• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-10-2026 Pulumuz dərmana gedir – QORXUNC statistika
  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da
  • 17-10-2026 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı PAYLAŞIM - VİDEO
  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər
  • 17-10-2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026 Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - VIDEO
  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın

XƏBƏRLƏR

    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
27-02-2018, 10:58

AMEA-nın Zoologiya İnstitutunda direktorla işçilər arasında qalmaqal – kim haqlıdır....

AMEA-nın Zoologiya İnstitutunda direktorla işçilər arasında qalmaqal – kim haqlıdır....
Direktor müavini Elşad Əhmədov: “Direktor haqda deyilənlər doğru deyil, onun təyinatına qədər institutda özbaşınalıq idi”

Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun bir qrup işçisi direktor Elman Yusifovun fəaliyyəti ilə bağlı mətbuata açıq məktub yazıb.

Məktubda deyilir: “Fizika-riyaziyyat elmləri namizədi Elman Yusifov instituta rəhbərlik etdiyi 2 il müddətində elmi-tədqiqat işlərinin aparılmasına imkan verməyib, laboratoriya avadanlıqlarını, illərlə toplanmış kolleksiya materiallarını, kitabxana və laboratoriyalarda olan elmi ədəbiyyatları məhv edib. Elmi əməkdaşların əldə etdikləri elmi nəticələri əhəmiyyətsiz hesab edib, İnstitutun əsas fəaliyyətini yalançı biznesə, qanunsuz sahibkarlıq fəaliyyətinə yönəldib. Bundan əlavə, E.Yusifov institutda keçirilən iclaslarda dəfələrlə əməkdaşları nalayiq ifadələrlə (sizi xışa qoşmaq lazımdır, siz hamınız debilsiniz, sizdən adam olmaz, siz mənəvi kaftarlarsınız, siz dişi tökülmüş kaftarlarsınız, elmi şuranın yaşlı üzvləri hamısı xrendir, siz bostan müqəvvalarısınız, sizin aranızda zoofillər, pedofillər, anonistlər var, hələ yoxlamaq lazımdır yəqin ki, nekrofillər də var, sizdəki beyin yox peyindir və s.) təhqir edir. E.Yusifov deyir ki, ”Mən öyrənmişəm ki, institutda namaz qılanlar var. Bu nədir? Namaz qılanlar getsinlər Allahşükürün idarəsinə, orada işləsinlər, bura onların yeri deyil". Halbuki şəxsin dini etiqadını ifadə etməsinə, ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə hər hansı maneə törədilə bilməz. Bundan başqa, E.Yusifov direktorun otağında keçirilən dini ədəbiyyatla bağlı iclasdakı çıxışında Azərbaycan xalqının 70 faizini debil adlandırıb. Elmi-tədqiqat işləri üçün ayrılmış vəsaitlərin təyinatını dəyişərək sonradan onların müəyyən hissəsini mənimsəyib. İnstitut əməkdaşlarını yaşlı-cavan, yeni və köhnə işçilərə ayırmaqla onları qarşı-qarşıya qoyub. Direktorun qanunazidd hərəkətləri haqqında institutun bir qrup elmi əməkdaşı (9 elmlər doktoru, 12 fəlsəfə doktoru) AMEA rəhbərliyinə müraciət ediblər. AMEA prezidentinin, Biologiya və Tibb Elmləri Bölməsinin rəhbərliyinin tapşırığına əsasən şikayət xarakterli məlumatların araşdırılması məqsədilə İnstituta nümayəndə göndərilib. Kollektiv və institut rəhbərliyinin iştirakı ilə iclas keçirilib və qərara alınıb ki, bundan sonra bütün konfliktlərə son qoyulacaq, institut əməkdaşlarının fəaliyyəti üçün sağlam mühit yaradılacaq. Lakin AMEA-dan göndərilmiş nümayəndə institutu tərk edən kimi direktor E.Yusifov əməkdaşları bir-bir otağına dəvət edərək onları təhdid edib. Növbəti gün isə direktorun tapşırığı ilə daha bir laboratoriya otağı dağıdılıb, otaqda olan avadanlıqlar, reaktivlər, nümunələr və s. kompüter otağına və dəhlizə yığılıb...

Biz elmi-tədqiqat işi ilə məşğul oluruq, bizdən əvvəlki tədqiqatçıların və bizim illərlə əziyyətlə yığdığımız kolleksiya materiallarının, laboratoriyaların, onlarda olan avadanlıqların dağıdılmasının əlehinəyik. Yusifovun vəzifə səlahiyyətlərini aşmasını, 80 illik şərəfli tarixi olan institutun əməkdaşlarını təhqir və təhdid etməsini, dövlət vəsaitlərini mənimsəməsini, dövlət əmlakını dağıtmasını, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını, bir sözlə, elmə, alim adına yaraşmayan fəaliyyətlərini qəbul etmirik. Ölkə prezidenti, cənab İlham Əliyev dəfələrlə çıxışlarında bildirib ki, mən məmurları vəzifəyə ona görə təyin etməmişəm ki, onlar gedib insanları incitsinlər... Görünür, Zoologiya İnstitutunun direktoru E.Yusifov ya deyilənləri eşitməyib, ya da eşitmək istəmir..."

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrəndik. Zoologiya İnstitunun elmi işlər üzrə direktor müavini Elşad Əhmədov deyib ki, ittihamlar əsassızdır: “Elman Yusifovun Zoologiya İnstituna təyinatına qədər institutda özbaşınalıq idi, kim nə vaxt istəyirdi gəlirdi, gedirdi. İndi isə iş vaxtı rejimlədir. 9-da iş başlayır, 5-də bitir. Bu isə bəzi işçilərin xoşuna gəlmir. İşçilərdən tələb olunur ki, gördükləri işlərlə bağlı hesabat versinlər, təhiqiqat işləri ilə məşğul olsunlar. Bu adamlar da belə qaydalara görə bu şəkildə əsassız ittihamlarla çıxış edirlər”.

Elşad Əhmədov bildirib ki, institut rəhbərliyi dəyişəndən sonra elmi tədqiqat işləri aparılmağa başlayıb, 80 yaşlı institutda respublika səviyyəsində qəbul edilən tədqiqatlar aparılmaqdadır: “Yazırlar ki, guya hansısa ekspertizalar zamanı istifadə edilən mal-materiallar mənimsənilib. Belə şey yoxdur. Mükafatlarla bağlı ayrı-seçkilik aparıldığını yazırlar. Bəli, institutun işçilərinə mükafatlar fərqli verilir. O kəslər ki, tədqiqatlar aparıblar və nəticələr əldə ediblər, onlara əmək haqqının 10, 12, 20 faizi həcmində mükafat verilir. Əvvəllər isə belə deyildi, mükafat hamıya eyni verilirdi. Bu isə elmi tədqiqat işlərinin aparılmasını stimullaşdıran siyasət deyildi. İndi kimlər ki, əziyyət çəkib elmi tədqiqat işləri aparır, onların mükafatları fərqli verilir, stimul yaradılır. Bunu ayrı-seçkilik kimi təqdim etmək doğru deyil”.

E.Əhmədov deyir ki, institutun təcrübə dayaq məntəqələri dirçəldilib. Fındıqçılığın, pambıqçılığın, baramaçılığın, tingçiliyin, tərəvəzçiliyin problemləri ilə bağlı tədqiqatlar aparılır: “Bunları görməzdən gəlmək, üzərinə kölgə salmaq ədalətsizlikdir”.

E.HÜSEYNOV,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az