta məktəbin direktoru təzə işlədiyindən "oyun qaydalarından" kənara çıxıb. RTŞ müdiri onu "oyun qaydalarına" salmaq üçün 10.04.2017-ci il tarixdə təhsil şöbəsinə çağırıb və Namazov Sakit və Namazova Günayın ƏM-nin müddətini dəyişdirməsini tələb edib. Məktəb direktoru bunun mümkünsüz olduğunu bildirib. Belə ki, artıq bunun əmr kitabına, əmək kitabçasına yazıldığını və Elektron Sistemə köçürüldüyünü deyib. Bundan narazı qalan RTŞ müdiri Zaur Məmmədov öz Elektron İmzası ilə sistemə daxil olub və Namazov Sakit və Namazova Günayın ƏM-nin şərtlərini dəyişdirərək müddətsiz edib. Bu qanunsuzluğun üstü açılanda RTŞ müdiri dəyişikliyi sifariş əsasında etdiyini soyləyib. Özünün dediyinə görə, onu bu işə məcbur edən TN-də İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov olub. Adam RTŞ müdirinin dediklərinə bir tərəfdən inanmaq istəyir, digər tərəfdən yox. Ona görə inanmaq olmaz ki, bəs yerdə qalan 19 nəfərin ƏM-ni bu günə kimi niyə dəyişməyib?! Rayonda belə bir söhbət də gəzir ki, - babalım yalan deyənlərin boynuna, - guya RTŞ müdiri 03.03.2017-ci il tarixli məktubundakı siyahıda olan 21 nəfərin hər birindən 2 min manat alaraq onların Əmək Müqaviləsini müddətsiz edib.

Məsələ burasındadır ki, şəhər və kənd məktəblərində ibtidai sinif məllimlərinə dərs saatları da rüşvət hesabına bölünür. Bütün bunlardan 7 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Arzu Əmiraslanovun xəbəri var. Amma Nazim Verdiyevin qanunsuzluqlarının üstünü ört-basdır edir. Qəribəsi budur ki, nazirin işdən azad etdiyi adamlar rayonda daha yüksək vəzifələrə təyin olunurlar. Görəsən, Təhsil Nazirliyində Qəhrəman Musayevlə Arzu Əmiraslanova bu şəraiti yaradan məmur kimdir?

7 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzindən məllimlərin dərs saatlarının düzgün bölünməsini tələb edəndə diaqnostik qiymətləndirməni gözə soxurlar. Qanunvericilikdə ibtidai siniflərdə dərs bölgüsü yoxdur. Lakin müəllimin razılığı olmadan onun dərs saatını bölüb pul aldıqları müəllimə verirlər, adını da qoyurlar ki, balın azdır. Ancaq istədikləri məbləği versəydilər, heç nə nəzərə alınmadan dərs saatları yerində qalardı.

Z.Məmmədovun Daşkəsən şəhər N.Nərimanov adına 3 nömrəli tam orta məktəbin direktoru işlədiyi dövrdə etdiyi qanunsuzluqlara görə işdən azad olunduğu tarixlə işə bərpa olunduğu tarixi müqayisə edəndə adam dəhşətə gəlir.

Bir məsələni də qeyd edim ki, keçmiş təhsil şöbə müdiri N.Verdiyevi direktor təyin etsələr də, o, məktəbə gəlmirdi, onun vəzifəsini yaxın qohumu, məktəbin keçmiş direktoru Sənan Allahverdiyev icra edirdi.

Bütün bunlar barədə Daşkəsən Rayon İcra Hakimiyyətinin başcısı Əhəd Abıyevə müraciət etdim. Rayonda təhsilə qarşı çıxan Ə.Abıyevə hər hansı bir məsələ ilə bağlı müracət edəndə mənə deyir ki, «mən kişiyəm, kişi söhbəti edirəm. Atamın, anamın qəbri və oğlun İslamın canı üçün bütün işləri özüm həll edəcəm, heç yerə şikayət etməyə etiyac yoxdur». Mən Ə.Abıyevi 2011-ci ildən tanıyıram və bu günə dədər 70 min dəfə and içib, hələ 7 sözü həllini tapmayıb. Mən Əhəd Abıyevdən hər hansı bir problemin həllini tələb edəndə, deyir ki, regiondur, gücü çatmır. Bu da Daşkəsən RİH-dən vətəndaşın probleminin həllinə analoqu olmayan yanaşma…

Hörmətli cənab Prezident!

Hörmətli Mehriban xanım!

Sizdən şikayətimin araşdırılmasını, haqqımı tapdayan məmurların cəzalandırılmasını xahiş edirəm. Əvvəlcədən sizə öz minnətdarlığımı bildirirəm".

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək cəhdimiz alınmadı. Odur ki, şikayətlə əlaqədar maraqlı olan hər bir kəsi dinləməyə hazırıq.
"Təzadlar"

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az