
Nyus.Az AzTimes.az saytına istinadən xəbər verir ki, 9 saylı Binəqədi DSK deputatı, hal-hazırda da namizəd olan Milli Onkologiya mərkəzinin sədr müavini Kəmallədin Qafarovun seçicilərlə görüşü zamanı insident yaşanıb.
Kəmaləddin Qafarovun adamları ərazidə çəkiliş aparan jurnalistlərə hücum çəkib. Nəticədə respublikaxeberleri.com saytının redaktoru Əvəz Hafizli təhqir olunaraq fiziki təzyiqə məruz qalıb, çəkilişləri silinib.
Hal-hazırda xəstəxanaya yerləşdirilən jurnalistin vəziyyətinin yaxşı olmadığı bildirilir.
Nyus.Az

























