• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
4-02-2020, 12:40

Eldar Quliyevin elmi fəaliyyətində “qaranlıq” məqamlar… - O, müxtəlif sahələrə aid bir belə kitabı necə yazıb?

Eldar Quliyevin elmi fəaliyyətində “qaranlıq” məqamlar… - O, müxtəlif sahələrə aid bir belə kitabı necə yazıb?

Neçə illərdir ki, Azərbaycanda bəzi tanınmış şəxslərin eyni vaxtda bir neçə yüksək vəzifəyə sahib olması sanki adət halını alıb. Ötən illərin təcrübəsi göstərir ki, bu praktika heç də özünü doğrultmur və əgər islahatdan, inkişafdan danışırıqsa,belə hallara birdəfəlik son qoymalıyıq.Axı, biz kifayət qədər savadlı, istedadlı və bacarıqlı xalqıq. Hər bir yüksək vəzifəni icra etmək üçün istənilən sayda peşəkar mütəxəssislərimiz, layiqli kadrlarımız var. Belə olan təqdirdə nəyə görə, kimlərsə 3-4, bəzən də daha çox vəzifə kreslosunu zəbt etməli, savadına, qabiliyyətinə görə heç də onlardan geri qalmayan digər şəxslər isə kənardan baxmalıdır?
Məlum məsələ ilə bağlı adı daha çox hallanan şəxslərdən biri də iqtisad elmləri doktoru, professor Eldar Quliyevdir. Gəlin, onun tutduğu vəzifələrə diqqət yetirək:Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədr müavini (bir müddət əvvəl parlamentin buraxılmasına və fevralın 9-da növbədənkənar seçkilər təyin edilməsinə baxmayaraq, onun yenidən həmin vəzifəni tutacağı gözlənilir- Faktinfo.az), “Azərittifaq”ın idarə heyətinin sədri,Azərbaycan Kooperasiya Universitetinin rektoru və şair və ilaxır...

Soruşmaq lazımdır ki, ay hörmətli Eldar müəllim siz bu qədər işin öhdəsindən necə gəlirsiniz? Savad, istedad bir yana, axı, bütün bu işlərə vaxt çatdırmaq heç fiziki cəhətdən də mümkün deyil, axı. Adam gərək bunun üçün sutkanın 24 saatının hamısını iş başında ola. Bu isə təbii ki, mümkün deyil.

Tabeçiliyində olan digər bir sıra qurumlara nəzarət də Eldar Quliyevin üzərinə düşdükdə bunu təsəvvür etmək bir o qədər də çətin deyil.Eldar müəllim bu qədər işin əlindən necə vaxt tapır ki, ayrıca olaraq həm də Milli Məclisə təkrar seçilmək istəyir.Məgər 28 saylı Sabunçu Birinci Seçki Dairəsində ona olan münasibəti görmür? Nə isə...

Son vaxtlar gündəmi zəbt edən məsələlərdən biri də Azərbaycan elmindəki biabırçılıqlar, bu sahədə neqativ halların gündən-günə artmasıdır. Az qala hər gün KİV-lərdə elm sahəsində plagiatçılığın kütləvi hal almasından, plagiatçı alimlərin çoxalmasından bəhs edilir, hətta yeni-yeni konkret adlar da çəkilir.

Bir vaxtlar dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin dediyi aşağıdakı sözlər də artıq dəyərini itirməkdədir:

Qüdrət elmdədir, başqa cür heç kəs,

Heç kəsə üstünlük eyləyə bilməz.

İndi vəziyyət tamam başqadır. Artıq dissertasiya müdafiə etmək, elmi dərəcə almaq üçün uzun illər ərzində elmi axtarışlar aparmaq, yuxusuz gecələr keçirmək, çoxsaylı prosedurlardan keçmək və sonda ortaya samballı elmi əsər qoymaq o qədər də vacib deyil. Elə buna görədir ki, son bir neçə on ildə iri çinli məmurların, millət vəkillərinin, iş adamlarının, hətta şou-biznes nümayəndələrinin elmi dərəcələrə sahiblənərək , özlərini cəmiyyətə alim kimi sırımaları adi hala çevrilib. Təbii ki, belələri “müdafiə” etdikləri elmi işlərin mahiyyətini dərindən anlamırlar. “Namizədlik” və ya “doktorluq” dissertasiyaları onlara hazır şəkildə təqdim edilir, elmi şuralar, aidiyyatı səlahiyyət sahibləri isə tapşırıq və ya rüşvət müqabilində məsələni asanlıqla “yoluna qoyurlar”.

Acınacaqlı haldır ki, həqiqi elm adamları təkcə mövzunun adını təsdiqlətmək üçün illərlə get-gələ salınır, “plagiat alimlər” isə cəmi 5-6 ilə hətta professor adına layiq görülürlər. Ən pisi də odur ki, bu cür hallar nəinki azalmır, əksinə getdikcə daha da çoxalır.

Hər zaman həqiqət sorağında olan Faktinfo.az saytı Azərbaycan elmini uçuruma aparan plagiatçılıqla bağlı dəfələrlə tənqidi yazılar verib, saxta yollarla elmi dərəcə alan “alim”lərin adlarını gündəmə gətirib.

Bu qəbildən saytın əldə etdiyi növbəti faktlar “Azərittifaq”ın idarə heyətinin sədri, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sabiq,həm də böyük ehtimalla gələcək sədr müavini, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyevin elmi fəaliyyəti ilə bağlıdır. Əvvəlcə onu qeyd edək ki, E.Quliyevin elmi işlərinə, elmi dərəcələrinə şübhə ilə yanaşılması məsələsi yeni məlumat deyil. Bu barədə dəfələrlə qəzetlərdə, saytlarda müzakirələr aparılıb, tənqidi fikirlər səsləndirilib, hətta çıxışlarındakı məntiqsiz, savadsız ifadələr lağa qoyulub. Məsələn,Eldar Quliyev haqqında mətbuatda gedən yazıların birində göstərilir ki, o, məqalə ilə tezisin fərqini bilmir, anlamır ki,bir məqalənin içərisində 50-100 tezis də ola bilər.Belə bir şəxsin elmlər doktoru,professor adını daşıması necə şübhə doğurmasın? Həmçinin,KİV-in qeyd etdiyinə görə,E.Quliyev elmi-konfrans anlayışından da xəbərsizdi.

Biz isə hər şeydən əvvəl Eldar Quliyevin həyat və fəaliyyəti ilə bağlı bəzi məqamları xatırlatmağı məqsədəuyğun sayırıq:

“1951-ci il təvəllüdlü Eldar Quliyev 1973-74-cü illərdə Elmi-Tədqiqat İnstitutunda işləyib. 1975-1987-ci illərdə Respublika Ticarət Nazirliıyi sistemində məsul vəzifələrdə çalışıb, 1981-1985-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində aspirant kimi elmi tədqiqat işi ilə məşğul olub. 1987-1990-cı illərdə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının idarə rəisi vəzifəsində çalışıb. 1990-cı ildə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı İdarə Heyətinin sədr müavini, 1993-cü ildə İttifaqın İdarə Heyətinin sədri seçilib və indiyə qədər həmin vəzifəni icra edir. 2011-ci ildən Azərbaycan Kooperasiya Universitetinin rektorudur.

2009-cu ildə namizədlik, 2013-cü ildə doktorluq dissertasiyası müdafiə edib. II,III,IV,V çağırış (hətta gözlənilir ki, VI çağırışda da bu "uğur" təkirarlansın) Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib.

Göründüyü kimi, E.Quliyev namizədlik dissertasiyasını 58, doktorluq dissertasiyasını isə 62 yaşında müdafiə edib. Maraqlıdır ki, E.Quliyevin müəllifi olduğu digər elmi əsərlər, dərs vəsaitləri də son illərdə yazılıb:

1. Müasir dövrdə xarici-iqtisadi fəaliyyətin dövlət tənzimlənməsinin xüsusiyyətləri”. Ali məktəblər üçün dərs vəsaiti, Bakı, “Kooperasiya” 2011.

2. “Gömrük işinin təşkili”. Ali məktəblər üçün dərs vəsəaiti. Bakı, “Kooperasiya”, 2012.

3. “Etibarlı ərzaq təminatı sistemi: Kooperasiya və İnteqrasiya problemləri”. Ali məktəblər üçün dərs vəsaiti. Bakı, “Elm” nəşriyyatı, 2013.

4. Aqrar iqtisadiyyat. Ali məktəblər üçün dərs vəsaiti. Bakı, “Kooperasiya” 2015.

5. Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər. Monoqrafiya, Almaniya, Cologne, 2017.

Göründüyü kimi, bu əsərlərin hər biri ayrı-ayrı sahələri əhatə edir. Təəccüblənməmək olmur – az qala 60 yaşına qədər ciddi bir elmi əsəri olmayan E.Quliyev bu yaşdan sonra müxtəlif sahələrə aid bir belə kitabı necə yazıb? Belə çıxır ki, E.Quliyevə Allah tərəfindən birdən-birə qeyri-adi vergi verilib.

Adam bimir E.Quliyevi kiminlə müqayisə etsin: 40 yaşdan sonra yaradıcılığa başlayıb, dünya şöhrəti qazanmağı bacaran dahi fransız yazıçısı Balzakla,yoxsa 60 yaşdan sonra Azərbaycan mətbuatına gəlib, adına bir neçə məqalə dərc etdirdikdən sonra 50-100 manat müqabilində “Qızıl qələm” mükafatı alan bəzi “jurnalist”lərlə? Yəqin ki, bu sualın cavabını Eldar müəllim özü hamıdan yaxşı bilir.

Bir məqamı da qeyd edək ki, mətbuatda E.Quliyev həm də elmə dəyər verə bilməyən şəxs kimi xarakterizə olunub,onun rəhbəri olduğu universitetin adı saxta diplom qalmaqallarında dəfələrlə hallanıb.

Belə olmasaydı,o vaxtilə bəzi yaxınlarının heç olmasa rəhbəri olduğu Azərbaycan Kooperasiya Universitetində oxumasına razılıq verər, bir zamanlar “məşhur” olan Azərbaycan Beynəlxalq Universitetində təhsil almasını rəva bilməzdi.
Faktinfo.az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az